Təxribatçı və təhrikçi əməllərin qarşısını almaq üçün…
21.09.2023 [11:33]
44 günlük Vətən müharibəsi Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini istiqamətində ən mühüm və real addım oldu. Belə ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi faktı qarşıdakı mərhələ kimi Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyasını və demarkasiyasını gündəmə gətirdi – artıq, iki ilə yaxındır ki, davam edən danışıqlar prosesinin ən mühüm detallarından sayılan bu məsələ ətrafında mühüm irəliləyişlər əldə edilib. Bununla belə, təəssüfləndirici haldır ki, Ermənistan 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanata əməl etmir, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Məsələn, imzalanan bəyanata görə, Ermənistanın Azərbaycan torpaqlarından silahlı qruplarını çıxarmalı idi – son bir neçə ayda dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıyan Ermənistan bu öhdəliyini yerinə yetirmir. Nəticədə isə, həmin ərazilərdəki silahlı qrupların törətdiyi terror və təxribatlar dinc insanların həyatı itirməsinə səbəb olur. Təbii ki, Azərbaycan dövləti özünün konstitusyon hüquqlarından istifadə etməklə bu halların aradan qaldırılması istiqamətində addımlar atmaqda sərbəstdir – sentyabrın 19-da Qarabağ regionunda başlanan lokal antiterror tədbirləri buna misaldır. Bu antiterror tədbirlərini bəzi maraqlı dairələr fərqli adlar və ya epitetlərlə təqdim etməyə çalışsalar da, bu sadəcə Azərbaycan dövlətinin öz suveren ərazilərinin bir hissəsində terrorçulara və silahlılara qarşı tədbirlərdir. Antiterror tədbirlərinin əsas məqsədi Azərbaycanın suveren ərazilərində qayda-qanun və nizamın yaradılmasıdir. Bir sözlə, Azərbaycan ərazilərində boz zonalar qalmamalıdır.
Təxribatların qarşılığında…
Qeyd edək ki, Azərbaycanın apardığı lokal antiterror tədbirləri beynəlxalq aləmdə də diqqətlə izlənib. Sentyabrın 19-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib. Telefon danışığı zamanı Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil olmaqla, bu hərəkətlərin Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu vurğulayıb.
Qeyd olunduğu kimi, post-müharibə dövründə silahlı qruplaşmaların həyata keçirdiyi təxribat hadisələri mühüm terror təhdidi formalaşdırıb. Üçtərəfli bəyanatın imzalanmasından keçən 3 il müddətində 314 vətəndaşımız mina terrorundan zərər çəkib, 61 vətəndaşımız mina terrorunun, onlarla hərbi qulluqçumuz isə erməni qəsbkarlarının açdığı xain atəşin qurbanı olub. Son olaraq isə sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması, törədilən terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı həyatını itirib. Eyni gündə içində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi də Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən yeni inşa olunan tunel yolunda minaya düşüb və nəticədə DİN-in bir neçə əməkdaşı həlak olub. Bütün bunlar isə Azərbaycanın öz daxilində qayda-qanun yaratmaq üçün mühüm əsaslardır.
Sentyabrın 9-da keçirilən "qondarma seçki" şousu isə bütün dünya tərəifndən etirazla qraşılandı – hətta Ermənistanı dəstəkləyən dövlətlər belə bu məsələyə neqativ münasibət bildirdilər.
Mülki vətəndaşların zərər görməməsi üçün…
Azərbaycan Prezidenti bildirib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub. Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.
Bəli, Azərbaycan bütün hallarda mülki vətəndaşların zərər çəkməməsi üçün bütün tədbirləri görüb. Eyni zamanda, dövlətimizin rəsmi strukturları həmin ərazilərdə yaşayan insanlara təhlükədən uzaq olmaları ilə bağlı xəbərdarlıqlar ediblər, onları təlimatlandırıblar. Azərbaycan dövləti antiterror tədbirləri çərçivəisndə yalnız legitim hərbi hədəflərə qarşı tədbirlər görüb.
Reinteqrasiya tədbirləri…
Telefon danışığı zamanı reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırılıb. Dövlətimizin başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib. Telefon danışığı zamanı ABŞ Dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Amerika Birləşmiş Ştatları tərəfindən dəstəkləndiyini bildirib.
Bəlli olduğu kimi, Azərbaycan hər zaman danışıqların və sülhün tərəfdarı olub. Bu mənada ölkəmiz reinteqrasiyanın gücləndirilməsi üçün dəfələrlə Qarabağın erməni əsilli əhalisinə danışıqlarla bağlı müraciətlər edib. hətta bu ilin martında bununla bağlı ilk görüş də baş tutmuşdu. Sonradan isə bu əlaqələrin daha da inkişaf etdirilməsinin qarşısı alındı. İndiki halda isə Azərbaycanın irəli sürdüyü şərtlər məlumdur. Yeri gəlmişkən, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar. Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16

