Kiyev prezident seçkilərinə hazırlaşır?
26.12.2025 [08:59]
Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh prosesi beynəlxalq müstəvidə əsas müzakirələrdən biridir. Belə bir şəraitdə Ukraynada prezident seçkilərinin keçirilməsi yenidən gündəmə gəlib. Artıq Ukrayna Ali Radası hərbi vəziyyət şəraitində mümkün prezident seçkilərinin hazırlanması üçün işçi qrupu yaradır. Bu barədə parlamentdə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya öz teleqram kanalında bildirib. “İlkin razılaşmaya əsasən, hərbi vəziyyət şəraitində mümkün prezident seçkilərinin keçirilməsi məsələsinin operativ müzakirəsi üçün Ukrayna Ali Radasında işçi qrupu formalaşdırılır”, - deyə o yazıb.
Ali Rada seçkilərlə bağlı işçi qrupu yaradır
Qrupun işində parlamentin bütün fraksiya və deputat qruplarının, Mərkəzi Seçki Komissiyasının, həmçinin seçki məsələləri ilə məşğul olan ictimai təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. D.Araxamiya vurğulayıb ki, işçi qrupun iclasının tarix və vaxtı elan olunacaq.
Qeyd edək ki, rəsmi Moskva Volodimir Zelenskini qeyri-legitim prezident hesab edir. Buna səbəb kimi, onun dövlət başçısı seçildiyi müddətin başa çatması göstərilir. ABŞ Prezidenti Donald Tramp da Ukraynada prezident seçkilərinin keçirilməli olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna rəsmiləri yeni seçkilərin keçirilməsindən yayınmaq üçün müharibə məsələsindən istifadə edirlər.
Kiyev seçki təhlükəsizliyinə zəmanət istəyir
Nəzərə alaq ki, Ukrayna qanunvericiliyinə əsasən müharibə şəraitində seçkilərin keçirilməsi təxirə salınır. Lakin bu təzyiqlər qarşısında rəsmi Kiyev seçkilərin keçirilməsi üçün tədbirlər görməyə hazırlaşır. Ukrayna Prezidenti Zelenski prezident seçkilərini keçirməyə hazır olduğunu bəyan edib. Zelenski müharibənin onun “kreslodan yapışması” səbəbindən uzandığını iddia edənləri “tamamilə qeyri-adekvat” adlandırıb. Bununla belə, o, hesab edir ki, seçkilərin təhlükəsizliyinin təmin olunması və hərbi vəziyyət şəraitində seçki keçirilməsini qadağan edən qanunvericiliyin dəyişdirilməsi tələb olunur: “Seçkilər iki amildən asılıdır: təhlükəsizlik və qanunvericilik. Təhlükəsizlik - səsvermənin mümkün olması üçün əsas şərtdir. Məhz buna görə seçkilər müvəqqəti işğal olunmuş ərazilərdə keçirilə bilməz”. Onun sözlərinə görə, Ukrayna beynəlxalq müşahidəçilər və xaricdə səsvermə ilə ədalətli və şəffaf seçkilər keçirə bilər. “Xaricdə çox sayda ukraynalının olması səbəbindən proses daha mürəkkəb olacaq, lakin XİN artıq bu məsələnin həlli üzərində işləyir. Bütün vətəndaşların, xüsusilə də cəbhədəki hərbçilərin səs vermək imkanına malik olması vacibdir. Bu, dövlətin təmin etməli olduğu əsas hüquqdur. Seçkilərin təhlükəsizliyi məsələsi beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə müzakirə olunur. Mümkün variantlardan biri - ən azı, seçki dövründə atəşkəs və ya müharibənin bitməsidir”, - deyə Zelenski əlavə edib.
Putinin seçki tələbi...
Yeri gəlmişkən, Rusiya Prezidenti Putin bugünlərdə ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ölkəsində yaşayan Ukrayna vətəndaşlarının da seçkidə iştirak hüququndan bəhs edib. O, Ukraynada mümkün prezident seçkilərinin təhlükəsizliyini təmin etmək barədə düşünməyə hazır olduğunu deyib. Putinin sözlərinə görə, Rusiya seçkilər zamanı təhlükəsizliyi təmin etmək üçün Ukrayna ərazisinin dərinliklərinə zərbələr endirməyəcək. Ancaq Rusiya liderinin bir şərti var: “Əgər seçkilər keçirilərsə, Rusiyada yaşayan ukraynalılar üçün Rusiya ərazisində səsvermənin təşkil edilməsini tələb edirik”. Görünür, Putin ümid edir ki, Rusiyada yaşayan ukraynalıların səsi hesabına Ukraynada prezident kürsüsündə Rusiyayönümlü şəxs oturacaq. Təsadüfi deyil ki, o, hazırda Rusiyada 5 milyondan 10 milyona qədər Ukrayna vətəndaşının yaşadığını göstərən məlumatlara istinad edib. Rusiya liderinin bu tələbinə rəsmi Kiyev hələ münasibət bildirməyib. Əgər həqiqətən sözügedən tələb yerinə yetirilsə, Zelenskini çətin vəziyyət gözləyəcək.
Bütün bunların fonunda Zelenski Rusiya Silahlı Qüvvələrinin 25 dekabr - Milad günü Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirə biləcəyinin anonsunu verib. Dövlət başçısı qeyd edib ki, ABŞ və Almaniya Milad atəşkəsinin elan olunmasını dəstəkləyib, lakin Moskva bundan imtina edib: “Rusiya deyir: “Milad atəşkəsi olmayacaq”. Mən bu siqnallardan sonra kəşfiyyatımızın gücləndirilməsini tapşırdım. Biz başa düşürük ki, məhz bu günlərdə onlar kütləvi zərbələr endirə bilərlər”.
Ekspert: Hazırda Ukraynada demokratik seçkilərin keçirilməsi qeyri-mümkündür
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, işğala məruz qalan və aktiv hərbi əməliyyatlar aparılan ölkədə azad və demokratik, beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi qeyri-mümkündür. İlk növbədə, Ukraynanın Konstitusiyasında ölkədə hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsinin, sərbəst toplaşma azadlığının və s. məhdudlaşdırılması nəzərdə tutulur. Belə bir şəraitdə icra hakimiyyəti orqanları fövqəladə səlahiyyətlər çərçivəsində fəaliyyət göstərirlər. Onun sözlərinə görə, bu vəziyyət təkcə Ukraynaya aid deyil. Bir çox ölkələrin qanunvericiliyində belə hallar öz əksini tapır. “Burada təhlükəsizlik əsas şərtdir. Heç kim təminat verə bilməz ki, seçki günü Ukrayna ərazisi, seçki məntəqələri raketlərlə hücuma məruz qalmayacaq. Digər tərəfdən, işğal və aktiv hərbi əməliyyatlar şəraitində seçkilərdə bərabərhüquqlu iştirak hüququ, azad rəqabət mümkün deyil. Nəzərə alaq ki, milyonlarla ukraynalı müharibə səbəbindən xarici ölkələrdə məskunlaşıblar. Onların xaricdə səsverməsini təmin etmək texniki və hüquqi baxımdan çətindir”,- deyə Ə.Nuriyev söyləyib.
Ekspert diqqətə çatdırıb ki, dünya təcrübəsində də aktiv hərbi əməliyyatların aparılması zaman seçkilərin təxirə salınmasına dair kifayət qədər faktlar var: “Məsələn, İkincü Dünya müharibəsi zamanı Böyük Britaniyada və ABŞ-da seçkilər təxirə salınıb. Eləcə də, Avropa ölkələri də müharibələr zamanı seçki keçirməyiblər. Belə bir halda, bu gün hansısa beynəlxalq dairələr tərəfindən Ukraynada prezident seçkilərinin keçirilməsini tələb etmək doğru deyil”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Gündəm
13 Yanvar 12:33
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15
Dünya
12 Yanvar 16:08
Sosial
12 Yanvar 16:06
YAP xəbərləri
12 Yanvar 15:29
Gündəm
12 Yanvar 15:22
YAP xəbərləri
12 Yanvar 15:13
Hərbi
12 Yanvar 14:21
İqtisadiyyat
12 Yanvar 14:06
Sosial
12 Yanvar 13:11
İqtisadiyyat
12 Yanvar 13:10

