Liviyada siyasi mübarizə mərhələsi başlayır
02.06.2023 [10:30]
Qəddafinin oğlu ilə “mənəvi oğlu” prezidentlik savaşında üz-üzə...
Xəlifə Haftar Seyf əl-İslam
Qəddafiyə qalib gələ biləcəkmi?
“Ərəb baharı”nın ardından mühüm siyasi və hərbi kataklizmlər yaşayan Liviyada “sular durulur”. Hətta vətəndaş müharibəsi dövründə qarşı-qarşıya döyüşən qüvvələr belə problemlərin artıq masa arxasında həll edilməsini arzulayır. Eyni zamanda, 10 ildən artıq zaman kəsiyindən sonra Liviyada siyasi hüquqlara “amnistiya” tanınır - vaxtilə siyasi fəaliyyəti qadağan edilmiş şəxslər, həbs edilmiş siyasi xadimlər yenidən aktiv fəaliyyətə başlayırlar. Məsələn, vaxtilə çevriliş nəticəsində hakimiyyətdən salınan və edam edilən Qəddafinin oğlu siyasi fəaliyyətini “bərpa etmək” imkanı qazanıb. Belə ki, Seyf əl-İslam Qəddafi və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar Liviyada keçiriləcək ümumi seçkilərdə prezidentliyə namizəd ola biləcəklər. Bu barədə “Al Hadath” telekanalı “6+6” birgə komitəsindəki mənbələrə istinadən məlumat yayıb. “Liviyanın Ali Dövlət Şurasının və Nümayəndələr Palatasının üzvlərinin daxil olduğu “6+6” Komitəsi qarşıdan gələn seçkilərdə Seyf əl-İslam Qəddafi və Xəlifə Haftarın namizədliyinin irəli sürülməsini istisna etmir”, - mənbə bildirib.
Atasının qisasını alacağına söz verən “demokrat”...
Qeyd edək ki, “Ərəb baharı” dövründə adı dillər əzbəri olan Seyf əl-İslam Qəddafi atasının rəhbərlik etdiyi Liviya dövlətində əsas simalardan biri sayılırdı. 1972-ci ildə Tripolidə anadan olan Seyf əl-İslam Qəddafi orta təhsilin Liviya və İsveçrədə alıb. 1995-ci ildə Əl-Fateh Universitetini bitirib. Həmin il Britaniyanın “The Telegraph” qəzeti Qəddafinin oğlunu çirkli pulların yuyulmasında ittiham edib. Buna cavab olaraq nəşrə qarşı iddia qaldırılıb - nəticədə “The Telegraph” rəsmən üzr istəyib və ittihamlarının saxta olduğunu bəyan edib.
Oğul Qəddafi atasının hakimiyyəti illərində ölkədə liberal islahatların aparılmasının tərəfdarı kimi çıxış edirdi. Xeyriyyə fondunun rəhbəri kimi o, qərbli girovların azad edilməsi üçün Əfqanıstan “Taliban”ı və Filippin üsyançıları ilə apardığı danışıqlarla gündəmə gəlib. 2003-cü ildə Böyük Britaniya ilə ticarət əlaqələrinin bərpası ilə nəticələnən danışıqların fəal iştirakçısı olub.
2011-ci il martın ortalarında Liviya müxalifətinin Fransa tərəfindən rəsmən tanınması ilə əlaqədar Seyf əl-İslam “Euronews” telekanalına müsahibəsində Fransa prezidenti Sarkozi haqda maraqlı fakt açıqlamışdı - oğul Qəddafi Liviya hakimiyyətinin seçki kampaniyasını maliyyələşdirdiyi zaman verdiyi pulu Sarkozidən geri istəmişdi. O, hətta bununla bağlı sübutları - bank hesablarını, sənədləri, bank köçürmələrini açıqlayacağını da vəd etmişdi.
Tripoli uğrunda döyüşlər zamanı Seyf əl-İslam Qəddafinin əsir düşdüyü iddia olunmuşdu. Amma bu informasiya öz təsdiqini tapmadı - Tripoli “təslim olduqda” isə onun izi itdi. Daha sonra Seyf əl-İslamın Beni Vəlid şəhərində qardaşı Xamis Qəddafinin dəfn mərasimində “zühur etdiyi” bildirildi. Ata Qəddafinin ölümündən sonra Seyf əl-İslam Liviyanın Keçid Milli Şurasından atasının ölümü ilə bağlı qisas alacağını bildirdi. Bu barədə o, Suriyadan yayımlanan “Ər-Rai” telekanalı vasitəsilə tərəfdarlarına müraciətində bildirmişdi. 2016-cı il iyulun 6-da Seyf əl-İslam Qəddafinin vəkili Kərim Xan müvəkkilinin Tobrukda hökumətin elan etdiyi amnistiyaya əsasən azadlığa buraxıldığını bəyan etdi. 20 aprel 2017-ci ildə Beynəlxalq İnqilab Komitəsinin Avropa koordinatoru Frank Puçarrelli müsahibəsində Seyf əl-İslam Qəddafinin Liviya Qəbilələrinin Ali Şurası tərəfindən Mühacirətdəki Müvəqqəti Hökumətin başçısı təyin edildiyini yaymışdı. 2021-ci ilin avqustunda Liviya prokurorluğu oğul Qəddafinin “rus muzdluları” ilə əlaqədə günahlandıraraq həbsinə order verdi - Seyf əl-İslam “Vaqner qrup”ları” ilə əlaqədə günahlandırılırdı... Artıq bütün ittihamlar üzərindən götürülən oğul Qəddafi qarşıdakı müddətdə baş tutması planlaşdırılan prezident seçkilərində mühafizəkar seçicilərin səslərinə ümid edir...
Qəddafinin mənəvi oğlu ən böyük düşməninə necə çevrildi?
Digər namizəd - Xəlifə Belqasim Haftar isə Liviya Nümayəndələr Palatası tərəfindən feldmarşal rütbəsi ilə təltif edilmiş və Liviya Milli Ordusunun Ali Baş Komandanı vəzifəsini daşımış şəxsdir. Hazırda Haftar Liviyanın ən güclü hərbi lideri kimi təqdim edilir. Liviya Milli Razılıq Hökuməti isə onu hərbi cinayətkar elan edib.
1943-cü ildə Əcdəbiyyədə anadan olan və əl-Fərcani qəbiləsindən olan Haftar Benqazidə Hərbi Akademiyanı bitirib. 1969-cu il çevrilişində Muammar Qəddafinin yanında yer alan 26 yaşlı kursant Xəlifə Haftar keçmiş Liviya liderinin yüksək səviyyəli zabitlərindən və əsas yaxın adamlarından birinə çevrildi. “O, mənim oğlum idi. Mən isə onun üçün mənəvi ata kimi idim”, - Qəddafi müsahibəsində Haftar haqqında bildirmişdi. O, çevrilişdən dərhal sonra Liviyanı idarə edən İnqilab Komandanlığı Şurasının üzvü seçilmişdi.
O, 1987-ci ildə Liviyanın Çadla müharibəsində polkovnik rütbəsi ilə komandanlıq edib. Bu müharibədə Liviya məğlub oldu - Haftarın özü və tabeliyində olan 400 hərbçi əsir alındı. Bu məğlubiyyətdən sonra Mammmar Qəddafi məhbuslardan açıq şəkildə imtina etdi - Haftar isə Liviyaya qəhrəman kimi qayıda bilmədi. Baş verənlərdən qəzəblənən polkovnik Haftar Qəddafi ilə bütün əlaqələri kəsdi və xalqa dövlət çevrilişi çağırışı etdi.
1988-ci ildə o, həbsdən azad edildi. Haftar Liviyanı işğal etməyi planlaşdırırdı - Çadda baş verən dövlət çevrilişi onun bu arzusunu ürəyində qoydu. 1990-cı illərdə Haftar Amerika vətəndaşlığını aldı və Virciniya ştatının Vyana şəhərində məskunlaşdı. 20 il orada yaşayan Haftar Qəddafini devirmək fikrindən daşınmadı. 1996-cı ildə Haftar Liviyanın cənubundakı dağlarda üsyana rəhbərlik etməyə çalışdı, lakin bu, uğursuzluqla nəticələndi.
2011-ci ilin martında Liviyada vətəndaş müharibəsi başlayandan sonra Haftar Benqaziyə gələrək inqilaba qoşulduğunu və komandir təyin edildiyini bəyan etdi. Amma Liviyanın Keçid Milli Şurası bunu təkzib edib. Heç bir dəstək qazanmayan Haftar yenidən ABŞ-a qayıtdı. 2014-cü ilin fevralında Haftar növbəti dövlət çevrilişinə cəhd etdi. Haftar Benqazidə “Liviya Ləyaqəti” kod adlı radikal islamçı qruplara qarşı hərbi mübarizəyə başladığını elan etdi.
2018-ci il aprelin 11-də Fransanın “Le Monde” qəzeti Haftarın Benqazidə insult keçirdiyini və komada olduğunu yazmışdı. Feldmarşal İordaniyanın Əmman şəhərindəki xəstəxanaya, daha sonra Parisdəki klinikaya aparılmışdı. “Middle East Eye” Avropa diplomatına istinadən yazmışdı ki, Haftarın beyninə metastaz vermiş ağciyər xərçəngi var. Anonim həkimlər “Middle East Eye” (ingiliscə) rusca onlayn nəşrinə bunu təsdiq etmişdilər. Lakin ölümlə bağlı məlumat təsdiqlənmədi və aprelin 26-da Xəlifə Haftar Benqaziyə qayıtdı.
Artıq rəsmən prezidenlik uğrunda siyasi mübarizəyə qoşulmaq imkanı qazanan Xəlifə Haftarın siyasi karyera qurmaq uğrunda canfəşanlıq etdiyi bildirilir. O, Qəddafi dövründə baş verən haqsızlıqlara dözməyən xalqdan səs alacağını düşünür...
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10

