İsveç alyansa üzv olacaq?
06.06.2023 [11:00]
Gülay Məmmədova
NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 3-də Türkiyədə səfərdə olub. Səfər zamanı baş katib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı kimi fəaliyyətə başlaması münisibətilə təşkil olunan mərasimdə iştirak edib. Səfər zamanı o, Prezident Ərdoğanla da görüşüb.
İsveç öhdəliklərini yerinə yetirib?
Görüşdən sonra keçirdiyi brifinqdə Yens Stoltenberq Kosovaya silahlı qüvvələr göndərdiyi üçün rəsmi Ankaraya təşəkkür edib. Türkiyənin NATO-ya töhfələr verdiyini deyib. İsveçin
NATO-ya üzvlüyünə gəlincə, Yens Stoltenberq bildirib ki, Türkiyənin haqlı narahatlıqlarının fərqindəyik. Onun fikrincə, İsveçdə aksiyalar təşkil edənlər bu ölkənin Türkiyə ilə antiterror sahəsində əməkdaşlığına mane olmaq istəyirlər. NATO Baş katibi xatırladıb ki, İsveç Türkiyənin narahatlığını aradan qaldırmaq üçün əhəmiyyətli və konkret addımlar atıb: “Bura İsveç konstitusiyasına düzəlişlər, silah embarqosuna son qoymaq, PKK da daxil olmaqla, terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi kimi addımlar daxildir. Bu ölkədə bir neçə gün əvvəl mühüm yeni antiterror qanunu qüvvəyə minib. Beləliklə, İsveç öz öhdəliklərini yerinə yetirib”.
O, eyni zamanda əlavə edib ki, İsveçdə Türkiyə və NATO əleyhinə nümayişlər keçirilir: “Amma açıq şəkildə qeyd edim ki, sərbəst toplaşmaq və ifadə azadlığı demokratik cəmiyyətlər isə əsas dəyərlərdir. Bu hüquqlar qorunmalı və təmin edilməlidir. Amma eyni zamanda, bu nümayişlərin niyə baş verdiyini unutmamalıyıq. Təşkilatçılar İsveçin NATO-ya daxil olmasına mane olmaq istəyirlər. Onlar İsveçin Türkiyə ilə antiterror əməkdaşlığına mane olmaq, NATO-nu zəiflətmək istəyirlər. Biz onların uğur qazanmasına imkan verməməliyik”.
12 iyunda tərəflər razılığa gələcəklərmi?
Baş katib iyunun 12-də Türkiyə, İsveç və NATO arasında görüş keçirilməsi barədə razılığa gəlindiyini də deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Turab Rzayev qəzetimizə açıqlamasında NATO üçün Finlandiya və İsveçin alyansa daxil olmasının xüsusi əhəmiyyət daşıdığını deyib. Bu səbəbdən də, qısa zamanda hər iki ölkənin üzvlüyü NATO-nun marağındadır. Artıq bir müddət öncə Türkiyə Finlandiyanın təşkilata üzvlüyünə razılıq verib, növbə İsveçindir. Burada əsas məqsəd Rusiyaya qarşı strateji üstünlük qazanmaqdır. İsveçin Rusiya sərhədinə yaxın yerləşməsi, NATO-nun Rusiyaya qarşı ballistik və digər taktiki raketlərin, eləcə də qısa və orta mənzilli raketlərin istifadəsinə şərait yaradır.
Politoloq: Türkiyə mövqeyində haqlıdır
Onun fikrincə, Rusiya çalışır ki, bu planı pozsun: “Çünki rəsmi Moskva
NATO-nun öz sərhədlərinin yaxınlığında möhkəmlənməsini istəmir. Türkiyə
NATO üzvü olduğu üçün alyansın Rusiyaya qarşı atdığı addımların tam əleyhinə olması mümkün deyil. Əlbəttə ki, rəsmi Ankaranın İsveçin alyansa üzvlüyünə qarşı olmasında müəyyən əsasları var. Çünki İsveç PKK terrorçularına hələ də dəstək verir. Türkiyə bu ölkədən terror təşkilatlarına, eləcə də onların tərəfdarlarına dəstək vermələrini dayandırmasını və terrorçuların təhvil verilməsini istəyir”.
T.Rzayev hesab edir ki, Türkiyə ilə NATO İsveç məsələsində ortaq məxrəcə gələcək və qarşılıqlı güzəştə gedəcəklər. Çünki proses sonsuza qədər davam edə bilməz. Nəzərə almaq lazımdır ki, İsveç şərtləri yerinə yetirərsə, Türkiyə onun üzvlüyünə razılıq verəcək. Əlbəttə ki, NATO daxilində hər bir üzvün veto hüququ var. Digər ölkələr ABŞ-ın və Avropa İttifaqının təzyiqlərindən çəkinərək açıq müqavimət göstərə bilmirlər. Türkiyənin isə heç bir təzyiqdən çəkinməyərək İsveçin üzvlüyünə haqlı olaraq qarşı çıxması bu ölkənin kifayət qədər müstəqil xarici siyasət yeritməsinin göstəricisidir”, - deyə politoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

