Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

10.06.2026 [14:18]

Gürcüstanın Daxili İşlər Nazirliyi paytaxt Tbilisidə və bölgələrdə xüsusi əməliyyat keçirib, narkotik ittihamı ilə 119 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Tbilisi Polis Departamentinin direktoru Vaja Siradzenin sözlərinə görə, saxlanılanların arasında Gürcüstan və xarici ölkə vətəndaşları var.

O deyib ki, saxlanılanların şəxsi əşyalarına, nəqliyyat vasitələrinə və yaşayış evlərinə, eləcə də onların göstərdiyi yerlərdə aparılan axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları külli miqdarda müxtəlif növ narkotik və psixotrop maddələr dəlil kimi müsadirə ediblər.

İstintaq hərəkətləri nəticəsində narkotik maddələrin qablaşdırılması üçün lazım olan materiallar, narkotik satışından əldə edildiyi iddia olunan pul və külli miqdarda odlu silah-sursat da müsadirə edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30