Ukraynaya dəstək, Çin və İrana çağırış
23.05.2023 [11:11]
G7 ölkələrinin sammitində Ukraynaya F-16 qırıcılarının verilməsinə dair razılıq əldə olunub
Nardar BAYRAMLI
19-21 may tarixlərində Yaponiyanın Xirosima şəhərində “Böyük Yeddilik” (G7) ölkələrinin liderlərinin sammiti keçirilib. G7 liderləri və Xirosima sammitinə dəvət olunmuş dövlətlərin rəhbərləri proqram çərçivəsində planlaşdırılan bütün iş sessiyalarını başa vurublar. Cəmi üç gün ərzində 10 sessiya keçirilib və onlar Ukrayna ətrafındakı vəziyyəti, Çinlə münasibətləri, dünya iqtisadiyyatının problemlərini, nüvə tərk-silahını, G7-dən kənar tərəfdaşlarla əməkdaşlıq və digər məsələləri müzakirə ediblər.
Mayın 20-də G7 sammitinə dəvət olunmuş Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreya liderləri toplantıya qatılıblar. Bundan əlavə, Yaponiyaya səfər edən Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Ukrayna məsələlərinə dair iki sessiyada, o cümlədən G7-dən kənar ölkələrin liderləri ilə geniş tərkibdə iştirak edib. Sammitin iclaslarından biri prezident Volodimir Zelenskinin iştirakı ilə Ukrayna ətrafındakı vəziyyətə həsr olunub. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, əvvəlcə Ukrayna prezidenti sammitdə onlayn iştirak etməli idi. Belə bir razılaşma baş nazir Fumio Kişidanın mart ayında Kiyevə səfəri zamanı əldə olunub. Bununla belə, Zelenski daha sonra “sammitdə şəxsən iştirak etmək arzusunu ifadə etdi” və Tokio sonda bu təklifi qəbul edib. İclasda çıxışı zamanı Zelenski deyib ki, Amerikanın F-16 qırıcılarının Ukraynaya ötürülməsi Avropa və dünya üçün tarixi bir an olacaq. Bu, qlobal təhlükəsizlik arxitekturasını müəyyən edəcək: “Pilotlarımız F-16-nı tanıyanda və bu təyyarələr səmamızda görünəndə bu, tək Ukrayna üçün önəm daşımayacaq. Bu, Avropanın və dünyanın bütün təhlükəsizlik arxitekturası üçün tarixi bir an olacaq”. Zelenski əlavə edib ki, hava qalxanı yalnız yerüstü hava hücumundan müdafiə sistemləri müasir təyyarələrlə üst-üstə düşdükdə tamamlana bilər. Prezidentin sözlərinə görə, Ukrayna “imkanlar boşluğunu aradan qaldırmaq yolu”na doğru irəliləyir. O, təqdim edilən hava hücumundan müdafiə sistemləri, yəni “Patriot”, “Iris-T”, “NASAMS”, “Crotale”, “Samp-T” üçün tərəfdaşlara təşəkkür edib. Ölkə lideri qeyd edib ki, onlar təkcə müdafiəni təmin etmir, həm də demokratiya üçün qlobal təhlükəsizlik brendi yaradırlar.
Son vaxtlar bir neçə Avropa ölkəsi aviasiya koalisiyasına qoşulmağa hazır olduqlarını bildiriblər və ABŞ prezidenti Cozef Bayden F-16-larda ukraynalı pilotların təliminə başlanmasını dəstəklədiyini açıqlayıb. Kimin, nə vaxt və neçə təyyarənin təmin edəcəyi hələlik məlum deyil. Bununla belə, rəsmi Kiyev koalisiya yaradıldığını elan edib və Müdafiə Nazirliyi F-16-ların bu ilin payızında Ukraynada ola biləcəyinə eyham vurub. ABŞ prezidenti Co Bayden bazar günü Ukrayna lideri Volodimir Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya doğru irəliləmək üçün dördüncü nəsil F-16 qırıcılarından istifadə etməyəcəyinə dair zəmanət aldığını bildirib. G7 sammiti çərçivəsində keçirilən mətbuat konfransında Bayden deyib: “Mənim Zelenskidən dəqiq əminliyim var ki, onlar Rusiya ərazisinə irəliləmək üçün F-16 qırıcılarından istifadə etməyəcəklər”.
Avropa İttifaqı da Ukraynaya F-16 qırıcı təyyarələrinin göndərilməsi barədə G7-nin qərarını alqışlayıb. Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel deyib. “Qırıcı təyyarələrin Kiyevə tədarükünə başlamaq üçün G7 çox əla ideya irəli sürüb və yaxşı addım atıb. Pilotların təliminə artıq başlanılıb. İlk növbədə bunu etmək lazımdır. Ümid edirəm ki, yaxın vaxtlarda Ukraynaya belə növ silahlar çatdıra biləcəyik”, - deyə Jozep Borrel vurğulayıb.
Müzakirələrin sonunda G7 ölkələrinin liderləri Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul ediblər. Bəyanatda Ukraynaya iqtisadi yardım göstərilməsi də öz əksini tapıb. Bildirilib ki, 2023-cü il və 2024-cü ilin əvvəli üçün büdcə dəstəyi artıq qəbul olunub. Liderlər “Taxıl sazişi”nin genişləndirilməsi və uzadılmasını dəstəkləyir. G7 Rusiyanı məğlub etmək üçün Ukraynaya hərbi, maliyyə, humanitar və diplomatik dəstək verəcək. Bundan başqa, G7 Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmaq üçün tədbirlər görəcək. Bu ölkələr nüvə enerjisi sahəsində Rusiyadan asılılığı dayandırmağa çalışacaq. Eyni zamanda, G7 Rusiyaya sənaye avadanlığı və texnologiyalarının ixracını məhdudlaşdırmağa davam edəcək. Liderlər həmçinin İranı pilotsuz uçuş aparatlarının Rusiya tərəfinə verilməsini dayandırmağa çağırıblar.
Sammit çərçivəsində ABŞ, Koreya Respublikası və Yaponiya liderləri Co Bayden, Yoon Seok Yeol və Fumio Kişida üçtərəfli əməkdaşlığı, o cümlədən KXDR-dən gələn “nüvə raket təhlükəsi”nə qarşı mübarizə yollarını müzakirə etmək üçün görüşüblər. Liderlər üçtərəfli əməkdaşlığın gücləndirilməsi yollarını, o cümlədən KXDR-dən gələn qeyri-qanuni nüvə və raket təhdidləri ilə mübarizə, habelə Hind-Sakit okean regionunda iqtisadi təhlükəsizlik və strategiyaların həyata keçirilməsi sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
G7 liderləri Xirosima sammitinin yekun kommünikesini də qəbul ediblər. Sənəddə liderlər xüsusilə Çinlə konstruktiv və sabit münasibətlər qurmağa hazır olduqlarını bildiriblər. G7 liderləri Tayvan boğazında sabitliyin vacibliyini bir daha təsdiqlədilər və “Vahid Çin” siyasətinə sadiqliklərini vəd ediblər. G7 liderləri Ukraynanı dəstəkləməyə davam edəcəklərini də təsdiqləyiblər.
Sammit iştirakçıları “nüvə silahı olmayan dünya”ya və kimyəvi və bioloji silahlara dair konvensiyaların effektiv şəkildə həyata keçirilməsinə çağırıblar. Bəyanatda deyilir ki, G7 liderləri 2050-ci ilə qədər karbonsizləşdirmə və temperatur artımını 1,5 dərəcə səviyyəsində saxlamağa sadiq olduqlarını bir daha təsdiqləyirlər.
Qeyd edək ki, gələn il “Böyük Yeddilik” ölkələrinin sammitinə İtaliya ev sahibliyi edəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34

