Əli Kərimlinin erməni sevdası...
28.12.2023 [10:30]
AXCP sədri Azərbaycan xalqına düşmən münasibəti bəsləyir
Ermənipərəst mərkəzlərin əlaltısına çevrilmiş redikül müxalifət Azərbaycanın milli maraqlarına qarşı düşmən münasibət bəsləməkdədir. Zaman-zaman atdığı addımları ilə hansı məqsədlərə xidmət göstərdiyini bəlli edən ünsürlər xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasını həzm edə bilmirlər - min bir yalan, təxribatçı, ermənipərəst fikirlər ilə özlərini ifşa edirlər.
Antimilli dairələrin, erməni lobbisinin ölkəmizə qarşı apardığı şər-böhtan kampaniyasının, yalan təbliğatın bir hissəsinə çevrilməklə milli mənafeni heçə saydıqlarını dəfələrlə sübuta yetirənlər arasında AXCP sədri Əli Kərimli xüsusilə “seçilir”. Onun erməni təəssübkeşliyindən qaynaqlanan bəzi fikirləri bir faktı tam şəkildə ortaya qoyur - Kərimli heç də siyasi rəqabət və ya siyasi mübarizə “axtarışında deyil”. Bu şəxs Azərbaycan dövlətinə, dövlətçiliyinə və xalqına qarşı düşmən mövqedədir...
İşğala “qələbə” deyən xain zehniyyət
Özünü “hüquqşünas” sayan, adını isə “siyasətçi” qoyan bu qısır təfəkkürlü şəxs vaxtilə Koçaryan-Sarkisyan cütlüyünün Azərbaycan torpaqlarını işğal etməsini bizim Vətən müharibəsində qazandığımızdan daha böyük Qələbə hesab edir. Özünü azərbaycanlı sayan bir şəxsin bu qədər ucuzlaşması demək olar ki, rast gəlinməmiş, nadir bir prosesdir.
Ə.Kərimli deyəsən Koçaryan-Sarkisyan cütlüyünün Azərbaycan torpaqlarını işğal etməsi üçün şəraitin məhz özünün də təmsil olunduğu hakimiyyət tərəfindən yaradıldığını “unudub”. İkinci bir tərəfdən, işğal faktını “qələbə” adlandıran bu mənəvi cəhətdən bitkin “siyasətçi” artıq xalqa qarşı düşmənçiliyini açıq kontekstdə irəli sürür - erməni işğalı zamanı qətlə yetirilən, vəhşicəsinə işgəncələrə məruz qalan insanlarımızdan belə utanmaması onun erməni güdükçülüyündə uğradığı deqredasiyanı ortaya qoyur. Erməni işğalına qələbə demək bu xalqdan, bu millətdən olmamağın ən bariz göstəricisidir.
İşğalçını “demokrat” adlandıran...
Əslində, onun bu kimi erməni sevdasından qaynaqlanan və yanmış təfəkkürə “əsaslanan” fikirləri az deyil - məsələn, vaxtilə işğal altında olan Şuşada “yallı gedən”, spirtli içkinin təsiri altında Azərbaycana meydan oxuyan, yeni torpaqlar üçün yeni işğallar ideyasını irəli sürən Paşinyanı “demokrat” adlandıran Əli Kərimli özünün bütün kartlarını açıq oynayır. Bu şəxs erməni sevgisini gizlətmir və işağalçını “demokrat” adlandırmaqla əsl simasını ortaya qoyur. Bu hansı standartın nümunəsidir - axı, işğalçı necə demokrat ola bilər? Əli Kərimlinin timsalında maddi gəlir üçün nəinki işğalçıya demokrat demək, hətta ona “pərəstiş” belə etmək mübahdır...
Açıq erməni təəssübkeşliyi
Ə.Kərimlinin erməni sevgisinin ən bariz sübutlarından biri də onun Azərbaycanın Müdafiə Nazirliyini “ölən erməni əsgərlərinin sayını artırmaqda” ittiham etməsi olmuşdu. Bu qədər aşınmanı özünə rəva görən AXCP sədri iddia edirdi ki, guya Müdafiə Nazirllyi erməni əsgərlərinin sayını çox göstərməklə özünün qələbəsini “şişirdir”. Maraqlıdır ki, Ermənistanın müvafiq strukturları da Azərbaycanın səsləndirdiyi rəqəmləri açıqlayırdı - ermənidən betər ermənilik etmək arzusundan daşınmayan Kərimli isə yenə də öz ampluasına “xəyanət etmirdi”.
Bəli, Ə.Kərimli bu kimi mövqe, qələbəmizə və bütövlüyümüzə münasibəti ilə bir daha hansı “simaya” malik olduğunu təqdim edir. Əslində onun xain mövqeyi Azərbaycan cəmiyyətinə yaxşı tanışdır - ermənilərlə belə əməkdaşlığa gedən, Xocalı faciəsini törədənləri “qalib” adlandıran birisi haqda geniş “təqdimata” ehtiyac duyulmur...
SADİQ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50

