Aİ-nin qərəzli və ədalətsiz bəyanatları
23.12.2023 [11:00]
Günel ABBASOVA
Avropa İttifaqı dekabrın 21-də növbəti dəfə Azərbaycan əleyhinə bəyanat qəbul edib.
Biz dəfələrlə Aİ-nin Azərbaycan əleyhinə qəbul etdiyi bəyanatların şahidi olmuşuq. Və hər dəfə bu bəyanatlar Azərbaycan tərəfindən rədd edilib. Bu mənada əvvəl qəbul olunan anti-Azərbaycan məzmunlu bəyanatlat və 21 dekabr tarixində qəbul olunan sənəd də heç bir hüquqi qüvvəyə malik deyil.
Avropa Parlamenti kifayət qədər korrupsiyaya məruz qalmış bir quruma çevrilib və hətta Avropa Parlamentinin ali rəhbərliyi səviyyəsində, vitse-prezidenti səviyyəsində korrupsiya faktları bütün dünyaya bəlli olub. Bu faktlar da həmin yüksək rütbəli məmurları ifşa edirsə, o halda bu təşkilatlardan başqa nə gözləmək olar?
Bu gün Qərbin “sülhpərvər” dövlətlərində baş verən haqsızlıqlara göz yuman Aİ 21 dekabr tarixli bəyanatı qərəzli olmaqla yanaşı, ayrıseçkilikdir və bu bəyanat Azərbaycanın daxili işlərinə müdaxilə edərək hadisələrə əsassız don geyindirmək məqsədi daşıyır.
Məsələ barədə Qərbi Azərbaycan İcmasının da cavabı gecikməyib. İcmadan bildirilib ki, yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiya olunmasına göz yuman, Qərbi Azərbaycan İcmasının müxtəlif müraciətlərini qulaqardına vuran Aİ-nin Azərbaycanda bir neçə fərdlə bağlı “narahatlığı”nı ifadə etməsi qərəzin, ikili standartların təzahürüdür. İnsan hüquqları ilə manipulyasiya, onun siyasiləşdirilməsi Aİ-nin təfəkkür tərzinə çevrilib. “Nədənsə, Jozep Borel kimi təkəbbürlü rəsmilərə, Avropa Parlamentində əyləşən səlibçi mentalitetli deputatlara elə gəlir ki, dünya sanki Brüsselin, Aİ-nin ətrafında fırlanır.
Aİ Azərbaycanın daxili işlərinə yersiz müdaxilədən əl çəkməli, Fransadan, Niderlanddan tutmuş Litvaya qədər Aİ məkanında islamofobiya, etnik azlıqların sıxışdırılması və digər fundamental problemlərlə məşğul olmalı, Ermənistanda hərbi baza qurmaqdansa, ondan Qərbi azərbaycanlıların qayıdışına imkan verməyi tələb etməlidir.”
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının Azərbaycan əleyhinə əsassız iddialarla yayılan bəyanatını şərh edərkən bildirib ki, Aİ-nin Azərbaycanda jurnalistlərin və siyasi fəalların saxlanması ilə bağlı əsassız ittihamlarını qətiyyətlə rədd edirik: “Bu cür əsassız və qərəzli bəyanatları, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndiririk. İstintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyi prinsipinə ziddir”.
A.Hacızadə təəssüf hissi ilə qeyd edib ki, Aİ-nin Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə biganə qalması ikili standartların bariz nümunəsidir.
O Aİ-ə tövsiyə edib ki, Azərbaycana qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə, üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirsin: “Aİ tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında 12 nəfər üzvün öldürülməsi, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobia və müsəlmanlara qarşı hücum faktlarını hələ də araşdırılmayıb və adekvat münasibət bildirməyib. Qeyd edilənlər fonunda, Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Bu əsassız iddialar Azərbaycan və Aİ əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur”, - A.Hacızadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27

