Daha 25 ailə!
16.12.2023 [10:55]
Zabux sakinlərinin sayı 567 nəfər oldu…
Yeganə BAYRAMOVA
Bir zamanlar məcburi köçkün həyatı yaşamış soydaşlarımız uzun illər çətin və məşəqqətli yollardan keçiblər. Ancaq əzəli torpaqlarımız artıq düşmənin caynağından alınıb, azadlığına qovuşub. İndi vətəndaşlarımız doğulub boya-başa çatdıqları, hər qarışı onlar üçün müqəddəs və əziz olan torpağa qayıdırlar. Gülə-gülə, ağlaya-ağlaya, amma qayıdırlar. Onların bu gün axıtdıqları göz yaşları sevinc göz yaşlarıdır. Yaşamaq, yaratmaq, lazım gələrsə bu torpaqdan ötrü ölmək üçün qayıdırlar...
Dövlətimiz öz gücü, iqtisadi potensialı sayəsində xarabalığa çevrilmiş kəndləri, şəhərləri yenidən tikir. Yeni üslubda, yeni görkəmdə yurd yerləri salınır. “Böyük Qayıdış” planına uyğun tikilib bərpa edilən kəndlər, şəhərlər öz doğma sakinlərini qoynuna alır. Həsrətə, hicrana son qoyulur. Qədim, köhnə məhəllələr yeni üslubda inşa edilir. Ötən ildən başlayaraq möhtəşəm köçürülmə prosesi həyata keçirilir.
Dünən keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb. Paytaxtda və Abşeronda məskunlaşan 13 ailə (52 nəfər) Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər. Köç karvanına qoşulan ailələrin sayı isə belədir: Bərdə rayonundan – 6 ailə (20 nəfər), Sumqayıt şəhərindən – 3 ailə (10 nəfər), Lənkəran rayonundan – 1 ailə (4 nəfər), Mingəçevir şəhərindən – 1 ailə (4 nəfər), Ağcabədi rayonundan – 1 ailə (2 nəfər).
Ümumilikdə bu dəfə kəndə 25 ailə – 92 nəfər köçürülür. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə cəmi 146 ailə (567 nəfər) köçürülüb. Xatırladaq ki, Zabuxa ilk köç bu il avqustun 25-də baş tutub
Zabuxa böyük həvəslə qayıdıram…
Zabux kənd sakini Gilə Vəliyevabildirib ki, bu günləri illərdi gözləyib: “Mən bu gün böyük həvəslə, şövqlə öz yurduma qayıdıram. Şəhidlərimizin, qazilərimizin sayəsində bu günləri gördük. Öz doğma torpağımı hər an arzulamışam. Arzum həyata keçdiyi üçün çox xoşbəxtəm”.
Zabuxda bizneslə məşğul olmaq istəyirəm
Keçmiş məcburi köçkün, Zabux kənd sakini Rövşən Abbasov Zabuxa köçməyi həsrətlə gözlədiyini qeyd edib: “Laçın mənim aldığım nəfəsdir. Zabuxda yaxşı şərait yaradılıb. Mən də dövlətimizin yaratdığı şəraitdən istifadə edərək bizneslə məşğul olmaq istəyirəm. Bu günləri bizə yaşatdığına görə, şəhidlərimizə, qazilərimizə, Prezident İlham Əliyevə təşəkkür edirəm”.
Kəndimizə qayıtmağı uşaqlıqdan arzulamışam…
Zabux kənd sakini Elvin Cəfərov bildirib ki, doğma yurdunu tərk edəndə 8 yaşı olub: “Laçına qayıtmağı uşaqlıqdan həsrətlə gözləmişəm. Laçından çıxanda uşaq olsam da yurd yerimiz xatirəmdə qalıb. Aradan illər keçməsinə baxmayaraq ora üçün həmişə darıxmışam. Çox xoşbəxtəm ki, yurduma qayıdıram. Bu günü bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə rəhmət diləyirəm”.
Xəbər lenti
Hamısına baxElm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59

