Əhalinin 71.3 faizi “hə” deyir…
16.09.2023 [12:10]
STM “Azərbaycan Qarabağda qanunsuz silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyatlar keçirməlidirmi?”mövzusunda sorğu keçirib
Nardar BAYRAMLI
44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndində sülhməramlı kontingentin erməni silahlı qüvvələrinin çıxarılmasına paralel yerləşdirilməsi öz əksini tapıb. Münaqişədən ötən müddət ərzində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünü tanımasına baxmayaraq, silahlı qruplaşmaların hələ də çıxarılmaması və davam edən təxribatlar növbəti hərbi əməliyyatların keçirilməsi mövzusunu gündəmə gətirib.
Sosial Tədqiqatlar Mərkəzi (STM) mövzunun aktuallığını nəzərə alaraq, vətəndaşlar arasında rəy sorğusu keçirib. Azərbaycanda respondentlərin 71,3 faizi “Azərbaycan Qarabağda qanunsuz silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyatlar keçirməlidirmi?” sualına “bəli” cavabı verib. Sorğuda iştirak edənlərin 24.1%-i əks mövqedən çıxış edərək yeni hərbi əməliyyatların keçirilməsini istəmədiyini bildirib. Respondentlərin 4.6%-i bu suala cavab verməkdə çətinlik çəkib.
Vətəndaşlar eyni mövqeni əvvəlki sorğularda da təsdiqləyib
Nəticələri ötən ilin müxtəlif dövrləri üzrə müqayisə etdikdə, Sosial Tədqiqatlar Mərkəzinin 2022-ci ilin avqust ayında keçirdiyi rəy sorğusunda Qarabağda erməni silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatların keçirilməsini 80.5% respondent dəstəkləmişdi. 6.8%-i əks mövqedə qərarlaşmış, 12.7%-i bu suala cavab verməkdə çətinlik çəkmişdi. Sentyabr ayında Qarabağda erməni silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatların keçirilməsini dəstəkləyənlər 85.0% təşkil etmişdi. 9.5% respondent yeni hərbi əməliyyatları dəstəkləməmişdi. 5.5%-i bu suala cavab verməkdə çətinlik çəkmişdi.
Rəy sorğusunun dekabr ayı üzrə göstəricilərində yeni hərbi əməliyyatların keçirilməsinə respondentlərin 48.0%-i dəstəyini ifadə etmişdi. Onların 39.6%-i yeni hərbi əməliyyatların keçirilməsi ilə bağlı əks mövqeyini ifadə etmişdi. 12.4%-i bu sualla bağlı rəyini ifadə etməkdə çətinlik çəkmişdi.
Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08 – 11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib. Sorğuda Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib.
Hərbi ekspert: Ermənilərin artan təxribarları əməliyyatları zəruri edir
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, son vaxtlar Ermənistanın hərbi təxribatlarını artırması bölgədə vəziyyəti gərginləşdirir. Azərbaycanla şərti sərhəddə canlı qüvvə və hərbi texnika toplayan erməni tərəfi ordumuzun mövqelərini davamlı olaraq atəşə tutur. Digər tərəfdən, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında mövcud olan qanunsuz erməni silahlı dəstələri də təxribatlarını artırıblar. Ekspertin sözlərinə görə, əks-tədbirlərin, anti-terror əməliyyatlarının keçirilməsi Azərbaycanın prioriteti olmasa da, ermənilərin artan təxribatları ordumuza başqa çıxış yolu qoymur. Çünki Azərbaycan-Ermənistan şərti sərhədində, həm də rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında ermənilərin təxribatlarının sayı xeyli dərəcədə artıb.
Ə.Verdiyevin fikrincə, bütün bunların əsas səbəbi Ermənistanın sülhə maraqlı olmaması, eləcə də qanunsuz erməni silahlı dəstələrinin ərazimizdən çıxarılmamasıdır. Belə vəziyyət qaldıqca, bölgədə gərginlik səngimir, erməni təxribatları davam edir. Qarşı tərəf gərginliyi artırmaqda maraqlı görünür. Əgər işğalçı ölkə fəaliyyətində dəyişiklik etməzsə, silahlı toqquşmalar qaçılmaz olacaq. “Ümumiyyətlə, Azərbaycanın səbri tükənib. Xankəndi, Xocavənd və Xocalı sakinləri doğma yurd-yuvalarına qayıtmaları üçün beynəlxalq ictimaiyyətə müraciət ediblər. Azərbaycan dövləti də bu müraciəti və ərazidə baş verən prosesləri nəzərə alaraq yəqin ki, qanunsuz erməni silahlılarının təxribatlarına daha effektiv, kifayət qədər adekvat cavab verəcək. Düşünürəm ki, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilər qanunsuz erməni silahlı dəstələrindən təmizlənməlidir və belə də olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

