Rusiya son sözünü söylədi
09.02.2022 [10:12]
Avropa isə seçim qarşısında...
Pərviz SADAYOĞLU
Fransa Prezidenti Emmanuel Makronun Moskvaya səfəri - Rusiya Prezidenti Vladimir Putinlə görüşü bir sıra mühüm məqamlarla yadda qaldı. Ukrayna problemi ilə bağlı aparılan danışıqların detalları ictimaiyyətə tam açıqlanmasa da, prezidentlərin səsləndirdikləri fikirlər bir məsələni tam dəqiqləşdirdi - nə Rusiya, nə də Qərb öz mövqelərindən geri çəkilmək fikrindədir. NATO-nun şərqə doğru genişlənməsi Rusiya üçün hələ də açıq təhdiddir.
Dövlət başçılarının birgə mətbuat konfransında çıxış edən Vladimir Putin bu faktı bir daha dilə gətirib. O bildirib ki, Moskva NATO-nun şərqə doğru genişlənməsinin əleyhinədir, çünki bu, Rusiya üçün təhlükə yaradır. Prezidentin sözlərinə görə, əgər Ukrayna NATO-ya daxil olarsa və Krıma hücum edərsə, o zaman Rusiya ilə Alyans arasında münaqişə yaranacaq: “Ukraynanın doktrina sənədlərində Krımın hərbi yolla qaytarılmasının mümkün olduğu bildirilirsə, təsəvvür edin, Ukrayna NATO-nun üzvüdür, bu o deməkdir ki, Rusiya ilə NATO arasında hərbi qarşıdurma yaranacaq. NATO ilə döyüşməliyik? Ancaq sualın ikinci hissəsi də var: Rusiya ilə döyüşmək istəyirsinizmi? Fransanın Rusiya ilə döyüşməsini istəyirsiniz? Amma belə də olacaq!”.
V.Putin vurğulayıb ki, Rusiyanın narahatlığını ümumi Avropa təhlükəsizliyi ilə bağlı məsələlər də diktə edir. O hesab edir ki, Rusiya ilə NATO arasında hərbi münaqişə baş verərsə, qaliblər olmayacaq: “Mən danışdım, amma çox istərdim ki, nəhayət məni eşidin və bunu internetdə oxucularınıza, izləyicilərinizə və istifadəçilərinizə çatdırın: başa düşürsünüzmü, Ukrayna NATO-ya üzv olarsa və əgər Krımı hərbi yolla qaytarmaq istəsə, Avropa ölkələri avtomatik olaraq Rusiya ilə hərbi münaqişəyə cəlb olunmayacaq? Qaliblər olmayacaq. Rusiya Federasiyası nüvə dövlətlərindən biridir”.
Görünən budur ki, Kreml vəziyyətin ciddiliyini artıq bu ritorika ilə anlatmağa çalışır. Dövlət başçısı səviyyəsində səsləndirilən fikirlər isə müharibənin olacağı təqdirdə Avropanı gözləyən “perspektiv”i tam olaraq göz önündə canlandırır.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramil Həsən Fransa Prezidentinin Moskva səfərinin Ukrayna probleminin həlli ilə bağlı çıxış yolları axtarmağa hesablandığını dilə gətirib. Onun sözlərinə görə, Fransa prezidenti səfər öncəsi bildirmişdi ki, Moskvaya yeni təkliflərlə gedir. Təbii ki, bu təkliflərin məzmunu açıqlanmamışdı. V.Putinin açıqlaması onu göstərir ki, Makronun təklifləri Rusiya üçün məqbul olmayıb: “2014-cü ildən Avropanın siyasi gündəminin mühüm müzakirə predmetinə çevrilmiş Ukrayna-Rusiya qarşıdurması məzmununu dəyişməkdədir. Vaxtilə sırf ərazi iddiaları ilə bağlı ortaya çıxan problem bu gün qlobal xarakter alıb. Bunun əsas səbəbi isə NATO-nun şərqə doğru genişlənmə planı və Ukraynanın Alyansa qəbul edilməsi ilə bağlı təkliflərdir. Rusiya əvvəldən bu məsələdə birmənalı mövqe tutub və bunu özü üçün təhdid sayır. Kreml hesab edir ki, Ukraynanın NATO üzvü olması sonradan ortaya çıxacaq böyük toqquşmaların qığılcımına çevriləcək. Rusiya mövqeyini dəyişmir. Putin hər zaman üstüörtülü şəkildə qarşıdurmanın Avropa üçün mənfi nəticələrə yol açacağını deyirdisə, bu dəfə daha açıq danışdı. Bəlkə, bu, təhdid kimi də görünə bilər. Amma Rusiyanın öz maraqlarını qoruduğunu nəzərə alsaq, Rusiya prezidentinin fikirləri son nəticəni hər kəsə izah etməkdədir. Bu o deməkdir ki, əgər NATO Krıma hücum edərsə, Rusiya bütün gücünü və arsenalını işə salacaq. Hətta nüvə müharibəsi təhlükəsi belə yarana bilər”.
Millət vəkili bildirib ki, Avropanın bəzi ölkələri, o cümlədən Avropa İttifaqına sədrlik edən Fransa bu qarşıdurmanın tərəfdarı deyil. Prezident Makron dəfələrlə bu problemin dialoq müstəvisində həlli imkanlarının olduğunu dilə gətirib. Bu qarşıdurma Avropa üçün siyasi-iqtisadi fəlakətlərə yol aça bilər və Qərb dünyası bunu anlayır. “Fransa, Almaniya kimi avrosentrist dövlətlər Avropanın maraqlarını, təhlükəsizliyini qorumaq niyyətindədirlər. Bunun üçün də danışıqlar vasitəsilə çıxış yolları axtarırlar. Əlbəttə ki, hər zaman çıxış yolu var və fikrimcə, bu imkan hələ də tükənməyib. Artıq Rusiya, demək olar ki, son sözünü dedi. İndi seçim və söz haqqı NATO-nundur”, - deyə R.Həsən əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

