Vaqifin məqbərəsi Ona əmanət edilmişdi...
13.01.2024 [10:07]
Böyük şair, görkəmli dövlət xadimi Molla Pənah Vaqifin Şuşanın hər tərəfindən görünən muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın ərazidə inşa olunub. Abidənin açılış mərasimi 1982-ci il yanvar ayının 14-də, qarlı bir gündə keçirilib. Muzeyin layihəsi işlənərkən Azərbaycanın qülləvari türbələrinin kompozisiya elementlərindən yaradıcı şəkildə istifadə olunub. Bundan savayı, muzey-məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilib. Həmin kompleksin inşası əvvəldən axıradək respublikamızın o vaxtkı rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə, onun nəzarəti altında həyata keçirilib.
Şuşada Vaqif məqbərəsinin inşası Heydər Əliyevin ədəbi-tarixi konsepsiyasının prinsiplərinə dəlalət edən bariz nümunələrdən biridir. Əsas prinsip onun Qarabağda Azərbaycan dövlətçiliyinin tarixi mövcudluğunun sübutu sayılan abidə olmasıdır. Ulu öndər Qarabağda kök salmış erməni separatizminin tarixinə və əməllərinə hamıdan yaxşı bələd idi. Məhz ona görə bu cür abidələrin yaranmasını vacib sayırdı. Aydın məsələdir ki, həmin dövrdə Qarabağ xanlığının qurucusu Pənahəli xanın xatirəsini əbədiləşdirmək mümkün deyildi. İntəhası, şair və dövlət xadimi Vaqiflə bağlı təklif etiraz doğurmamalı idi.
Dövlətçiliklə yanaşı, musiqi və mədəniyyət mərkəzi Şuşanın rəmzlərindən biri kimi düşünülmüş kompleks, həm də qala-şəhəri daha geniş miqyasda tanıtmağa xidmət edirdi. Bu məqamda bir xatırlatma yerinə düşər. 1995-ci ilin iyununda, Şuşanın işğal altında olduğu bir dövrdə Heydər Əliyev Vaqifin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı atılmış addımları yada salıb, sevinc qarışıq kədər içərisində demişdi: “Biz Şuşada Molla Pənah Vaqifin qəbri üzərində gözəl bir məqbərə yaratdıq. Çox cəsarətlə deyirəm ki, bu məqbərə Molla Pənah Vaqifə layiq idi, gözəl idi. Biz o vaxt gedib onun açılışını böyük təntənə ilə keçirdik. Orada respublika ictimaiyyətinin tanınmış nümayəndələri, ədəbiyyat, incəsənət xadimləri iştirak edirdilər. Təəssüf ki, indi Şuşa işğal altındadır. Ancaq mən əminəm ki, Şuşa işğaldan azad olunacaq və Vaqifin məqbərəsi də xalqımıza qayıdacaq”.
Heyrətamiz bir uzaqgörənliklə, fəhmlə dilə gətirilmiş bu arzu gün gəldi ki, gerçək oldu. O zaman kimin ağlına gələrdi ki, iyirmi beş ildən sonra Şuşa işğaldan azad olunacaq, Vaqifin öz yurdunda qəriblik çəkən məzarı yenidən doğmalarının ziyarət yerinə çevriləcək. Bu gün bütün bunlar artıq xəyal yox, reallıqdır.
O il məqbərənin açılışında iyirmi yaşlı İlham Əliyev də iştirak etmişdi. Foto və video materialları diqqətlə gözdən keçirəndə onu tanımaq çətin deyil. Qırx iki illik zaman məsafəsindən baxanda həmin fotolar insanda qəribə duyğular, fikirlər oyadır: nə üçün respublika başçısı məhz o tədbirə oğlunu da aparmışdı? Axı o vaxtlar partiya rəhbərləri, dövlət və hökumət işçiləri üçün belə hərəkətlər o qədər də məqbul sayılmırdı. Bəs necə olmuşdu ki, Heydər Əliyev kimi ciddi, korrekt bir dövlət xadimi dövrünün qaydalarına uyğun olmayan, öz mərtəbəsi üçün populyar sayılmayan belə bir addım atmışdı?
Bu gün bu suala cavab vermək çətin deyil. O qarlı qış günündə bir Allah bəndəsinin ağlına gəlməzdi ki, bu təntənədən on il sonra Şuşa düşmən əlinə keçəcək, Vaqifin məqbərəsi əsir düşəcək. Ancaq böyük adamların fəhmi, duyumu da böyük olur. İndi qırx ilin bu başından görünən odur ki,
Heydər Əliyev o tədbirə oğlunu da aparmaqla Vaqifin məqbərəsini ona əmanət edib. Belə məsələləri adi şüurla, normal məntiqlə izah eləmək mümkün deyil.
Aradan bir onillik də keçəndən sonra o, bütün Şuşanı, külli Qarabağı, bütövlükdə Azərbaycanı İlham Əliyevə əmanət verdi. Şuşaya zəfər bayrağı sancılanda İlham Əliyevin söylədiyi “xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” ifadəsi bu deyilənlərə heç bir şübhə yeri qoymur.
Biz də xoşbəxtik ki, ölkəmiz etibarlı əllərdədir. Aranlı-dağlı bütün Qarabağ işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Düşmənin yurdumuzdan qovulmasının ardınca kəndlərimizə, şəhərlərimizə həyat yenidən qayıdır, dədə-baba yurdlarımız abad olunur. İndi artıq Vaqifin üstünə nə qədər qar yağır yağsın, başına nə qədər duman çökür çöksün, qəm deyil. İndi yağan qar artıq nisgil qarı, indi çökən duman daha kədər dumanı deyil. Bu qar bərəkət qarı, bu duman sevgi dumanıdır - Vaqifin tərənnüm etdiyi eşqin dumanı.
Toğrul
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

