Prokurorluq cinayət işinin istintaqı ilə bağlı iddialara münasibət bildirib
30.03.2024 [17:32]
Bəzi sosial şəbəkə səhifələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Elcan Beybudova tanışı Vüsal Mayılov tərəfindən bıçaqla xəsarət yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, istintaqın əsassız uzadılması barədə məlumatlar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vüsal Mayılov tərəfindən Elcan Beybudovun sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.
Binəqədi Rayon Məhkəməsi tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılaraq təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
2023-cü il noyabrın 29-da Vüsal Mayılova həmin məcəllənin 126.2.4-cü və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilib, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün yenidən rayon məhkəməsinə müraciət olunub, məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin olunmayıb, eləcə də həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin olunmayaraq rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Bundan başqa, cinayət işinin mürəkkəbliyi nəzərə alınaraq cari il yanvarın 23-də Bakı Şəhər Prokurorluğu tərəfindən ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilib.
“Bildiririk ki, cinayət işi üzrə müvafiq ekspertizaların təyini, hadisənin baş vermə səbəbləri və şəraitinin, mexanizminin dəqiq müəyyənləşdirilməsi istiqamətində çoxsaylı istintaq hərəkətlərin icra olunması, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıqların, dövlət orqanlarına sorğuların verilməsi, zərərçəkmiş tərəfin istintaq orqanının çağırışlarına vaxtında gəlməməsi ibtidai istintaq müddətinin uzanmasına səbəb olub.
İstintaq zamanı, həmçinin Vüsal Mayılovun mübahisə zamanı ayağından bıçaq zərbəsi alması faktı ilə bağlı cinayət işi digər cinayət işinin materiallarından ayrılıb, hazırda istintaqı davam etdirilir.
Bir daha sosial şəbəkə istifadəçilərindən istintaq orqanı ilə dəqiqləşdirilməmiş və yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur”,- deyə məlumatda vurğulanıb.
Xəbər lenti
Hamısına baxSosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16

