Partiya daxilində sevinməyə qadağa
05.04.2024 [09:50]
Redikül düşərgə daxilindəki acınacaqlı vəziyyət günü-gündən daha da tündləşir. Heç bir sosial dayağı olmayan partiyalardakı diktatura idarəçiliyi bütün üzvləri cana gətirib. Xüsusilə, AXCP daxilində hökm sürən dözülməz mühit, despot rejimini xatırladan idarəetmə bütün partiya üzvlərini narahat etməkdədir. Vaxtilə bu partiyada təmsil olunan şəxslərin ard-arda istefa verərək bu qurumdan ayrılmasının ən böyük səbəblərindən biri də məhz sədr Əli Kərimlinin yaratdığı dözülməz mühitdir.
Qeyd olunduğu kimi, Əli Kərimlinin partiyada yaratdığı diktaturaya əsaslanan idarəetmə üsulu partiya üzvləri tərəfindən açıq şəkildə ifşa edilir. Məhz bu kimi məsələlərə görə, Əli Kərimlinin ətrafında olan şəxslər ard-arda istefa verərək ondan “canlarını” qurtarmağa çalışırlar. Ə.Kərimlinin partiya daxilində yaratdığı avtoritarizmin isə səbəbi bəllidir - o, xarici antimilli mərkəzlərdən aldığı ianələrə tək sahib olmaq istəyir. Eyni zamanda, partiya üzvlərindən dövlətə qarşı yalan, şər-böhtan kampaniyası aparmaq tələb edilir. Buna riayət etməyənlər isə təzyiqlə üzləşir və nəhayətdə partiyadan uzaqlaşdırılırlar. Faktlar ortadadır.
Məsələn, ötən ilin sonunda bəzi üzvlər partiyadakı ab-havaya, saxtakarlığa, Əli Kərimlinin partiya daxilindəki repressiv siyasətinə etiraz olaraq istefa verdiklərini bəyan etmişdilər. Bəlli olmuşdu ki, Əli Kərimli və ətğrafındakı məhdud çevrə öz xəyanətlərinə gəncləri də alət etmək istəyiblər və buna etiraz olaraq həmin gənclər AXCP-dən çıxdıqlarını bəyan ediblər. Maraqlıdır ki, parityadan istefav verən bütün isnanlar eyni problemləri önə çəkir - bu dəfəki problem isə Azərbaycan dövlətinin ötən ilin sentyabrında keçirdiyi lokal antiterror tədbirlərinin bəyənilməsi olmuşdu. Suverenliyimizin bərpa olunmasına seçinən insanlar sosial şəbəkələrdə AXCP-nin Əli Kərimliyə “ən yaxın” çevrəsi tərəfindən açıq təhqirlərə məruz qalmışdı, nəticədə isə istefa verməyə zorlanmışdılar.
Bəli, AXCP-də fəaliyyət göstərən azsaylı üzvlərin əksəriyyəti partiya sədrinin əməllərindən cana doyduqlarını bildirirlər. İndiyədək bu partiyanın gənclər təşkilatına yığılmış beş-on gənc Ə.Kərimlinin, eləcə də, ona yaxın olan qrupun əmrlərini sözsüz yerinə yetiriblər. Ə.Kərimli xarici ermənipərəst təşkilatlardan alınan sifarişlərin əsas “qara işləri”ni məhz həmin gənclərə gördürüb. Hətta Ə.Kərimlinin gənclər üzərindən çirkin oyunlar oynadığının, öz mənafeyi xatirinə rəhbərlik etdiyi partiyanın üzvü olan gəncləri belə qanunsuz əməllərə yönləndirdiyi kimi faktlar mövcuddur. Gənclər isə artıq Ə.Kərimli kimilərinin əmrlərini gözüyumulu yerinə yetirmək istəmirlər. Onlar verilən “göstəriş”i təftiş edir, hətta müzakirəyə çıxarırlar. Bu isə AXCP sədrinə naxoş gəlir, nəticədə həmin gənclər hədəfə alınırlar. Yəni bu partiyada kiminsə özünün azad sözü, fikri ola bilməz. Bu isə gənclərdə ikrah hissi oyadır və onlar aldadıldıqlarının fərqinə varırlar. Demokratiya pərdəsinə bürünərək sədri olduğu partiya daxilində diktatura quran Əli Kərimli “AXCP biznesini” əlində saxlamaq üçün aldatdığı bu kimi gənclərdən istifadə edir. Maraqlıdır ki, adıçəkilən gənclərin istefa vermələri barədə postlarının altında küçə söyüşləri belə yer almaqdadır - bu şəxslər guya “Ə.Kərimlini müdafiə etdiklərini” düşünürlər. Amma başa düşmürlər ki, bununla Ə.Kərimlinin əsl iç üzünü cəmiyyətə göstərirlər. Adını partiya qoymuş bu qruplaşmanın əsl fəaliyyətinin xəyanətdən və satqınlıqdan ibarət olması, hədəfinin isə Azərbaycana qarşı düşmənçlik və erməni sevgisi təşkil etməsi artıq sirr deyil.
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

