Rediküllərin fürsət axtarışı...
10.01.2024 [09:43]
Ermənilərin səsinə səs verənlər xəyanəti həyat tərzinə çevirənlərdir
Redikül müxalifətin Azərbaycanın əleyhinə bütün fəaliyyətlərdə rol alması, antimilli kampaniyaların tərkib hissəsi kimi çıxış etməsi sirr deyil. Xalqın və dövlətin milli maraqlarına qarşı cəbhə almaq üçün fürsət axtaranlar xarici dairələrin əlinə baxır, onlardan sifariş gözləyir.
Son günlərin əsas müzakirə predmetlərindən birinə çevrilmiş ABŞ Dövlət Departamentinin məlum qərəzli “hesabatı” da redikül müxalifət üçün əsl fürsətə çevrilib. Sosial şəbəkələrdə mövzu ilə bağlı aldıqları sifarişləri “canla-başla” yerinə yetirmək üçün “tıxac yaradan” AXCP üzvləri, qondarma şura yançıları fəallıq nümayiş etdirirlər. Anti-azərbaycançı dairələrə qoşularaq ölkəmizə və xalqımıza qarşı “dini etiqad azadlığının məhdudlaşdırılması” kimi qondarma bir böhtan kampaniyasında iştirak edənlər əsl simalarını növbəti dəfə cəmiyyətə göstərmiş oldular.
Maraqlıdır ki, son 3 ildə işğaldan azad edilmiş rayon və şəhərlərimizdə, kəndlərimizdə talan edilmiş, dağıdılmış, təhqir olunmuş məscidlərimizlə, tarixi abidələrimizlə bağlı bir kəlmə danışmağa cürət etməyən Əli Kərimli və yandaşları bu gün ermənipərəstlərin “səsinə səs verməyə” tələsirlər. Görəsən, Sevinc Osmanqızı, Əli Kərimli niyə bir dəfə də olsun dağıdılmış 65 məscidlə bağlı olsun fikir bildirməyiblər. Və ya bununla bağlı xidmət etdikləri dairələrə “etiraz səsi” ucaltmayıblar?
Amma Azərbaycan xalqı və dövləti haqsız ittihama tuş gələndə Əli Kərimli və uğursuz təqlidçi dəstəsi sosial şəbəkələrdə “peyda oldular”. Təbii ki, bunun arxasında bir sıra mühüm məqamlar yatır. Ölkəmizdə keçiriləcək prezident seçkilərində iştirak etməyərək özünün gücsüzlüyünü ört-basdır etməyə çalışan rediküllər maliyyə mənbələri qarşısında məhz bu yolla günahlarını yumağa çalışırlar. Amma bu da mümkün olmur. Onların kimliyi hətta onlardan istifadə edənlərə belə bəllidir.
Görəsən ermənipərəstlərə qoşularaq Azərbaycana qarşı irəli sürülən şər-böhtanların dəstəkçisinə çevrilən rediküllər bu torpağın, bu Vətənin azadlığı uğrunda canından keçmiş, Qarabağı qorumaq üçün səngərdə sinəsini sipər etmiş oğullardan, vahid milli ideologiya ətrafında birləşmiş fərqli millətlərin nümayəndələrindən utanırlarmı? Fərqli dinlərin daşıyıcıları bir yerdə bu torpağı, bu yurdu qoruyarkən qaçıb gizlənən və bu gün erməni pulunun əsirinə çevrilənlər xəcalət çəkirlərmi? Erməni puluna “qul”luq edənlər Azərbaycandakı multikultural həyat tərzinə necə fərqli don geyindirə bilirlər? Demək ki, xəyanət də belələri üçün artıq həyat tərzinə çevrilib...
Mənsur
Xəbər lenti
Hamısına baxSosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42

