Bədii tikmə sənəti bu gün necə qorunur?
12.01.2024 [15:08]
M.BAYRAMLI
Bədii tikmə sənəti xalq sənətinin ən çox yayılmış növlərindən sayılır. Azərbaycan tikmələri icra üsuluna görə təkəlduz, güləbətin, saya, piləkli, cülmə, muncuqlu, qurama, oturtma və. bir çox növə bölünür.
Müxtəlif dövrlərdə Təbriz, Şamaxı, Gəncə, Naxçıvan, Şuşa və Quba şəhərlərində olmuş əcnəbi səyyahlar Azərbaycan tikmələrinin yüksək texniki və bədii xüsusiyyətlərinə valeh olduqlarını öz gündəliklərində qeyd ediblər. Tikmə sənətində ən çox rəngli ipək saplardan istifadə olunur, eləcə də bədii tikmələrdə əsasən qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, nar, heyva, alça çiçəkləri, sünbül, müxtəlif formalı yarpaqlar, bülbül, tovuz quşu, göyərçin və digər motivlərə yer verilirdi. O cümlədən qızıl və gümüş tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən, hətta qiymətli daş-qaşlardan da geniş istifadə edilirdi.
Azərbaycan Milli İncəsənət Muzeyi Qrafika bölməsinin elmi işçisi, sənətşünas Esmira Ağasıyevanın məqaləsində qeyd olunur ki, XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahları ipək, qızıl-gümüş saplarla bəzədilmiş nəhəng çadırlar haqqında, eləcə də XVII əsrin fransız səyyahı Ş.Şarden Səfəvi hökmdarlarının Parisin Luvr qalereyasını xatırladan tikmə karxanalarının olduğu barədə məlumat veriblər. Habelə XIX əsrin 50-ci illərində Qafqaza səfər etmiş fransız yazıçısı A.Düma Azərbaycan tikmələrinə valeh olduğunu qeyd edib: “Şəkidə mən iyirmi dörd manata bədii tikməli iki yəhər aldım. Belə yəhəri Fransada iki yüz franka da ala bilməzdim. Düzünü desəm, onu bizdə heç bir qiymətə tapmaq da olmaz...”
Heç şübhəsiz, Azərbaycan tikmələrinin belə geniş şöhrət qazanması, hər şeydən əvvəl, onların orijinal texniki icrası və bədii xüsusiyyətləri ilə əlaqədar idi.
XVI-XVII əsrlərdə Azərbaycanda əhali arasında ən çox inkişaf etmiş tikmə üsulları təkəlduz, güləbətin, muncuqlu və qurama olub. Lakin XVIII-XIX əsrlərdə tikmə sənəti əvvəlki mövqeyini yavaş-yavaş itirir və güləbətin, pilək və digər növlər tədricən aradan çıxmağa başlayır. Buna baxmayaraq, təkəlduz tikmə ənənələri hələ davam edirdi. Təkəlduz sənətinin ilk nümunələrinə hələ Sasanilər dövründən rast gəlirik. Get-gedə o təkmilləşərək bir xalq sənəti kimi özünə yer tutur və məişətdə ən çox işlənən tikmə sənətinə çevrildi. Bu sənətin inkişafı yun, ipək kimi xammalın, habelə təbii rənglərin Azərbaycanda istehsal olunması ilə sıx bağlıdır.
Günümüzdə də bədii tikmə sənəti müasir motivlərin vəhdətində nəsildən-nəslə ötürülür. Yeri gəlmişkən xatırladaq ki, yanvarın 12-də Azərbaycan Milli Xalça Muzeyində “Zamana qalib gələn milli irsimiz” adlı sərgi açılacaq. Sərgidə konservasiya olunmuş 30-dək eksponat təqdim ediləcək. Onlara nadir xalçalar, nəfis xalça məmulatları ilə yanaşı, zərif tikmələr da aiddir. Bu sənət növü ilə yaxından maraqlananlar sərgidə iştirak edə bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

