/ / Hüquq müdafiəçisi: “Siyasi partiyaların seçki prosesində iştirakı üçün geniş imkanlar yaradılıb”
Hüquq müdafiəçisi: “Siyasi partiyaların seçki prosesində iştirakı üçün geniş imkanlar yaradılıb”
16.01.2024 [17:19]
“Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsindən və siyasi partiyaların təkrar dövlət qeydiyyatına alınmasından sonra reallaşdırılan ilk seçki prosesidir. Bu baxımdan siyasi partiyaların indiki prezident seçkilərinə xüsusi maraq göstərmələri anlaşılandır”. Bunu secki-2024.azsaytına açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Hüquqşünas qeyd edib ki, “Siyasi partiyalar haqqında” yeni Qanun əhatə etdiyi qurumların seçkilərdə iştirakı ilə bağlı əlavə imkanlar yaradıb:
“Seçki prosesi həm də bir yarışdır. Bu prosesdə iştirak edən siyasi partiyalar özlərinin potensiallarını müəyyənləşdirirlər və gələcək fəaliyyətləri üçün şərtləri təmin edirlər. “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi partiyalara bu istəklərini reallaşdırmaq üçün geniş imkanlar yaradır. Mütərəqqi seçki qanunvericiliyimiz isə bu imkanları daha da genişləndirir”.
Çingiz Qənizadə vurğulayıb ki, siyasi partiyalar parlament, prezident və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakla bağlı hüquqlara malikdirlər:
“Siyasi partiyalar haqqında” Qanunun 12-ci maddəsinin (Siyasi partiyanın hüquq və vəzifələri) 12.1.4-cü bəndi siyasi partiyaların hüquqlarını, 12.3.3-cü bəndi isə siyasi partiyaların Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakı ilə bağlı vəzifələrini özündə ehtiva edir. O cümlədən, bu müddəalar siyasi partiyalara Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş müvafiq hüquqlardan faydalanmaq üçün də geniş imkanlar yaradır”.
Xəbər lenti
Hamısına baxElm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57

