İlham Əliyevin liderliyində tarixin ən qüdrətli Azərbaycanı
23.12.2023 [22:01]
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Tarixin müxtəlif dövrlərinə nəzər saldıqda xalqların və dövlətlərin taleyini, dünya siyasi arenasında yerini və rolunu müəyyən edən strateji amillər sırasında lider faktorunun həlledici olduğunu görürük.
Liderlik siyasi fenomen kimi...
Liderlik ayrıca siyasi fenomendir. Güclü, qətiyyətli, öz fəaliyyətində xalqının mənafeyini və dövlətinin maraqlarını əsas götürən lider milli tərəqqi və həmrəyliyin qarantı qismində çıxış edir. Bu kontekstdə çoxsaylı faktlar mövcud olsa da, Azərbaycan təcrübəsi müsbət örnək - tarixi nümunə kimi dəyərləndirilə bilər.
Xalq-lider birliyi - Azərbaycanın uğur formulu
Azərbaycanın güclü, qüdrətli və nüfuzlu dövlət kimi ardıcıl müvəffəqiyyətlər qazanması, sabitlik adası, inkişaf diyarı kimi strateji hədəflərinə çatması, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsini təmin edən əsas amil xalqın öz liderinə dəstək verməsi, liderin isə milli mənafelərə adekvat siyasət həyata keçirməsidir. Qətiyyətli lider - müdrik siyasətçi olan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir”.
Məqsədyönlü siyasətin real nəticələri
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Ölkəmizin sabitlik adasına və təhlükəsizlik məkanına çevrilməsi isə həyata keçirilən səmərəli daxili və xarici siyasıtin real nəticəsidir. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Xüsusilə də, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malik olmaları təqdirəlayiq hal kimi dəyərləndirilir.
Bunlarla yanaşı, milli maraqlara əsaslanan praqmatik və çoxvektorlu xarici siyasətin həyata keçirilməsi, Azərbaycanın qlobal siyasi arenada mövqeyinin möhkəmlənməsi və dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınması Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində mümkün olub.
Çoxəsrlik dövlətçilik tariximizin zirvəsində...
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, ərazi bütovlüyümüzün və suverenliyin tam təmin olunması, üçrəngli bayrağımızın işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanması, Azərbaycanın konstitusiya quruluşunun bərpası böyük mənəvi-siyasi əhəmiyyətə malik hadisə kimi çoxəsrlik dövlətçilik tariximizin zirvə nöqtəsidir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Beləliklə, xalqımızın çoxillik arzusu gerçəkliyə, dövlətin strateji hədəfi reallığa çevrilir - Böyük Qayıdış prosesi uğurla həyata keçirilir.
Dünya azərbaycanlıları əmindir!
Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Ona görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir.
Xəbər lenti
Hamısına baxAnalitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20

