Ermənistanı Polşaya sevdirən “səbəblər”
28.11.2024 [09:07]
Dudanın İrəvan “monoloqu”, Paşinyanın seçimi...
Sirr deyil ki, Qərbin “Şərq planları” Ukraynada “daşa dəydi”. Bir sıra ölkələrin əli ilə keçmiş post-sovetdə özünün təsir dairəsini yaradacağını düşünən Qərbin “ildırım sürətli” layihələri heç də güman edildiyi şəkildə reallaşmadı. Şərqə doğru genişlənməklə özünün təkqütblü dünya ideyasını həyata keçirəcəyini düşünən Bayden administrasiyası və onun “müttəfiqləri” ayrı-ayrı ölkələri bu planda “piyada” şəklində istifadə edir - məhz bu “piyadaların” əli ilə təbliğat kampaniyası qurur, yeni situasiya yaratmağa çalışır, başından böyük vədlər verir və qarşısındakını da bu vədlərə inandırmağa çalışır.
Məsələn, vaxtilə Fransanın əli ilə Ermənistan aktiv “qərbyönümlü oyun”lara cəlb edilirdi. Hətta Paris İrəvanı 2020-ci il Vətən müharibəsindən sonrakı reallıqları “dəyişəcəyinə”, Qarabağdakı separatçı xuntanı “yaşadacağına” belə söz vermişdi. Bunun uğrunda nələr edilmirdi - qondarma qətnamələr qəbul olunur, BMT TŞ-yə müraciətlər ünvanlanır, hətta Azərbaycana qarşı “sanksiya hədəsi” belə səsləndirilirdi. Nəticə necə oldu - Makron hakimiyyəti özünü bütün dünyada biabır etdi, kolonialist siyasəti iflasa uğradı, hətta özünə müttəfiq bildiyi dövlətlər belə onu BMT masasında tək buraxdı. Yalanın, qərəzin və işğalçının yanında yer almağın ən böyük nümunəsi siyasi iflasın eşiyində dayanan Makron hakimiyyətidir, deyə bilərik...
Qərbin planları batır...
XXI əsrin ikinci onilliyinin başlanğıcından etibarən Mərkəzi Avropada yeni “nizam” qurmağa çalışan Qərbin bütün planları 2022-ci ildə “tormozlandı” - Rusiyanın önə sürdüyü qırmızı xətləri tapdayan Qərb iki ildən artıqdır ki, davam edən müharibənin başlanmasına səbəb oldu. Qərbin Ukrayna planlarına nəzər yetrisək nələr görmərik:
- Yalançı vədlər;
- Boş illüziyalar;
- Sülhdən yayındırılmaq üçün silah-sursat təminatı;
-Müharibəni qızışdırmaq üçün fərqli vasitələr.
Bu məsələdə xüsusilə, bəzi dövlətlərin “canfəşanlığına” rast gəlirik - məsələn, Polşa kimi. Ukraynada baş verənlərin sonlanması, sülh üçün zəminin yaranması yerinə, Varşava radikal addımları və münasibəti ilə yadda qalır. Bu isə, Kiyevə yaxşılıqdan daha çox pislik etmək assossasiyası yaradır.
Layiq olmayan tərif...
Fransanın Cənubi Qafqaz məğlubiyyətindən sonra deyəsən Qərb bu “işi” bir başqa ölkələrə “tapşırıb”. Yunanıstan və Polşa bu mənada seçilir. Afina Ermənistana silah göndərməyə hazırlaşır, Varşava isə “siyasi instruktajçı” kimi İrəvanla əlaqələrə yeni “yönverici” seçilir. Bu məqama təsadüfən toxunmadıq - Polşa prezidenti Andjey Dudanın Ermənistana rəsmi səfəri zamanı dilə gətirdiyi məqamları nəzər saldıqda, bu fakt bütün çalarları idlə üzə çıxır.
Prezident Duda ermənistanlı həmkarı Vaaqn Xaçaturyan ilə birgə mətbuat konfransında Polşanın yaxın zamanda Avropa İttifaqı Şurasına sədrlik edəcəyini əsas gətirməklə, bu müddətdə Ermənistanın Avropa ailəsinə yaxınlaşması məsələsinə xüsusi önəm verəcəyini deyib: “Ermənistanın Avropa İttifaqına inteqrasiyası Polşa üçün böyük əhəmiyyət kəsb edir. Biz Ermənistanın Avropa ailəsinə daha da yaxınlaşmasını dəstəkləyirik”.
Ermənistana bir addım da yaxın olmayan, real mənzərəni əks etdirməyən “təriflər” səsləndirən Dudanın bu addımı isə birmənalı qarşılana bilməz.
Faktlar nə deyir?
Birincisi, Ermənistanı Avropada “zurna - qavalla” heç kim gözləmir. Dudanın yalançı dəstək bəyanatının hər hansı bir real əsası yoxdur. Ermənistan nə siyasi, nə də iqtisadi baxımdan Aİ üçün prioritet deyil. Hətta bir az da dəqiqləşdirsək, Ermənistan heç Polşa üçün də mühüm bir əhəmiyyət daşımır. Faktlara nəzər salsaq, görərik ki, Polşa və Ermənistan arasındakı ticari dövriyyə Avropa İttifaqının Ermənistanla ümumi iqtisadi əlaqələri kontekstində cüzi bir yer tutur - Polşa Ermənistanın əsas ticarət tərəfdaşları arasında yer almır. Onların “əlaqəsi” yalnız epizodik kənd təsərrüfatı sahəsi və tikinti materialları üzrə “əməkdaşlıqdan” ibarətdir. Aİ-Ermənistan iqtisadi əlaqələrində Polşanın payına gəldikdə isə, Varşavanın bu çərçivədə payı mikroskopla belə görünə bilməyəcək səviyyədədir. Varşava nə qədər “can yandırsa da” Ermənistanın Aİ ilə ticarətində əsas tərəfdaşı Fransadır.
Ermənistan Aİ-yə niyə lazımdır?
İkinci bir tərəfdən, Polşanın Ermənistanı Aİ-yə “dəvəti” absurd xarakter daşıyır. Səbəb isə çox sadədir. Ermənistanın Aİ-nin fərqli ölkələri ilə əməkdaşlıqları olsa da, bu ölkə rəsmən Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Hətta dekabrın 25-də keçiriləcək Aİİ sammiti Ermənistanın XAHİŞİ İLƏ (fərqləndirmə ilə verməyimizə səbəb var-P.S.) Sankt-Peterburqda keçiriləcək. Nikol Paşinyan Aİİ sammitinə məhz Rusiya torpağında “sədrlik edəcək”. Bu fakt özü artıq şərhə ehtiyac qoymur.
Ermənistanın ikili oynaması ilk hadisə deyil - İrəvan çox hallarda bütün qütblərin çətiri altına girməyə hazır vəziyyətdədir. Amma Paşinyan anlayır ki, onları Aİ-də heç də “dörd gözlə” gözləyən yoxdur. Axı, Aİ hansı iqtisadi göstəricisinə görə Ermənistanı sərhədindən içəri buraxmalıdır? Və ya hansı siyasi qabiliyyətinə görə İrəvan Aİ-yə tərəf yol almalıdır? Paşinyan anlayır ki, o sadəcə Aİ-nin maraqlarının həyata keçməsində istifadə olunan alətdir - Duda da bu aləti əldə etməyə çalışanların ən yaxşı halda “elçisidir”...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

