Viktor Orbanın xəbərdarlığı: böhran, ziddiyyət və parçalanma
10.09.2025 [09:39]
Avropa İttifaqının gələcəyi sual altındadır
Ötən əsrin son onilliyindən başlayaraq dünyanın aparıcı aktorlarından birinə çevrilməyi bacaran Avropa İttifaqı qlobal siyasi və iqtisadi arenada ən böyük birliklərdən biri kimi formalaşıb, şöhrət qazanıb. Amma son illərdə qurum daxilində kəskin ziddiyyətlər açıq şəkildə müşahidə olunur. Bunların sırasında maliyyə siyasətində parçalanma, miqrasiya böhranına yanaşmada fərqli mövqelər, enerji təhlükəsizliyi məsələsində ortaq xəttin tapılmaması, hüquq və demokratiya dəyərlərinə ikili standart yanaşmalar xüsusi yer tutur. Qərb Avropası ölkələri ilə Şərqi Avropa dövlətləri, xüsusilə Macarıstan, Slovakiya, Serbiya arasında yaranan müəyyən fikir ayrılıqları artıq institusional böhran səviyyəsinə yüksəlib. Brüsselin diktə etdiyi qaydaların bir çox üzv dövlətlər tərəfindən qəbul edilməməsi Aİ daxilində həm siyasi, həm də ideoloji uçurum yaradıb. Bu isə bəzən Aİ-ni özünün nizamnaməsinə zidd olan addımlar atmağa belə sövq edir. Nəticədə isə qurumun reputasiyası zədələnir, inam, etimad və hüquqi dəyərləndirmə itir...
Orban 10 il müddət qoydu...
Son 1 ildə bir çox Avropa ölkəsi lideri Aİ-nin dağılacağı ilə bağlı pessimist proqnozlar verməkdədir. Bu günlərdə Macarıstanın Baş naziri Viktor Orban da Avropa İttifaqının gələcəyi ilə bağlı kəskin açıqlama verib. O, yaxın illərdə Aİ-nin ciddi sarsıntılarla üzləşəcəyini bildirib. Orbanın sözlərinə görə, mövcud gedişat davam edərsə, 2035-ci ildən sonra ümumi büdcənin qəbul edilməsi mümkünsüz olacaq: “Avropa İttifaqı tarixdə nəcib bir eksperimentin məyusedici nəticəsi kimi qalacaq”, - deyə baş nazir vurğulayıb.
O, həmçinin Ukraynanın Aİ-yə və NATO-ya üzv olmaması gərəkdiyini bildirib: “Aİ hazırda “axsaq ördək” kimi davranır. Ukraynanın təhlükəsizlik zəmanətləri ABŞ-la deyil, Rusiya ilə müzakirə olunmalıdır”, - deyə Orban əlavə edib.
İllərdir yerləşdiyi kontingenti lokal maraqlar çərçivəsində “idarə edən” Avropa İttifaqının eniş xəttində olması növbəti dəfə gündəmə gəlir - qeyd edildiyi kimi, bu tip açıqlamalar son dövrlərdə daha da intensivləşib. Sirr deyil ki, ənənəvi Qərb dövlətlərinin əksəriyyəti bu gün həm iqtisadi, həm də siyasi böhranla üz-üzə qalıb. Hətta bəzi hallarda təşkilat haqqında söylənən onun korporativ maraqlara xidmət etməsi, rəhbər şəxslərin korrupsiya əməllərində ittiham olunması, maddi gəlir qarşılığında lobbi qruplarının sifarişlərini yerinə yetirməsi, sülhü deyil qarşıdurmaları, bəzi hallarda hətta separatizmi dəstəkləməsi kimi iddialar müzakirə predmetinə çevrilir. Vəziyyət o həddə çatıb ki, ötən ilin sonunda “Bloomberg” agentliyi Avropa İttifaqının üzləşdiyi çətin iqtisadi və siyasi vəziyyətin onun beynəlxalq səhnədəki mövqeyinə ciddi zərbə vura və Brüsselin müstəqil qlobal gücə çevrilmək istəklərinə son qoya biləcəyini yazmışdı. Vurğulanırdı ki, “siyasi iflic, xarici təhdidlər və iqtisadi çətinliklərin” birləşməsi Aİ ölkələrini diqqəti ümum-Avropa mənafeyinə yönəltməyə deyil, öz maraqlarını qorumağa sövq edir. Çünki Avropa elitaları tənəzzülün artıq qaçılmaz olduğuna dair çoxlu dəlillərlə qarşılaşıblar.
Müstəqillik “əldən getdi”...
Əvvəllər Aİ qlobal siyasi proseslərdə istiqamətverici qüvvə rolunda çıxış edirdisə, hazırda qurum daha çox proseslərin arxasınca sürünən, sadəcə reaksiya verən bir mexanizm təsiri bağışlayır. Bir çox siyasi analitiklər bu məsələdə Rusiya-Ukrayna müharibəsini əsas gətirirlər. Qeyd olunur ki, Bayden administrasiyası dövründə Avropa ABŞ-ın təşəbbüsü olmadan Rusiya ilə münasibətlərdə müstəqil mövqe ortaya qoya bilmədi. İqtisadi cəbhədə isə enerji daşıyıcıları ilə bağlı böhranlar Avropa ölkələrinin iqtisadi reputasiyasına ciddi zərbə vurdu. Bu gün Aİ daha çox yaranan problemlərin həllində iştirakçı deyil, həmin problemlərin təsirinə məruz qalan və daim reaktiv mövqe tutan quruma çevrilmiş kimi görünür.
Maliyyə qeyri-bərabərliyi, lidersizlik...
Macarıstan Baş naziri Viktor Orbanın “2035-ci ildən sonra Aİ-də ümumi büdcənin qəbul edilməsi mümkünsüz olacaq” fikri də təsadüfi deyil. Hazırda qurumun büdcəsi əsasən Almaniya və Fransanın maliyyə dəstəyi hesabına formalaşır. Lakin iqtisadi böhranlar, enerji asılılığı, inflyasiya və sosial narazılıqlar bu yükü daşımağı çətinləşdirir. Şərqi Avropa ölkələri daha çox donor rolunda çıxış edir, cənub dövlətləri - İtaliya, Yunanıstan və İspaniya isə borc bataqlığında “üzür”. Əgər bu tendensiya davam edərsə, 2035-ci ildən sonra ümumi büdcənin qəbul edilməsi, yəni bütün dövlətlərin ortaq maliyyə sənədində razılaşması, demək olar ki, qeyri-mümkün olacaq. Siyasi texnoloqlar Orbanın əslində Aİ daxilində mövcud maliyyə qeyri-bərabərliyinə işarə etdiyini, bunun uzunmüddətli perspektivdə qurumun dağılmasına gətirib çıxara biləcəyini vurğuladığını söyləyir.
Paralel olaraq Aİ daxilində lidersizlik problemi son illərdə daha da dərinləşib və önə çıxıb. Formal olaraq Almaniya və Fransa qurumda və kontingentdə liderlik iddiası ilə çıxış etsə də, bu iki dövlətin də maraq savaşında üz-üzə olması faktdır. Yəni bu ölkələr Aİ ilə bağlı məsələlərdə ortaq mövqedən çıxış edə bilmirlər. Bu isə bütövlükdə Aİ-nin gələcəyini sual altına qoyur. Digər dövlətlərin liderləri isə yalnız milli maraqları önə çəkərək ümumi razılığa gəlməyə mane olurlar. Orbanın dediyi kimi, “lider adlanan insanlar biri-birini parçalamağa hazırdırlar”. Bu, təkcə siyasi mövzularda deyil, həm də təhlükəsizlik, enerji, miqrasiya və iqtisadi inteqrasiya məsələlərində özünü göstərir. Şərqi Avropanın səsi isə olduqca “zəif” eşidilir...
NATO daxilində ABŞ ilə fikir ayrılığı və...
Avropa qitəsindəki parçalanmanın, fikir ayrılıqlarının bir səbəbi də NATO ilə bağlıdır. Bu gün NATO çərçivəsində ABŞ ilə Avropa dövlətləri arasında dərin fikir ayrılıqları mövcuddur. ABŞ hazırda daha çox özünün qlobal maraqlarını müdafiə edir, Avropa ölkələri isə daxili sosial-iqtisadi problemlərə görə müharibə yükünü daşımaq istəmirlər. Bu fərq Ukrayna müharibəsində daha aydın sezilir: ABŞ daha sərt mövqe tutmağa çalışan zaman, hətta bir sıra Qərbi Avropa ölkələri kompromis axtarırdılar - indi isə ABŞ sülh axtarışındadır, Aİ isə proseslərin kənarında qalmaq istəmədiyi üçün müharibə riskini daha da artırır. Nəticədə NATO daxilindəki bu parçalanma Aİ-yə iqtisadi cəhətdən də sirayət edir, çünki hər iki struktur üzv dövlətlər baxımından üst-üstə düşür.
Daxili ziddiyyətlərin qarşısı alınmasa...
Siyasi analitiklərin proqnozları isə ümidverici deyil - əgər Aİ yaxın illərdə daxili ziddiyyətlərini aradan qaldıra bilməsə, qurumun parçalanması qaçılmaz görünür. Bu, ilk növbədə Avropada yeni iqtisadi böhranların yaranmasına, milli valyutalara qayıdışa, sərhədlərin yenidən bərpa olunmasına gətirib çıxara bilər. Təhlükəsizlik sahəsində isə Aİ-nin zəifləməsi Avropanı daha çox ABŞ-ın və NATO-nun (qeyri-Avropa kontingenti ölkələr, xüsusilə Türkiyə) asılı vəziyyətinə salır. Digər tərəfdən, fərqli qeyri-Avropa güclərin qitədəki təsir imkanları açıq şəkildə genişləməkdədir. Bu isə Avropanın son onilliklərdə formalaşdırmağa çalışdığı müstəqil siyasi xəttin tamamilə iflasa uğraması deməkdir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

