Erməni terroru Suriyada...
19.12.2024 [08:42]
“Ozanyan batalyonu” Yaxın Şərqdə terrorçu fəaliyyətin daha da genişlənməsinə dəstək verir
Erməni terror təşkilatları illərlə fərqli rejimlərin əmr və sifarişlərini yerinə yetiriblər
Uzun illər boyu Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının formalaşmasına mane olan Ermənistan özünün terrorçu fəaliyyətini heç bir zaman gizlətməyib. Hətta SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirib. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı törədilən terror aktlarının mühüm əksəriyyəti Ermənistan hökuməti tərəfindən dəstəklənib, hətta bəzi dövlət rəsmiləri bu terror hadisələrinin aktiv iştirakçısı olublar. Ermənistanın rəsmi dairələri “Daşnaksütyun”, ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq Cəbhəsi”, Hnçak və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyalar aparır, paralel olaraq fərqli coğrafiyalarda yeni terror birlikləri yaradırdılar.
ASALA-nın Suriyadakı “mirası”...
Yaradılan terrror birliklərinin isə konkret hədəfləri mövcud idi. Xüsusilə Azərbaycan və Türkiyə ermənilərin bu kimi terror hədəfinə tuş gəlir. XXI əsrdə özünün terror zehniyyətindən əl çəkməyən Ermənistan Yaxın və Orta Şərqdə erməni qruplarının əli ilə aktiv terrorçu birliklərin yaranmasına nail olub. Yeri gəlmişkən, “Ozanyan batalyonu” adlı erməni terror qruplaşması bu günlərdə Suriyanın Ayn əl-Ərəbdə PKK/YPG-PYD terrorçularına məxsus tunellərdən birindən video paylaşıb. “Briqada” PKK/YPG-PYD terror qruplaşmasına dəstək verdiyini, “Suriya Demokratik Gücləri” ilə müttəfiq olduqlarını açıqlayıb.
Bu terror qruplarının mahiyyətinə nəzər salsaq görərik ki, Suriyada yaşayan erməni icmalarından bəziləri müharibə dövründə silahlanaraq yerli və xarici maraqlı qüvvələrlə əməkdaşlıq edib. Hətta bir sıra Erməni dəstələri Suriya rejiminin tərəfdarı olaraq Bəşər Əsəd qüvvələri ilə birlikdə hərəkət edib. Onların rejim qüvvələrinin yanında fəaliyyət göstərən “Nubar Ozanyan batalyonu” adlı silahlı dəstəsi isə açıq şəkildə PKK/YPG ilə yaxın əlaqələrə malikdir. Onlar PKK/YPG-yə həm döyüşlərdə iştirak etməklə, həm də logistik dəstək veriblər.
Müasir “donda” meydana çıxan “Ozanyan batalyonu” əslində ASALA-nın Yaxın Şərqdəki “mirasıdır”. Sirr deyil ki, 1975-ci ildə Beyrutda yaradılan ASALA-nın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşirdi. Bu təşkilatın üzvləri yaxın keçmişdə Suriya ərazisində aktiv şəkildə kamplaşma aparıb, silahlı təlimlər keçiblər. Onlar xüsusilə Türkiyə əleyhinə fəaliyyətlərdə iştirak ediblər. Haşiyəyə çıxaraq bildirək ki, həmin terrorçu batalyonun üzvləri 2020-ci il Vətən müharibəsi zamanı Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşüb. İşğal dövründə Azərbaycanın nəzarətində olmayan ərazilərimizdə təlimlər keçən terror dəstəsi “köçürülmə” adı altında oraya yerləşdirilib.
Tarixi “terror əməkdaşlığı”...
Suriya ilə Ermənistan arasındakı tarixi “terror əməkdaşlığına” gəldikdə isə, bununla bağlı da bir xeyli faktlar möcuddur. Ermənistan daima Suriyadakı erməni icmalarının təhlükəsizliyini təmin etmək və regional maraqlarını qorumaq üçün Əsəd rejimi ilə sıx əlaqələr saxlayıb. Erməni terror təşkilatları, xüsusilə ASALA, müxtəlif beynəlxalq terror qrupları ilə əlaqələr quraraq həm də Əsəd rejiminin əmr və sifarişlərin yerinə yetiriblər. Məsələn, ASALA-nın “Əbu Nidal” və “Qara Sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etdiyi hər kəsə məlumdur. 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə bu əlaqələr daha da sıxlaşıb. Hətta bəlli olduğu kimi, yeni “əməkdaşlıq platforması” - “Ozanyan batalyonu” belə yaradılıb.
Batalyonun yaranma məqsədləri...
“Ozanyan batalyonu” 2019-cu ildə Suriyanın şimal-şərqində yaradılıb. Bu silahlı qrup, PKK-nın Suriya qolu olan YPG (Xalq Müdafiə Birlikləri) ilə yaxın əlaqələrə malik olub və əsasən erməni diasporunun nümayəndələrindən təşkil edilib. Batalyon öz adını ASALA-nın (Erməni Gizli Ordusu) keçmiş komandirlərindən biri olan Nubar Ozanyandan alıb. Nubar Ozanyan 2017-ci ildə Suriyada öldürülmüşdü və Ermənistan üçün “milli qəhrəman” kimi təqdim edilir.
Vurğulandığı kimi, Paşinyan hakimiyyətinin “xeyir-duası” ilə yaradılan batalyonun məqsədi Suriyadakı erməni icmasını müdafiə etmək adı altında bölgədəki siyasi və hərbi fəaliyyətlərini gücləndirmək olub. Praktikada bu qrup Suriya münaqişəsində Əsəd rejiminə dəstək verməli, YPG ilə birgə fəaliyyət göstərməli olsa da, hədəf kimi daha çox Türkiyə və Azərbaycana qarşı fəaliyyətlə yadda qalıb.
Paşinyan - Makron cütlüyü terrorçu qrupa “siyasi libas” biçmək istəyir...
Qeyd edək ki, Ermənistan və erməni diasporu batalyona həm maliyyə, həm də kadr baxımından dəstək verir. Xüsusilə Fransadakı erməni icması qrupun əsas sponsorları sırasındadır. Fransa bu qrupun PR-nı təşkil etməklə onu diqqət mərkəzinə çəkməyə çalışır. Qrup xüsusilə erməni “milli kimliyi”, qondarma “erməni soyqırımı” məsələləri ilə bağlı propaqanda vasitəsi kimi istifadə olunur. Son dövrlərdə terror qrupunun yenidən önə çıxarılmasında isə xüsusi məqsəd var - Fransa və Paşinyan hakimiyyəti Suriyadakı hazırki siyasi qarışıqlıqdan istifadə edərək terrorçu qrupa “siyasi don” geyindirməyə, onları Suriyanın gələcək siyasi-ictimai həyatına pərçimləməyə çalışır. Bir sözlə, Ermənistan siyasiləşdirməyə çalışdığı bu terror qruplaşmasından Suriyada təsirini artırmaq üçün istifadə edir. Qrupun fəaliyyəti isə vurğulandığı kimi, regional sabitliyi təhdid yaradır - “Ozanyan batalyonu” həm də Ermənistanın Yaxın Şərq qarışıqlığında avtoritar rejimlərin dəstəklədiyini bir daha təsdiqləyir...
Xəbər lenti
Hamısına baxDünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04

