Rusiya özünə yeni düşmən axtarır...
18.01.2025 [10:32]
Bu gün Rusiyada hakimiyyət dairələrinin sifarişlərini yerinə yetirən bəzi media qurumları ölkəmizə və xalqımıza qarşı qarayaxma kampaniyası aparır, xalqımızın ünvanına təhqirlər yağdırırlar. Hər kəsə aydındır ki, Rusiyada media qurumlarının heç bir razılıq olmadan Azərbaycana qarşı həqarətlər səsləndirməsi qeyri-mümkündür. Bu ölkədə media qurumları hakimiyyət dairələrinin iradəsindən kənar addım ata bilməzlər. Əgər belə olsa idi, həmin qurumlara qarşı çox ciddi tədbirlər görülərdi. Ancaq bu, baş vermir...
Bu gün Rusiyada Azərbaycanı təhqir edənlər dövlət orqanlarının nəzarəti altındadır. Onlar aidiyyatı orqanlarının icazəsi olmadan heç bir addım ata bilməzlər. Rusiyadakı media qurumları ölkəmizi məhz onların dili ilə təhqir edirlər. Sözsüz ki, bu prosesi idarə edən də əli hər yerə çatan aidiyyatı təhlükəsizlik orqanlarıdır.
Onların tapşırıqları ilə Rusiyadakı azərbaycanlılar gah neonasistlərin dili ilə hədələnir, gah da “Komsomolskaya pravda” və digər informasiya portallarında Azərbaycana qarşı heç bir əsası olmayan, yalan məlumatlar yayılır, ölkəmizə qarşı böhtanlar atılır və təhqirlər yağdırılır. Əslində onlar bu cür davranışlar sərgiləməklə özlərini gülünc vəziyyətə qoyurlar.
Azərbaycana qarşı bu münasibət onu deməyə əsas verir ki, Rusiya özünü dost kimi aparmır və qonşusuna qarşı düşmən münasibət bəsləməyə üstünlük verir.
2024-ci il dekabrın 25-də Rusiya səmasında vurulan “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin qəzaya uğramasının səbəblərinə obyektiv münasibət sərgiləmək, öz ölkəsinin səhvini etiraf etmək və Azərbaycan xalqından üzür istəmək əvəzinə ölkəmizə və xalqımıza təhqirlər yağdırmaq və hədə-qorxuya əl atmalarına həyasızlıqdan başqa ad vermək olmaz.
Rusiyada namələm olan pilotların danışıqlarını yaymaqla izi azdırmağa, məsələni əsas mətləbdən yayındırmaları bəs deyil, hələ Azərbaycanı günahkar çıxarmağa çalışırlar.
Xatırladaq ki, Prezident İlham Əliyev öz intellektual etikasına sığınaraq son müsahibəsində sərnişin təyyarəsinin qəzaya uğramasında məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasına və həlak onların ailələrinə və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyini diqqətə çatdırdı.
Azərbaycan öz haqlı məsələsini Rusiya ilə diplomatik tərzdə həll etməyə çalışır. Amma biz görürük ki, şimal qonşumuz dost ölkə kimi davranmır, Azərbaycanın suallarına cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.
Azərbaycan təyyarənin qəzaya uğramasında birbaşa günahı olan şəxslərin məsuliliyyətə cəlb olunmasını tələb edir və bu məsələdə tam haqlıdır. Çünki istənilən ölkə, hətta Rusiyanın özü belə bu addımı atardı.
Rusiyanın belə ucuz davranışı təəssüf doğurur. Özünü həqiqi dost və qonşu kimi aparan ölkə öz dostuna və qonşusuna bu cür davranış sərgiləməz.
Rusiyadan fərqli olaraq, Azərbaycan etik məsələlərə çox dəyər verir. Ölkəmizdə bu günə qədər heç media qurumu, hətta ekspertlər və sosial media istifadəçiləri əndazəni aşmayıblar və qonşu ölkələrə təhqirə və böhtana yol verməyiblər. Rusiya media qurumlarının ölkəmizə qarşı ucuz şouları qətiyyən yolverilməzdir.
Azərbaycan dövləti və xalqı Rusiyanın məsuliyyətli davranmasını, günahkarların tez bir zamanda cəzalandırılmasını və təyyarə qəzasında həlak olanların ailələrinə və zərər çəkənlərə kompensasiya ödənilməsini gözləyir. Azərbaycan haqlı mövqeyindən geri çəkilməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41

