Yaz sessiyasının ilk plenar iclasında…
01.02.2024 [20:05]
Milli Məclis Avropa ölkələrinin parlamentlərinə çağırış edib
Azərbaycan sülh gündəliyinin müəllifidir
Günel ABBASOVA
Fevralın 1-də Milli Məclisin yaz sessiyası üzrə ilk plenar iclası keçirilib. Toplantını spiker Sahibə Qafarova açıq elan edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib.
Əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək Avropadakı müəyyən qüvvələrin Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə heç cür barışa bilmədiyini bildirib. O deyib ki, narahatlıq doğuran əsas məsələ Cənubi Qafqazda yaranan yeni reallığı bəzilərinin qəbul etməməsidir. S.Qafarova xatırladıb ki, Niderland Parlamentinin İkinci Palatasının Xarici Əlaqələr Komitəsinin yanvarın 18-də keçirilən iclasında Azərbaycanla bağlı qərəzli və tamamilə qəbuledilməz fikirlər səsləndirilib: “Niderlandlı həmkarlarımızın Cənubi Qafqazdakı reallıqları təhrif edən mülahizələri bizim ölkəmizə qarşı qeyri-obyektiv münasibətin hələ də davam etdiyini göstərir”.
Sədr Avropa ölkələrinin parlamentlərinə çağırış da edib. Bildirib ki, bu gün Bakı dünya ictimaiyyətindən, o cümlədən Avropa ölkələrinin parlamentlərindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüslərinə dəstək gözləyir. O qeyd edib ki, lakin bir çox ölkələr və beynəlxalq təşkilatlar tamamilə əks mövqedən çıxış edir: “Ermənistanın sürətlə silahlandırılması, parlamentlər və beynəlxalq qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region xalqlarının maraqlarına və sülh gündəliyinə xidmət etmir”.
Niderland parlamentinin komitəsinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi qınanılıb
Milli Məclisin deputatı Soltan Məmmədov çıxışı zamanı deyib ki, niderlandlı həmkarlarının Cənubi Qafqazdakı reallıqları təhrif edən mülahizələri Azərbaycana qarşı qeyri-obyektiv münasibətin hələ də davam etdiyini göstərir. Onun sözlərinə görə, ikili standartların Avropanın bir çox digər ölkələrində olduğu kimi, Niderlandda da xarici siyasətin əsas prinsiplərindən biri olması təəssüf doğurur: “Təəssüf doğuran daha bir fakt Niderlandın xarici işlər naziri Hanke Bruins Slot deputatların suallarına cavab verərkən absurd ittihamlarla razılaşdığını dolayısı ilə ifadə etməsidir. Heç şübhəsiz bütün bu hadisələr Azərbaycanın inkişafı ilə bağlıdır. Azərbaycan müharibədən sonra irəli sürülən sülh gündəliyinin müəllifidir. Biz Cənubi Qafqazda əməkdaşlığa, birgəyaşayışa əsaslanan rifahı təşviq edən aparıcı ölkəyik”.
Bələdiyyə sədrlərini xalq seçməlidir
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyə sədrlərinin seçicilər tərəfindən seçilməsini təklif edib. Komitə sədri bildirib ki, sədrləri bələdiyyə üzvləri yox, xalq seçsə yaxşı olar. Onun sözlərinə görə, bu məsələ gələcəkdə qanunvericiliyə salınmalıdır.
Hərbi xidmətlə bağlı alternativ modelin tətbiqi təklif olunur
Milli Məclisin deputatı Elnur Allahverdiyev daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ modelin yaradılmasını təklif edib. O, bu kimi addımın gənclərin təhsilinə əlavə təkan olacağını bildirib. Onun sözlərinə görə, tam müddət hərbi xidməti saxlamaqla aşağı müddətli qradasiyalar müəyyən oluna bilər. Buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Tutaq ki, müddətli həqiqi hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar.
Deputat vurğulayıb ki, hər bir vətəndaş hərbi xidmət borcunu yerinə yetirməlidir: “Ancaq ali təhsil almış şəxslər 1 il ərzində hərbi xidmətdə olmalarından sonra yenidən təhsilə, elmi axtarışlara adaptasiya olunmaq, karyera quruculuğu baxımından müəyyən çətinliklər yaşayırlar. Ona görə də belə bir dəyişiklik edilməklə gənclərimiz azı iki aylıq hərbi xidmət proqramı keçərək təhsillərini davam etdirməyə, yaxud karyera quruculuğu prosesinə qayıda bilərlər. Bu həm təhsil, həm də karyera kimi vacib məqamlarda ardıcıllığın əldə edilməsinə səbəb ola bilər”.
Sonra Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi, Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi, Milli Məclis Hesablayıcı komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi, “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında qanun layihəsi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Beləliklə, Milli Məclisin yaz sessiyası üzrə ilk plenar iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44

