Azərbaycan gəncliyinin seçimi bəllidir!
22.01.2024 [19:42]
2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyası çərçivəsində YAP Gənclər Birliyi Naxçıvan Muxtar Respublikasında gənclərlə səyyar görüşlərə başlayıb.
Xüsusi brendləşdirilmiş avtobus ilə təşkil edilən səyyar görüşlərə ilk olaraq Naxçıvan şəhərində start verilib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Cəbi Quliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov, YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli çıxış ediblər.
Çıxışlarda cənab İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafını xüsusi diqqət mərkəzində saxladığı və bu istiqamətdə məqsədyönlü fəaliyyətin həyata keçirildiyi vurğulanıb. Qeyd edilib ki, bu gün Azərbaycan gəncliyi dövlətə, Vətənə və xalqa sədaqət andını inamla yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verir, respublikamızı beynəlxalq arenada layiqincə təmsil edir. Ən əsası, qürurlu, şərəfli və vətənpərvər Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük fədakarlıq və rəşadət nümayiş etdirməklə tarix yazmışdır.
Gəncləri fevralın 7-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağıran natiqlər Azərbaycan gənclərinin növbəti dəfə sağlam düşüncə əsasında öz vətəndaş mövqelərini nümayiş etdirəcəklərinə əminliklərini ifadə ediblər.
Təşviqat görüşündə iştirak edən gənclərə seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə məlumat verilib, ilk dəfə səs verəcək gənclərin məlumatlılıq səviyyəsinin artırılması ilə əlaqədar infosessiyalar təşkil edilib.
Səyyar platformalarda maarifləndirmə sessiyaları ilə yanaşı, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər və müxtəlif tematik müsabiqələr keçirilib.
Tədbirlərə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxSiyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45

