BMT-də “mandat” davası
10.07.2025 [09:57]
Erməni lobbisi hələ də ucuz kampaniyalar axtarışındadır
44 günlük Vətən müharibəsi ilə tarixin arxivinə göndərilən “Qarabağ münaqişəsi”nin bir qrup simulyant ermənipərəstlər tərəfindən ara-sıra yenidən “gündəmə” gətirilməsi halları müşahidə edilir. Qlobal mühit üçün heç bir maraq kəsb etməyən bu kimi cılız cəhdlərin arxasında isə bəzi hallarda ermənipərəst mərkəzlərin maliyyə fırıldaqları (sonradan üstü açılır), diaspordan “pul qoparmaq” istəyi və ya beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyəti dayanır. Erməni lobbisi bu yolla yenidən diqqət mərkəzinə düşmək istəyir. Məsələn, “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov sosial şəbəkələrdə bildirib ki, erməni lobbisi və onun təsiri altında olan bəzi beynəlxalq QHT-lər BMT İnsan Hüquqları Şurasının “Dağlıq Qarabağ üzrə xüsusi məruzəçi” mandatının təsis olunması üçün növbəti kampaniyaya başlayıb. S.Məmmədov əlavə edib ki, anti-Azərbaycan mövqeyi ilə seçilən və BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) assosiativ üzv olan “Christian Solidarity International” təşkilatı xüsusi canfəşanlıq göstərir. Qeyd edək ki, hazırda BMT İnsan Hüquqları Şurasının 14 ölkə üzrə belə mandatı fəaliyyətdədir - Əfqanıstan, Belarus, Burundi, Mərkəzi Afrika Respublikası, Kamboca, KXDR, Eritria, İran İslam Respublikası, Mali, Myanmar, Fələstin, Rusiya, Somali və Suriya.
Erməni lobbisinin yeni oyunu...
Maraqlıdır ki, Azərbaycanla bağlı belə bir “ehtiyac” haradan qaynaqlanır. Qarabağla bağlı hər hansı bir məruzəçi mandatının formalaşdırılmasının hər hansı bir hüquqi və ya məntiqi açıqlaması ola bilməz. Birincisi, Qarabağ adlı hansısa bir statuslu ərazi vahidi yoxdur - Azərbaycan Respublikasının ərazisində “Qarabağ İqtisadi Rayonu” var ki, bu da Azərbaycanın suveren və ayrılmaz ərazisidir. İkincisi isə, belə istəyə, arzuya düşmək Azərbaycanın ərazi bütövlüyünə qarşı cəhd sayılır - bu isə, beynəlxalq aktlarla yolverilməzdir. Azərbaycanın ərazi bütövlüyü hətta işğal illərində belə BMT strukturları tərəfindən rəsmi sənədlər, qətnamələr vasitəsilə təsdiqlənib.
Üçünsücü isə, erməni lobbisinin bu davranışı birbaşa sülh prosesinə hədəflənib - onlar artıq son akkordları vurulan və nəticəyə doğru yol alan sülh danışıqları Cənubi Qafqazda tarixi bir mərhələ formalaşdıracaq. Erməni lobbisi isə bunu həzm etmək istəmir - onlar anlayırlar ki, Ermənistan rəsmi şəkildə özünün qondarma iddialarından geri çəkilən və qonşularına qarşı hər hansı bir təhlükə formalaşdırmayan zaman erməni lobbisinin fiaskosu rəsmiləşəcək. İllərlə min bir yalanla aldatdıqları erməni xalqı isə onlardan bunun hesabını soruşacaq. Beləliklə, bu kimi qondarma “mandatvermə oyunu” ilə yenidən hansısa arzularını “cücərtmək” istəyirlər. Amma artıq onların bu oyunları heç bir fayda və nəticə vermir. Nəzərə alsaq ki, Ermənistanın siyasi hakimiyyəti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyib, Paşinyan özü rəsmən bu məsələni vurğulayıb, demək ki, atılan bu addım yalnız və yalnız ara qarışdırmaq, ürək bulandırmaq cəhdidir. Belə cəhdlər isə yolverilməzdir.
CSİ-nin ermənipərəst “xristian müdafiəsi”...
Adıçəkilən “Christian Solidarity International” (CSI) təşkilatı isə sözdə “xristianların hüquq müdafiəsi” sahəsində fəaliyyət göstərən və qərargahı İsveçrədə yerləşən qeyri-hökumət təşkilatıdır. 1977-ci ildə təsis edilmiş bu təşkilat özünün əsas məqsədi kimi “dünyada dini azlıqlara, xüsusilə də xristianlara qarşı yönəlmiş təqiblərə qarşı mübarizə aparmağı və onların hüquqlarını müdafiə etməyi” bəyan etsə də, fəaliyyət spektri tamam fərqlidir. Qeyd edək ki, təşkilatın fəaliyyəti əsasən Yaxın Şərq, Afrika və Cənubi Asiyada bir sıra “hesabatlar” hazırlamaq, guya xristianlara qarşı “zorakılıq” hallarını sənədləşdirmək üzərində qurulub.
“Christian Solidarity International” daim Ermənistan və erməni maraqları ilə üst-üstə düşən mövqeləri ilə gündəmə gəlib. CSI uzun illər ərzində Qarabağdakı erməni əhalinin hüquqlarının guya pozulması ilə bağlı hesabatlar yayıb. Təşkilat 2020-ci il müharibəsindən sonra da Azərbaycanı “ermənilərə qarşı təcavüz”də günahlandıran bəyanatlar verib. Onlar Azərbaycanı “xristian erməni mədəni irsini məhv etməkdə” ittiham edən kampaniyalarda iştirak ediblər və UNESCO-nun bu məsələyə müdaxilə etməsinə çağırış ediblər. CSI bəzi hesabat və açıqlamalarında Qarabağda ermənilərin guya əsrlərlə “xristian azlıq” kimi təzyiqlərə məruz qaldığını iddia edir. Bu isə tarixi faktlarla və regionun siyasi-hüquqi görüntüsü ilə üst-üstə düşmür - bu təşkilatın əsl niyyəti ortadadır. Təsadüfi deyil ki, bu gün BMT ilə “mandat” davası aparan CSİ bu qurumun Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələrinə münasibət bildirməkdən yayınır. İllərlə “Qarabağda yaşayan erməni ailələrinə yardım” adı altında erməni lobbisinin qara kassası kimi fəaliyyət göstərən təşkilat bir dəfə də olsun Ermənistanın işğalı nəticəsində öz evindən didərgin düşmüş azərbaycanlılara diqqət göstərməyib. Halbuki bu selektiv yanaşma “humanitar və dini azlıqların hüquqlarını qorumaq” kimi ümumi bəyanatlarla ziddiyyət təşkil edir.
Beləliklə, CSİ özünü “xristian dəyərlərinin və azlıqlarının müdafiəçisi” kimi təqdim etsə də, keçmiş “Qarabağ münaqişəsi” kontekstində açıq ermənipərəst mövqe sərgiləməkdə davam edir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

