Arxa şüşəyə şüarlar yazmaq və fotoşəkillər yapışdırmaq olmaz!
01.12.2023 [13:26]
M.BAYRAMLI
Tez-tez avtomobil yollarında bəzi sürücülərin diqqəti cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud fotolar vurma halları müşahidə olunur. Bu da bəzən etik normalara zidd olmaqla bərabər yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir. Şüşələrdə əks etdirilən bu cür faktlar avtomobillərin estetik görünüşünə xələl gətirməklə yanaşı, insanların diqqətini yayındırır. Nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədə bilirlər. Bu kimi halların qarşısının alınması məqsədilə dəfələrlə sürücülərə müraciət edilir, bu cür yazı və fotolar varsa, onların çıxarılması söylənilir.
Təəssüflər olsun ki, cəmiyyətdə haqlı narazılıq doğurduğu üçün ictimai qınaq obyektinə çevrilməsinə və bu səbəbdən DYP tərəfindən dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də lüzumsuz yazılar və fotolarla avtomobillərinin şüşələrini və ya banını yazı lövhəsinə çevirən sürücülərə rast gəlinir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev özünün “Facebook” hesabında bununla bağlı paylaşım edib: “Sürücülər aldıqları mükafatların fotoşəkillərini və ya özlərinə aid məlumatları avtomobillərdə nümayiş etdirməklə müəyyən imtiyaza malik olacaqlarını düşünür və ciddi qayda pozuntularına yol verirlər. Yolda heç kim hansısa bir imtiyaza malik ola bilməz, yollarda ayrı-seçkilik yaratmaq istəyi sürücü intizamını yox edən hallardandır. Qeyd olunan hallar vətəndaşlarımız tərəfindən də ciddi narazılıqla qarşılanır”.
Onun sözlərinə görə, son bir ay ərzində (050) 800-09-02 “WhatsApp” nömrəsinə bununla bağlı 131 müraciət daxil olub: “Bir daha bütün avtomobil sahiblərindən və sürücülərdən avtomobillərinə lüzumsuz yazı və fotoşəkil yapışdırmamağı xahiş edir, bununla bağlı ciddi tədbirlərin görüləcəyi diqqətlərinə çatdırılır”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20

