Lavrovun Ankara səfəri...
08.04.2023 [10:50]
XİN rəhbərləri birgə mətbuat konfransı keçirdi...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib. Səfər çərçivəsində Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı nazir arasında görüş baş tutub. Görüşdə bir sıra məsələlər, o cümlədən, Cənubi Qafqazdakı durum barədə fikir mübadiləsi aparılıb. Xarici işlər nazirləri görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. “Milliyyət” qəzetinin məlumatına görə, mətbuat konfransında çıxış edən nazir Çavuşoğlu bildirib ki, iki ölkə arasında daimi əlaqələr mövcuddur. Eyni zamanda iki dövlətin ortaq gündəmləri də mövcuddur: “Biz əsasən regional məsələləri müzakirə etdik. Xüsusilə, Ukrayna mövzusu görüşümüzün dominant mövzusu idi. Təəssüf ki, davam edən müharibə bütün dünyaya, xüsusən də Rusiya və Ukraynaya ziyan vurur. Vurğuladıq ki, müharibə danışıqlar yolu ilə bitməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm cənab Putinlə, həm də cənab Zelenski ilə daim təmasdadır”.
Rusiyalı nazirlə taxıl koridoru məsələsini də müzakirə etdiklərini deyən Çavuşoğlu sazişin davamlı olmasına önəm verdiklərini diqqətə çatıdırıb və bu razılığı danışıqların uğurlu nəticəsi kimi qeyd edib. Nazir deyib ki, bu, həm də dünya ərzaq böhranının aradan qalxması üçün vacib şərtdir. “NATO Xarici İşlər Nazirləri toplantısı çərçivəsində Böyük Britaniya və ABŞ xarici işlər nazirləri ilə görüşdük. Taxıl müqaviləsinin davam etməsi üçün məsələlər həll edilməlidir”.
Çavuşoğlu: Cənubi Qafqazda daimi sabitlik və sülh üçün addımlar atılmalıdır
Sergey Lavrovla regional məsələləri də müzakirə etdiklərini bildirən Çavuşoğlu Suriya və Liviya məsələlərinə də toxunulduğunu diqqətə çatdırıb. Nazir deyib ki, Cənubi Qafqaz da müzakirələrin əsas predmetlərindən olub: “Biz Cənubi Qafqazı da dəyərləndirdik. Azərbaycanla Ermənistan arasındakı prosesi, Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesini qiymətləndirdik. Cənubi Qafqazda daimi sabitlik və sülh üçün addımlar atılmalıdır”.
AKKUYU Atom Elektrik Stansiyası aprelin 27-də fəaliyyətə başlayacaq...
Nazir Çavuşoğlu AKKUYU Atom Elektrik Stansiyasının açılış tarixini də açıqlayıb. Belə ki, aprelin 27-də Akkuyu Atom Elektrik Stansiyasının birinci mərhələsinin açılışı olacaq. Eyni zamanda, ikitərəfli əlaqələrin inkişafı da nazirlərin əsas müzakirə predmetlərindən olub: “İkitərəfli əlaqələrimizi müxtəlif ölçülərlə qiymətləndirmək imkanımız oldu. İqtisadi və ticari əlaqələrimizi yaxşılaşdırmaq üçün nələr edə biləcəyimizi müzakirə etdik. Digər tərəfdən, turizm hər zaman əməkdaşlığımızın mühüm elementi olub. Təbii ki, qarşıdakı dövrdə Rusiyadan Türkiyəyə daha çox turistin gələcəyini gözləyirik”.
Səfər mart ayına planlaşdırılsa da...
Rusiyanın XİN rəhbəri Sergey Lavrov isə bildirib ki, bu səfər mart ayına planlaşdırılsa da, Türkiyədə baş verən zəlzələ ilə bağlı təxirə salınmışdı. İkitərəfli görüşdə əsas məsələləri nəzərdən keçirdiklərini deyən rusiyalı nazir münasibətlərdəki yüksək tempin iki ölkə liderləri arasındakı səmimiyyətdən irəli gəldiyini vurğulayıb. May ayında keçirilməsi nəzərdə tutulan Qara Dəniz Əməkdaşlıq Təşkilatı Parlament Baş Assambleyasının iclası çərçivəsində də hökumətlər səviyyəsində müxtəlif təmasların olacağı vurğulanıb: “Münasibətlərimizdə hərəkətverici qüvvə olan layihələrdən danışdıq. Xüsusilə, Atom Elektrik Stansiyasını müzakirə etdik. Aprelin 27-də biz stansiyanın açılışına nüvə enerjisini göndərmiş olacağıq. Türkiyədə qaz mərkəzi yaradılacaq. Keçən il rəhbərlərimiz bu qaz mərkəzi ilə bağlı qərar verdilər və biz bu qərarın əhəmiyyətini indidən görürük”.
Lavrov: Cənubi Qafqazda əməkdaşlığa ehtiyac var
Rusiya XİN rəhbəri də öz növbəsində danışıqlarda Cənubi Qafqaz məsələsinə toxunulduğunu deyib. Bildirib ki, Cənubi Qafqazda əməkdaşlığa ehtiyac var. O vurğulayıb ki, Rusiya Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının tərəfdarıdır: “Ümid edirəm ki, regionda olmayan ölkələr bizim əməkdaşlığımıza müdaxilə etməzlər”. S.Lavrov söyləyib ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli sazişin şərtləri yerinə yetirilməlidir.
Kasıb və ehtiyacı olan ölkələr taxılın yalnız 3 faizini ala bilir...
Danışıqlarda Ukrayna məsələsinin də müzakirə olunduğunu deyən Lavrov BMT-nin baş katibi Quterreşlə taxıl sazişinin müzakirə edildiyini söyləyib. Onun fikrincə, taxıl daşınması ədalətli şəkildə aparılmır: “Bu taxılların əsas hissəsi Avropaya göndərilir. Kasıb və ehtiyacı olan ölkələr isə bu taxılın yalnız 3 faizini ala bilir. BMT-nin baş katibi Quterreş də davamlı olaraq Qərb ölkələrinə çağırışlar edir, lakin nəticəsiz qalır. Bu vəziyyəti türkiyəli həmkarlarımızla hər aspektdə dəyərləndirməyə davam edəcəyik”.
SADİQ
Xəbər lenti
Hamısına baxElm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22

