Şahı mat edən...
11.01.2024 [11:40]
Vüqar Həşimovun anım günüdür
O, 6 yaşından atasının köməyi ilə şahmatla məşğul olmağa başlayıb. Kiçik yaşlarında 3 dəfə ölkə, 4 dəfə Avropa qalibi olub. Ağır xəstəlik Azərbaycan şahmatını Vüqarsız qoydu. Onun vəfatı təkcə Azərbaycan deyil, bütün dünya şahmatı üçün böyük itkidir. Vüqar Həşimov karyerasının pik nöqtəsində FİDE-nin reytinq cədvəlində 6-cı pilləyə qədər yüksəlməyi bacarmışdı. Üçqat Azərbaycan çempionu olmuş və 2009-cu ildə Azərbaycan yığmasının Avropa çempionu olmasında “qələbə qolunu” vuran Vüqar Həşimov, təəssüf ki, beyin xərçənginə qalib gələ bilmədi.
Vüqar Həşimov 1995, 1996 və 1998-ci illərdə Azərbaycan çempionu olub. 1996-2001-ci illərdə Vüqar Avropa və dünya çempionatlarında 7 dəfə mükafata layiq görülüb. O, 1999-cu ildə beynəlxalq şahmat ustası, 2002-ci ildə isə qrossmeyster tituluna yiyələnib.
O, dörd dəfə - 2002, 2004, 2006 və 2008-ci illərdə şahmat olimpiadalarında Azərbaycan yığma komandasının heyətində çıxış edib. 2009-cu il mayın 7-9-da Azərbaycan Prezidenti Heydər Əliyev kuboku uğrunda yarışlar çərçivəsində Bakıda dünya yığmasına qarşı çıxış edən Azərbaycan yığmasının heyətinə daxil olub. 2007-ci ildə şahmat üzrə Avropa komanda çempionatında bürünc medal qazanıb.
2011-ci ildə Avropa çempionatında yığma komandanın heyətində vitse-çempion, 2010-2011-ci illərdə Recio Emiliyada (İtaliya) keçirilən turnirdə qalib olub. FIDE reytinqində ən yüksək nailiyyəti 6-cı yer olan Vüqar Həşimov 26 yaşlı Teymur Rəcəbov və 28 yaşlı Şəhriyar Məmmədyarovla birgə çox güclü bir komanda təşkil edirdilər və onların iştirak etdiyi Azərbaycan milli komandası daima beynəlxalq yarışlarda qızıl medallara iddialı olub. Lakin ağır xəstəlik Vüqarın turnirlərdə iştirakını dayandırmağa məcbur edib.
Bu gün Vüqar Həşimovun anım günüdür. O, 2014-cü il yanvarın 11-də Almaniyada, müalicə aldığı klinikada vəfat edib. 3 gün sonra isə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub və o, həmin gün III Fəxri Xiyabanda dəfn edilib.
24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

