Azərbaycan israrlıdır!
02.03.2023 [10:34]
Nəzarət-buraxılış məntəqəsinin yaradılması bölgədəki vəziyyəti dəyişəcək
Nardar BAYRAMLI
Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 28-də Bakıda səfərdə olarkən Laçın yolu ilə bağlı açıqlamalar verib. Nazir Ermənistan-Azərbaycan arasında şərti sərhəddə, o cümlədən Laçın rayonunda Ermənistanla sərhəddə ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifinə də münasibət bildirib. Lavrov deyib ki, Laçın yolunun rejimi və onun funksiyası 10 noyabr 2020-ci il üçtərəfli Bəyanata tam uyğun olmalıdır. “Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır”, - deyə Rusiyanın XİN rəhbəri vurğulayıb.
Göründüyü kimi, rusiyalı nazir Laçın yolunda ölkəmizin sərhəd və gömrük postlarının yaradılmasına qarşıdır. Lakin ekspertlər hesab edirlər ki, Lavrovun mövqeyindən asılı olmayaraq, Azərbaycan Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsi yaratmalıdır. Çünki burada ölkəmizin suveren ərazisində baş verən proseslərdən söhbət gedir. Bu, Azərbaycanı daha çox maraqlandıran və öz iradəsilə gerçəkləşdirəcəyi prosesdir.
Məsələ ondadır ki, Münhendə dövlətimizin başçısının rəsmən irəli sürdüyü təklifi-həm Laçın yolunda, həm də Zəngəzur dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması təklifini Ermənistan birtərəfli olaraq qəbul etməyib. Yəni, rəsmi İrəvan Azərbaycanın Laçın istiqamətində dövlət sərhəddində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını istəmir. Amma özləri Zəngəzur dəhlizi dediyimiz Megri rayonu istiqamətindəki dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi, gömrük postu yaratmağa çalışır və bu mövqeyini xeyli əvvəldən bəyan edib. Paşinyan hakimiyyətinin mövqeyi belədir ki, Laçın dəhlizi Azərbaycanın nəzarətində olmamalıdır. Ermənistan isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında gediş-gəlişinə şərait yaratmağa bir şərtlə razıdır ki, gömrük və sərhəd buraxılış məntəqəsi yaratsın. Əlbəttə ki, erməni tərəfinin bu mövqeyi bizim üçün qəbulolunmazdır. Rəsmi İrəvan bu mövqeyini 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın müddəaları ilə əsaslandırır. İddia edirlər ki, həmin Bəyanatda “Laçın dəhlizi” ifadəsi var, amma “Zəngəzur dəhlizi” yoxdur. Amma üçtərəfli Bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvanla əlaqəsini təmin etmək üçün Ermənistanın maneəsiz gediş-gəlişə zəmanət vermək öhdəliyi var. Bu “maneəsiz gediş-gəliş” öhdəliyini isə açıq platformalarda heç bir vasitəçi ölkə, beynəlxalq qurum Ermənistana xatırlatmır.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, sözügedən üçtərəfli Bəyanatın müddəalarının icrası məcburi xarakter daşımır. İndiyə qədər müşahidə etmişik ki, dünyadakı bir çox problemlərlə bağlı nüfuzlu beynəlxalq təşkilatların, dövlətlərin saysız-hesabsız bəyanatları var. Amma həmin bəyanatların icrasını kimsə nizamlamaq istəmir. Və heç bir vasitəçi Ermənistana üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb etmir. Rəsmi İrəvan həmin Bəyanatın müddəalarının böyük hissəsini icra etməyib: Qanunsuz hərbi dəstələr Qarabağdan çıxarılmayıb; Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə edirdi, separatçıları silahlandırırdı; Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR ilə kommunikasiyanın manesiz təmin olunmasına hələ də şərait yaratmayıb və s.
Azərbaycan Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsini yaratmaqda israrlı olmalıdır. Şübhə yoxdur ki, belə də olacaq. Çünki 44 günlük Vətən müharibəsinin qalibi olan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Məğlub Ermənistan və onun havadarları bu reallıqlarla barışmağa məhkumdur. Sözügedən nəzarət-buraxılış məntəqəsinin yaradılmasının regiondakı vəziyyətə təsirinə gəlincə, əlbəttə ki, bu, müsbət proseslərlə müşaiyət oluna bilər. Çünki indiyə qədər Laçın dəhlizi vasitəsilə Ermənistan tərəfindən Qarabağ separatçılarına silah-sursat göndərilirdi, eləcə də bu bölgəyə qanunsuz səfərlər reallaşdırılırdı. Həm də, Qarabağdakı təbii sərvətlərimiz qanunsuz istismar olunaraq Ermənistana daşınırdı. Rusiyanın sülhməramlı kontingenti isə bütün bunlara göz yumurdu. Laçın istiqamətində Ermənistanla dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bütün bunlara son qoyulacaq. Bununla da, Qarabağdakı separatçılara kənar qüvvələrin təsiri zərərsizləşdiriləcək, burada yaşayan erməni əsilli vətəndaşlarımızla təmasların müsbət mənada artmasına və nəticələrin əldə edilməsinə imkan yaranacaq. Xüsusilə, müəyyən xarici dairələrin regionda gərginlik yaratmaq cəhdləri neytrallaşdırılacaq ki, bu da sülh və sabitliyin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxSosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53

