Uğursuz təqlid...
08.01.2024 [10:20]
Əli Kərimlinin söz oğurluğu
Siyasi uğursuzluqlarını “əsaslandırmaq” üçün min bir yola baş vuran redikül müxalifət obraz və xarakter etibarı ilə də yekcins deyil. Bu faktı hər zaman müşahidə etmişik - gah şimala, gah cənuba, gah şərqə, gah da qərbə istinad edən bu siyasi “var-gəllər”in əsas mahiyyəti onları “dəstəkləyən”, maliyyələşdirən dairələrin sifarişləri ilə ortaya çıxır. Kor-koranə “inqilab eşqi” ilə rəngdən-rəngə düşən, “güldən-gülə” çevirilən rediküllər fərqli maraqların danışan dili olmaqdan uzağa gedə bilmirlər. Uğursuz təqlidçi obrazına bürünsələr də...
Ritorik “zəif bənd”...
Məsələn, sosial şəbəkələrdə müsahibə verməyi özünün “vərdişi” halına gətirmiş AXCP sədri Əli Kərimli fərqli zamanlarda təqlidçi ritorikadan istifadə edib - gah özünü “vahid müxalifət”, gah “yeganə müxalifət” hesab edib. Amma bütün hallarda proseslərin arxasınca sürünüb - özünün sözü, özünün leksikonu olmayıb. İqtidara qarşı irəli sürdüyü əsassız iddialar isə bütün hallarda bumeranq effekti ilə özünə qayıdıb. Xalqının, dövlətinin uğurlarına sevinməyi bacarmayan Əli Kərimlinin yetişkin siyasətçi olmadığını təsdiqləyən ən real arqumentlər də bunlardır. Məsələn, 2020-ci ildə əldə oluan Zəfəri “yarımçıq” sayan Ə.Kərimli ötən dövrdə bir “hədəfə” tuşlanmışdı - “Xankəndi niyə azad edilmir?”. 2023-cü ilin sentyabrından isə əzbərlədiyi bir fraza ilə gündəmə gəlməyə çalışıb - “Niyə bu qələbə daha tez əldə olunmadı?” Bu frazalar özü Əli Kərimlinin qeyri - səlist, ardıcıllığı olmayan “siyasətçi” obrazını cızır.
Siyasi bitkinlik...
Dövlətin inkişafının əsas predmetlərindən biri çağırışları zamanla mütənasibləşdirməkdir. İnkişaf tempini qeyri-təbii şəkildə yüksəltmək və ya azaltmaq qələbə ehtimalını da azaldır. Bu formul tarixən öz təsdiqini tapıb - zamanı qabaqlamaq da, çağırışları sadəcə, təqib etmək də xeyir vermir. Bəs nədir inkişafın və qalibiyyətin əsas formulu - bu, Azərbaycanın son illərdə bütün dünyaya nümayiş və bəyan etdiyi ən mühüm tezisdir: Biz “nəyi, nə vaxt, necə edəcəyimizi bilirik”. Bu siyasi mesaj son 3 ilin prizmasında özünün hərtərəfli təsdiqini tapıb - ərazilərimizin işğaldan azad edilməsindən tutmuş suverenliyimizin tam bərpa olunmasına gedən yoldakı bütün addımlar səbrlə, tələsmədən, siyasi ustalıqla və yüksək diplomatik peşəkarlığa əsaslanaraq atıldı.
Uğursuz təqlidçi obrazını tərk edə bilməyən Əli Kərimli də bu gün müsahibələrində bu tezisə sığınır - amma hər zamankı kimi qeyri-səmimi şəkildə. Çünki onun “nəyi, necə, nə vaxt” edəcəyini partiyası və ya özü müəyyənləşdirmir - ona pul verən, danışdıran və ya şər-böhtan kampaniyasına cəlb edənlər müəyyənləşdirir. Xəyanətkar “siyasi imic” ilə “şöhrət qazanan” Əli Kərimli əsas siyasi hadisədən - seçkilərdən yan qaçmaqla nə etmək istəyir? Axı, özünü “siyasətçi” adlandıran bu şəxsin bir nömrəli vəzifəsi seçkilərdə iştirak etməkdir. Xalqa illərlə xaricdən ixrac olunan yalan nağıllar danışaraq özünü “təbliğ edən” Əli Kərimli bu dəfə söz oğurlamaqla nə isə edəcəyinimi düşünür? Boş və arqumentsiz fikirlərinin “qaranlığına” məhkum olmuş AXCP sədri üçün siyasi yol bitib...
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58

