Liviyada nə baş verir?
16.05.2025 [08:59]
Afrika qitəsində geostrateji və geosiyasi cəhətdən xüsusi əhəmiyyətə malik, xüsusilə də neft-qaz ehtiyatları ilə zəngin olan Liviya yenidən beynəlxalq medianın gündəm mövzusuna çevrilib. Liviyada vəziyyət yenidən gərginləşib. Ölkədə yeni münaqişə ocağının yaranacağı ehtimal olunur. Belə ki, “Libya Press” agentliyinin məlumatına görə, mayın 13-14 -də Liviyanın paytaxtı Tripolidə şiddətli silahlı toqquşmalar baş verib. Qarşıdurmalar nəticəsində ən azı 6 nəfər həyatını itirib və 70 nəfər yaralanıb. Birləşmiş Millətlər Təşkilatı tərəfindən beynəlxalq səviyyədə tanınan Tripolidəki Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi yerli əhalini öz evlərində qalmağa çağırıb. Tripolidə sabitliyi bərpa etmək üçün şəhərin bütün ərazilərinə qoşun yerdilib. Artıq daxili qoşunların şəhərdə sabitliyi və təhlükəsizliyi bərqərar etdiyi iddia olunur. Qeyd edək ki, toqquşmalar Liviya Prezident Şurasına tabe olan Sabitliyə Dəstək Qüvvələrinin rəhbəri Abdelqani əl-Kiklinin öldürülməsindən sonra başlayıb. Əl-Kiklinin öldürülməsindən dərhal sonra ona tabe olan Misrata Briqadası hökumətin təhlükəsizlik qüvvələrinin obyektlərinə hücumlar həyata keçirib. Hazırda atəşkəsin təmin olunmasına baxmayaraq, növbəti qarşıdurmanın baş verməməsi üçün hər iki tərəf arasında danışıqlar aparılır. Liviyalı jurnalist Mustafa Fetouri “Russia Today”ə şərhində bildirib ki, son hadisədən sonra Tripolidə vəziyyətin sabitləşməsi qeyri-mümkün görünür və proseslər daha ağır silahlı toqquşmalara gətirib çıxara bilər.
Ölkə növbəti vətəndaş müharibəsi astanasında
Məsələ ilə bağlı politoloq Tural İsmayilov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Liviya qeyri-sabit və mərkəzi hakimiyyət böhranı yaşayan bir ölkədir. “Tripolidə baş verən son hadisələr bu böhranın hələ də tam həll olunmadığını göstərir. Abdelqani əl-Kiklinin öldürülməsi yalnız bir şəxsin həyatı ilə bağlı məsələ deyil, o, ciddi güc simvolu və Prezident Şurasının əsas dayaq nöqtələrindən biri idi. Onun öldürülməsi hərbi-siyasi balansın pozulmasına səbəb olub. Bu balanssızlıq isə yeni qarşıdurmalara zəmin yarada bilər. Əl-Kiklinin rəhbərlik etdiyi Sabitliyə Dəstək Qüvvələri Tripolinin təhlükəsizliyində əsas rol oynayırdı. Bu qüvvələrin rəhbərsiz qalması və ya yeni rəhbər ətrafında konsolidasiyanın baş tutmaması şəhərin daxilində hakimiyyət boşluğu yarada bilər”. Ekspertin sözlərinə görə, hazırkı durumda bir neçə güc mərkəzinin bu boşluğu doldurmaq üçün təşəbbüs göstərməsi real görünür. “Liviyanın siyasi xəritəsi əsasən bölgə və qəbilə maraqları əsasında parçalanıb. Tripolidə baş verənlər də bu parçalanmanın tipik nəticəsidir. Toqquşmaların qısa müddətdə dayanacağı ehtimal edilsə də, uzunmüddətli perspektivdə genişmiqyaslı qarşıdurmalar istisna deyil. Çünki Tripoli təkcə paytaxt deyil, həm də beynəlxalq tanınan idarəetmə mərkəzidir”. T.İsmayilov, həmçinin vurğulayıb ki, hər hansı bir güc qrupu bu şəhəri ələ keçirmək və ya orada üstünlük qazanmaqla beynəlxalq legitimlik iddiası qazanmağa çalışa bilər. “Bu isə BMT və digər beynəlxalq oyunçular üçün ciddi başağrısı olacaq. Eyni zamanda Liviyada indiyədək bir çox xarici güc aktoru - o cümlədən Türkiyə, Rusiya, BƏƏ və Misir yerli qüvvələr üzərindən öz təsir dairəsini qurmağa çalışıb. Bu aktorlar arasındakı maraq savaşının yenidən qızışması mümkündür. Əl-Kiklinin öldürülməsi bu güclərə fürsət kimi görünə bilər. Xüsusilə, Misir və BƏƏ-nin Qərbi Liviyada artan təsir imkanlarını dəyərləndirməyə çalışacağı gözləniləndir”.
Avropa yeni miqrasiya təhlükəsi qarşısında
“Eyni zamanda, təhlükəsizliyin zəifliyi miqrasiya axınlarına da gətirib çıxara bilər. Tripoli hazırda Afrika və Yaxın Şərqdən Avropaya keçid nöqtələrindən biridir. Nəzarətin zəifləməsi insan qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyanı artıracaq. Bu isə Aİ-nin də diqqətini bir daha Liviyaya yönəldə bilər,”- deyə T.İsmayilov bildirib.
Ya sabitlik, ya da qarşıdurma
Ekspert əlavə edib ki, Liviyanın daxili sabitliyi yalnız lokal faktorlarla deyil, regional və beynəlxalq balanslarla müəyyən edilir. “Sülh prosesinin zəifləməsi və etimadsızlıq mühiti yenidən güclənə bilər. Siyasi dialoq üçün şərait daralır. Bu səbəbdən, yaxın həftələrdə Tripolidə hazırkı vəziyyət ya təhlükəli hala çevriləcək, ya da nizamlanması istiqamətində addımlar atılacaq. Dövlət strukturlarının zəifliyi, təhlükəsizlik aparatlarının şəxslərə bağlılığı Liviyanı yenidən xaos riski ilə qarşı-qarşıya qoyur. BMT-nin səssizliyi isə bu xaosun beynəlmiləlləşməsinin qarşısını ala bilməz. Xüsusi bir məqamı da qeyd edim ki, Liviya yalnız bir ölkə deyil, eyni zamanda, böyük regional strateji qovşaqdır. Bu qovşağın sabitliyi pozularsa, Yaxın Şərq və Aralıq dənizi bölgəsində təhlükəli hallar baş verəcək.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13

