52 faiz əleyhinə, 27 faiz lehinə...
23.07.2025 [11:45]
AfD-yə rəğbət bəsləyənlərin sayı artıb
Yaxın gələcəkdə Almaniyada ifrat-sağçı qüvvələrin hakimiyyətə gəlmə ehtimalı güclənilir. Belə ki, Almaniyada aparılan son sorğuların nəticələrinə görə, almanların əksəriyyəti radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının qadağan olunmasına qarşıdır. “Allensbach” İctimai Rəy İnstitutunun “Frankfurter Allgemeine Zeitung” qəzetinin sifarişi ilə keçirdiyi sorğuya əsasən, respondentlərin 52 faizi partiyanın qadağan olunmasının əleyhinə, 27 faizi isə lehinə olduğunu açıqlayıb. Şərqi Almaniyada respondentlərin təxminən 65 faizi, ölkənin qərbində isə 49 faizi AfD-nin qadağan olunmasını düzgün hesab etmir. Sorğu nəticəsində, həmçinin bəlli olub ki, Qərbi Almaniyada respondentlərin 67 faizi, Şərqi Almaniyada isə 88 faizi AfD-yə rəğbət bəsləyir. Bununla yanaşı, respondentlər AfD-nin qadağan olunması təşəbbüsünü digər partiyaların arzuolunmaz rəqibdən qurtulmaq niyyəti kimi qiymətləndirib. Qeyd edək ki, AfD-nin qadağan olunması tələbləri Almaniya daxili kəşfiyyat xidməti tərəfindən partiyanın qəti şəkildə sağ radikal kimi təsnif edilməsindən sonra daha da güclənmişdi. Lakin AfD bu qərara qarşı hüquqi yolla mübarizə apardığı üçün proses müvəqqəti olaraq dondurulub.
Həm Şərqi, həmdə Qərbi Almaniyada dayaqları möhkəmdir
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti S.Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Almaniya üçün Alternativ partiyasının bütün ölkə üzrə təsir imkanları artıb.
“Reallıq ondan ibarətdir ki, Almaniyada radikal sağçı qüvvələrin nüfuzu daha da güclənməkdədir. Ən son Bundestaq seçkilərində AfD-nin 20 faiz səs əldə edərək parlamentdə ikinci böyük partiyaya çevrilməsi onu deməyə əsas verir ki, bu partiyaya rəğbət bəsləyənlərin sayı əvvəlki dövrlərə nisbətən çoxalıb. AfD-nin proqramında sərt miqrasiya siyasəti və Avropa İttifaqına skeptik yanaşma, xüsusilə də Almaniyanın Rusiya ilə münasibətlərinin normallaşması və bu ölkə ilə daha yaxın əlaqələrin qurulması kimi məsələlərə xüsusi önəm verilir. Almaniyada son on ildə miqrantların sayının daha da çoxalması, miqrantlar arasında cinayətə meyilli olanların sayının artması, paralel olaraq iqtisadi ressesiyanın baş verməsi və əhalinin sosial rifahında problemlərin meydana çıxması yerli əhalinin siyasi baxışlarında ciddi dəyişiklikləri gətirib çıxarıb. AfD-yə bu qədər dəstəyin verilməsi bunu sübut edir. Aprel ayında da Almaniyada siyasi partiyalarla bağlı oxşar sorğu keçirilmişdi. Belə sual qoyulmuşdu ki, əgər hazırda Bundestaqa növbəti seçkilər keçirilərsə, hansı partiyaya səs verərsiniz? Təbii ki, ilk yerdə AfD qərarlaşmışdı. Son sorğunun nəticəsindən də aydın oldu ki, AfD nəinki Şərqi Almaniyada, hətta Qərbi Almaniyada da öz dayaqlarını möhkəmləndirib”, - deyə S.Zahidov vurğulayıb.
AfD-nin hakimiyyətə gəlmək şansı var?
“2029-cu ildə növbəti Bundestaq seçkilərdə AfD-nin ilk yerə çıxmaq imkanları kifayət qədər böyükdür. Amma bu, heç də demək deyil ki, AfD hakimiyyətə gələ bilər. Son seçkilərdə şahidi olduq ki, heç bir siyasi partiya mütləq üstünlüyə sahib deyil. Sağ-mərkəzçi və sol-mərkəzçi cəbhədə yer alan partiyalar arasında belə sövdələşmə əldə olunub ki, onlardan heç biri AfD ilə əməkdaşlıq etməyəcək. Bu baxımdan növbəti seçkilərdə AfD qalib gəlsə belə, onun tək başına hakimiyyət qurması inandırıcı görünmür. Amma buna baxmayaraq, ölkə daxilində siyasi vəziyyət hər an dəyişə bilər. Dörd ildən sonra keçiriləcək seçkilərdə Xristian Demokratlar Partiyası qalib gəlməsə, hakimiyyətdə təmsil olunmaq üçün onun AfD ilə koalisiyaya girməsi mümkün ola bilər. Çünki CDU və AfD-nin bəzi məsələlərdə, xüsusilə miqrasiya məsələsində mövqeləri üst-üstə düşür”, - deyə S.Zahidov bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

