Saat 12:00-dək Mətbuat Şurasının "qaynar xətti"nə şikayət daxil olmayıb
07.02.2024 [12:38]
Saat 12:00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən Mətbuat Şurasının (MŞ) telefon nömrələrinə hər hansı zəng daxil olmayıb. Secki-2024.az saytı xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Bildirilib ki, Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08:00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır.
Qeyd edək ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxt və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. MŞ sədri Rəşad Məcid və Şuranın İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində, MŞ İdarə Heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı Nəsimi Birinci Seçki Dairəsinin 17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində, Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində, Müşfiq Ələsgərli 7 saylı Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində, Aqil Ələsgər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 37 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirdiyini qeydə alıb, heç bir problem aşkarlamayıblar.
Mətbuat Şurası gün ərzində “qaynar xətt”in fəaliyyəti və Şuranın İdarə Heyətinin üzvlərinin müşahidələri ilə bağlı əlavə məlumat verəcək.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

