Hərtərəfli əməkdaşlıq üçün yeni başlanğıc...
02.05.2025 [10:04]
Azərbaycan-İran münasibətləri inkişaf edir
Bu günlərdə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlməsi, bu səfər çərçivəsində iki ölkə arasında çoxsaylı sənədlərin imzalanması, dövlət başçılarının mətbuata verdikləri bəyanatlarda və digər tədbirlərdə ifadə etdikləri fikirlər mühüm bir reallığı ortaya qoydu: Hər iki tərəf qarşılıqlı münasibətlərin dərinləşməsinə güclü siyasi iradə ortaya qoyur. Liderlərin bildirdikləri kimi, əməkdaşlığı müxtəlif istiqamətlərdə genişləndirmək üçün böyük imkanlar var və hər iki dövlətin maraqları naminə bu imkanlardan istifadə olunmalıdır.
Yaxın qonşuluğa, ortaq dəyərlərə və bugünkü reallıqlara əsaslanan münasibətlər
Azərbaycan və İran prezidentlərinin bir-birinə “əziz qardaşım” deyə xitab etmələri, ikitərəfli əlaqələri qardaşlıq münasibətləri kimi səciyyələndirmələri xüsusi önəm daşıyır. Bu, iki dövlət və xalq arasındakı yaxınlığın, səmimiyyətin necə yüksək səviyyədə olduğunun əyani təsdiqidir. Bir sıra ölkələr arasında qurulan əlaqələr hansısa keçici maraqlara əsaslanır və təbii ki, burada uzunömürlü münasibətlərdən danışmaq mümkün deyil.
Azərbaycan və İranın münasibətləri isə vazkeçilməz siyasi, iqtisadi məqamlara əsaslanmaqla yanaşı, həm də tarixi bağlara söykənir. Coğrafiya yaxın olduğu kimi, Azərbaycan və İran xalqlarının keçdikləri yolda da oxşarlıqlar çoxdur. Tarixi əlaqələr, etiqad birliyi, mədəni köklər, milli-mənəvi dəyərlər, xalqların həyat tərzindəki oxşarlıqlar və bu kimi digər cəhətlər dostluğumuzun möhkəm və etibarlı olmasına, necə deyərlər, təbii təminatlar yaradır. İki xalq arasında qohumluq, ailə münasibətləri var ki, bu da dövlətlərarası əaqələrə güclü impuls verir. Mətbuata bəyanatında bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür”.
Böyük siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan əlaqələr
Azərbaycan-İran əlaqələrinin təməli böyük siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Bu, Heydər Əliyevin blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrə təsadüf edir. O dövrdə Naxçıvanın vəziyyəti çox ağır idi, ən zəruri tələbat malları belə tapılmırdı. Belə kritik dönəmdə Heydər Əliyev öz nüfuzundan və imkanlarından istifadə etməklə İranla əlaqələr qurmağa nail oldu. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış müxtəlif sahələrdə əməkdaşlığa dair 16 maddədən ibarət protokola əsasən, muxtar respublikanın kommunikasiya xətlərinin İran ərazisindən keçirilməsi, bir il ərzində qaz kəmərinin İran hökumətinin vəsaiti hesabına çəkilməsi, ayda 100 ton maye qazın, təqribən, 30 meqavat gücündə elektrik enerjisinin verilməsi kimi həyati vacib məsələlər həll olunub.
Böyük siyasətçi Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra İranla ikitərəfli əlaqələri yeni müstəviyə qaldırıb. 1993-cü ilin oktyabr ayında “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və qardaşlıq münasibətlərinin prinsipləri haqqında” 22 maddəlik memorandumla yanaşı, siyasi, ticarət, iqtisadi, elmi-texniki, mədəni və humanitar əlaqələrə dair 14 sənəd imzalanıb.
Sonrakı mərhələdə isə Azərbaycan-İran münasibətləri Prezident İlham Əliyev tərəfindən dünyada və regionda yaranmış yeni siyasi-iqtisadi gerçəkliklər nəzərə alınaraq uğurla davam etdirilib. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir.
Şübhəsiz ki, Məsud Pezeşkianın ölkəmizə uğurla baş tutan səfəri ikitərəfli münasibətlərə yeni bir başlanğıc gətirəcək. Öz növbəsində İran Prezidenti də səfərin nəticələrinə böyük inamla yanaşdığını bildirib. O, Azərbaycana etdiyi rəsmi səfəri başa vurduqdan sonra “X” sosial şəbəkədəki platformasında Prezident İlham Əliyevə təşəkkürünü ifadə edən mesaj yazıb. Həmin paylaşımda oxuyuruq: “Bakıda hörmətli qardaşım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə anlaşmamız olub və sənədlər imzalamışıq. Bu səfər etimadın artırılmasına, elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlıq üçün yeni üfüqlərin açılmasına müqəddimədir. Qonaqpərvərliyə görə cənab İlham Əliyevə təşəkkür edirəm”.
Üçüncü ölkələrin Azərbaycan-İran münasibətlərinə müdaxiləsi yolverilməzdir
Azərbaycanın və İranın yerləşdiyi çoğafiyada ayrı-ayrı güc mərkəzlərinin maraqları toqquşur. Xüsusilə resurslarla zəngin olması, Asiya ilə Avropa arasında mühüm nəqliyyat bağlantılarının üzərində yeləşməsi bu coğrafiyanın cəlbediciliyini atırır. Bütün bu kimi reallıqlar nəzərə alınmaqla ayrı-ayrı güc mərkəzlərinin regionda maraqlarının daha çox dərəcədə təmin olunması uğrunda açıq və yaxud gizli marafona qoşulduqları fikrini tam cəsarətlə ifadə edə bilərik.
Kənar güclərin regionla bağlı məkrli planlar qurduqları ortadadır. Bu ssenarilərin reallaşmasına imkan vermək olmaz. Təsadüfi deyildir ki, Azərbaycan və İran 3+3 platformasını dəstəkləyir. Xatırladaq ki, bəhs olunan format çərçivəsində Tehranda da görüş keçirilib. M.Pezeşkianın ölkəmizə səfəri çərçivəsində baş tutan tədbirlərdə liderlər bu mövqeyə sadiq olduqlarını bir daha vurğulayıblar. Ayıq-sayıq olmalıyıq. Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə qarşı 3-cü dövlətlərin müdaxiləsinə qətiyyən yol vermək olmaz. Yeri gəlmişkən, onu da vurğulayaq ki, İranın 12 dövlətlə quru sərhədləri var. Ən etibarlı sərhəd isə Azərbaycanladır. Xatırladaq ki, 44 günlük müharibədən sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev sərhəd bölgəsində səfərdə olub və Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırıb. Xudafərin adi bir körpü deyil. O, əbədi olaraq dostluq, qardaşlıq körpüsü kimi qalmalıdır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

