Himalay ölkəsini kütləvi iğtişaşlar bürüyüb
11.09.2025 [09:15]
Asiyanın iki nəhəng ölkəsi - Çin və Hindistan arasında yerləşən Himalay ölkəsi - Nepalı kütləvi iğtişaşlar bürüyüb. Qeyd edək ki, bu ölkədə iki gündür ki, qeyri-sabitlik hökm sürür. İğtişaşlara səbəb hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla 26 sosial media şəbəkəsinin istifadəsinə qadağa qoyması olub. “India Today” agentliyinin məlumatına görə, Nepalın Baş naziri Şarma Oli ölkədə iğtişaşların artması fonunda vəzifəsindən istefa verib. İğtişaşlar zamanı etirazçılar tərəfindən hökumət binaları və bir sıra strateji obyektlər yandırılıb. Toqquşmalar nəticəsində 30-dan şəxsin öldürüldüyü və 300 yaxın şəxsin isə yaralandığı iddia olunur.
Hansı obyektlər hədəfə alınıb?
“India Today” məlumat verir ki, etirazçılar bir sıra dövlət qurumlarının, o cümlədən parlament, Ali Məhkəmə və prokurorluğun binalarını yandırıblar. Siyasətçilərin və məmurların evlərinə hücumlar edilib. Ölkənin keçmiş baş nazirinin həyat yoldaşı öldürülüb. Nepalın “Khabarhub” xəbər portalının məlumatında isə qeyd olunur ki, etirazçılar ölkənin Bhayrahava ərazisində yerləşən Qautam Budda adına Beynəlxalq Hava Limanına hücum edərək oranı da yandırıblar. Məlumata görə, təxminən 1 000 nümayişçi hava limanının ərazisinə daxil olaraq əmlaka zərər vurub və bir neçə avtomobili yandırıb. Portal, həmçinin bildirib ki, paytaxt Katmandu şəhərinin Koteşvor rayonunda nümayişçilərin hücumu nəticəsində üç polis əməkdaşı həlak olub - iğtişaşçılar əvvəlcə polis məntəqəsinin binasını yandırıblar, sonra isə polisləri oradan küçəyə çıxarıblar. Polislər təslim olub silahlarını yerə qoymalarına baxmayaraq, kütlə üç polisi döyərək onları öldürüb. Sabiq baş nazir Şarma Olinin iqamətgahı da iğtişaşçıların hücumuna məruz qalıb - “Khabarhub” agentliyi məlumat verir ki, Ş.Olinin iqamətgahı yandırılıb və onun həyat yoldaşı Arzu Ranu yanaraq faciəli şəkildə həyatını itirib. Eyni zamanda Katmanduda davam edən kütləvi iğtişaşlar fonunda soyğunçuluq halları da qeydə alınıb.
1500-dən çox məhbus həbsxanadan qaçıb
Nepalın “Khabarhub” agentliyinin məlumatına görə, ölkədə baş verən iğtişaşlar fonunda ölkənin Lalitpur şəhərindəki Nakhu həbsxanasından 1 500-dən çox məhbus qaçıb. Agentliyin məlumatında qeyd olunur ki, Rastriya Svatantra Partiyasının sədri Rabi Lamiçhane azad edildikdən sonra Lalitpurdakı Nakhu həbsxanasının bütün məhbusları müəssisəni tərk ediblər. Sözügedən həbsxanada 1 500 və 2000 arası məhbusun saxlandığını qeyd edən nəşrin məlumatında, həmçinin bildirilib ki, polis öz postlarını tərk etdiyi üçün məhbuslar qaçmağa müvəffəq olublar.
Şəhərlərə ordu yerdilib
Nepal Müdafiə Nazirliyi kütləvi iğtişaşların baş verdiyi şəhərlərə digər təhlükəsizlik xidmətləri ilə birgə qoşun yeridib. Ordu bütün vətəndaşları təmkinli olmağa və ölkə daxilində gələcək dağıntıların qarşısını almaq üçün təhlükəsizlik qüvvələri ilə əməkdaşlığa çağırıb. Nepal ordusu Katmandudakı Tribhuvan Beynəlxalq Hava Limanını da nəzarətə götürüb. “Kathmandu Post” qəzeti yazır ki, hava limanının bağlanması səbəbindən yüzlərlə sərnişin Nepaldan uça və ya ölkəyə enə bilməyib. Daha əvvəl Nepal Turizm Şurası və yerli aviaşirkətlər ölkədəki bütün hava limanlarının sentyabrın 11-dək bağlı qalacağını, həmçinin bağlanmanın uzadılması ehtimalının olduğunu açıqlayırlar.
Dövlət başçısı çağırış edib
Nepal Prezidenti Ram Çandra Paudel milli birliyə çağırış edib - o, vəziyyətin sülh yolu ilə həlli üçün əməkdaşlığa hazır olduğunu bəyan edib. AFP agentliyi bildirib ki, dövlət başçısı etirazçıları danışıqlara dəvət edib. “Mən hamını, o cümlədən etirazçı vətəndaşları ölkədəki çətin vəziyyətin sülh yolu ilə həlli üçün əməkdaşlığa çağırıram”, - deyə Ram Çandra Paudel bildirib.
Yoxsulluq içində 30 milyonluq əhalisi olan ölkə
Uzun müddət aparılan demokratik islahatlara baxmayaraq, 30 milyon əhalisi olan Nepal siyasi və iqtisadi cəhətdən qeyri-sabit ölkə hesab olunur. Himalay dağlarının ətəyində yerləşən bu ölkədə səmərəli iqtisadi imkanlar məhduddur və sosial rifah acınacaqlı vəziyyətdədir - bu da milyonlarla nepalının Cənubi Koreya və Malaziyaya, o cümlədən Körfəz ölkələrinə axın etməsinə səbəb olur. Dünya Bankının Nepal ilə bağlı hesabatında qeyd edilir ki, ölkədə gənc əhali arasında işsizlik 20% civarındadır - hər gün 2000-dən çox gənc Körfəz və Cənub-Şərqi Asiya ölkələrinə iş axtarmaq üçün ölkəni tərk edir. Nepalın hökumət rəsmiləri isə korrupsiyada və dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunur.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23

