Kişilər qadınlardan daha çox intihara meyilli olur?
07.12.2023 [11:22]
MİKAYIL
“Tovuzda 65 yaşlı kişi intihar edib”, “Babək rayonunda 61 yaşlı kişi intihar edib”, “Yevlaxda 24 yaşlı qadın ata evində intihar edib”... Bunlar intiharlarla bağlı mediada yayılmış ən son xəbər başlıqlarıdır. Demək olar ki, hər gün azı bir dəfə belə xəbər oxuyuruq. Araşdırmalar göstərir ki, son on ildə bütün dünyada intihar halları artıb. Görəsən, intiharların artmasının səbəbi nədir?
Baş Prokurorluq bu günlərdə intiharların əsas səbəbini açıqlayıb. Bildirilib ki, intihar halları əsasən ailə daxilində baş verdiyindən çox zaman qapalı qalır və yaxın şəxslər bu haqda məlumat vermək istəmirlər. Bu səbəbdən belə halların açılması ya natamam qalır, ya da açılmır, hüquq-mühafizə orqanları ciddi problemlərlə qarşılaşır. Odur ki, intihar hallarının üstünün açılmasında ciddi problemlər yaşanır. İntihara cəhd etmiş şəxslə bağlı sonradan psixoloji ekspertiza aparılır ki, o həqiqətən özünü öldürmək istəyib, ya yox?! Təəssüf ki, bu sahədə psixoloji ekspertizalarımız azdır.
Qeyd olunub ki, intihar və intihara cəhd cinayətlərinin başvermə səbəbini araşdıranda bəzən onların əsasən erkən və qanunsuz nikahlardan qaynaqlandığı məlum olur. Digər hallar var ki, zərərçəkmiş şəxslər barədə xəstəxanalardan məlumat alırıq. Sanki bu haqda məlumat verməkdə "ictimai qınaq" var. Zərərçəkmiş şəxs sonradan həqiqi olmayan məlumatlar verir və ya barışıq ərizələri təqdim edirlər. Ən problemli hal isə zərərçəkmiş şəxs məhkəmədə istintaqa verdiyi məlumatdan fərqli məlumat təqdim etməsidir. Nəticədə cinayət bağlı qalır.
Psixiatrların sözlərinə görə, intiharın ən böyük səbəbi depressiyadır. Depressiyaya düşən insanlar problemlə qarşılaşdıqları zaman çarə tapa bilmirlər. Dözülməz psixoloji ağrıdan xilas olmaq üçün həyatını sonlandırırlar. Depressiyada olan kişilər qadınlardan daha çox intihara meyilli olur. Alkoqol və narkotik maddələrin istifadəsindən asılı olaraq da insanlar intihara meylli ola bilər. İntihar edən şəxs əslində ölmək yox, ailəsinə və dostlarına nəyinsə səhv olduğunu bildirmək istəyir. Əsas məqsədi səslərini eşitdirməkdir, lakin bəzən bu cəhdlər istəmədən də olsa, ölümlə nəticələnir. Ətrafınızda bu kimi insanların olduğunu hiss edirsinizsə, onları dinləməyə və kədərini azaltmağa çalışın. İnsanın ağrı və boşluqdan başqa seçimlərinin olduğunu görməsinə kömək edərək, ölməkdən başqa seçimi olmadığına inandığı perspektivini genişləndirin. Bir neçə mütəxəssisdən kömək alın, heç vaxt təkbaşına bu məsələyə görə məsuliyyət daşımayın. Unutmayın, intihara meyilli insanın dediklərini sirr saxlamaq, onu qorumağa çalışmaq çox risklidir.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35

