10 il sonra...
23.11.2023 [10:47]
Bakıda İƏT-in Əmək Mərkəzi açıldı!
Azərbaycan hər zaman mötəbər tədbirlərə ev sahibliyi edib. Bu sırada İslam Əməkdaşlıq Təşkilatının konfransları xüsusi əhəmiyyətə malikdir. Ölkəmizdə İƏT-in xarici işlər, təhsil, mədəniyyət, turizm nazirlərinin konfransları da keçirilib. Bu da onu göstərir ki, Azərbaycan nəinki İƏT-in fəal üzvüdür, eyni zamanda, təşkilatın xətti ilə Azərbaycanda çox mötəbər tədbirlər keçirilir.
Noyabrın 21-də Bakı Konqres Mərkəzində İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı öz işinə başlayıb. Dünən isə İƏT-in Bakıda Əmək Mərkəzinin açılışı olub.
Tədbiri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev giriş sözü ilə açıb. O, bildirib ki, 2013-cü ilin aprel ayında Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 2-ci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. Nazirin sözlərinə görə, həmin il ölkə başçısı Mərkəzi Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.
3 dildə fəaliyyət göstərəcək...
S.Babayev bildirib ki, İƏT-in Əmək Mərkəzinin əsas fəaliyyət istiqamətləri əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsidir. Nazir qeyd edib ki, mərkəz İƏT-ə üzv ölkələr arasında əmək sahəsində fəaliyyətin əlaqələndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasına təşviq edəcək: “Əmək mərkəzi Bakıda DOST mərkəzində fəaliyyət göstərəcək. Hər bir dost ölkə mərkəzə qoşula bilər. Hazırda 10 ölkə mərkəzin nizamnaməsini imzalayıb, sabah isə 3 ölkə imzalayacaq. Mərkəz ingilis, ərəb, fransız dillərində fəaliyyət göstərəcək. Eyni zamanda, mərkəzin maliyyələşdirilməsi ilk 3 il Azərbaycan Respublikası tərəfindən həyata keçiriləcək”.
Bu, əlamətdar hadisədir...
İƏT-in Baş katibi Hissein Brahim Taha çıxış edərək yeni yaradılan Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin genişlənməsində əhəmiyyətini və uğurla fəaliyyət göstərəcəyinə əminliyini diqqətə çatdırıb. O, qeyd edib ki, İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsünə görə Prezident İlham Əliyevin müdrikliyini təqdir etmək çox məqsədəuyğundur: “İƏT-in bu yeni ixtisaslaşmış təsisatının açılışı şübhəsiz ki, əlamətdar hadisədir. Bu, İƏT-ə üzv dövlətlər arasında sosial-iqtisadi əməkdaşlığın artırılması istiqamətində birgə səylərimizdə mühüm mərhələni təmsil edir.
İşçi qüvvəsi artırılacaq...
H.B.Taha qeyd edib ki, İƏT Əmək Mərkəzi təşkilatın digər ixtisaslaşmış qurumlarına qoşulacaq: “Yeni qurum əhalinin müxtəlif təbəqələri arasında sosial-iqtisadi bərabərsizlikləri aradan qaldırarkən müvafiq ölkələrimizdə işçi qüvvəsinin artırılması, layiqli əməyin təşviqi yolu ilə inkişaf problemlərinin milli və regional həllərini birləşdirməyə çalışacaq. Heç bir şübhə yoxdur ki, yeni təsisat İƏT-in əmək, məşğulluq və sosial müdafiə sahələrində qəbul etdiyi müxtəlif qərarların icrası istiqamətində fəaliyyəti sürətləndirəcək. İƏT Əmək Mərkəzi İKT-nin müxtəlif qurumları ilə əməkdaşlıq əlaqələri quracaq”.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Baş Assambleyasına sədrlik Azərbaycan Respublikasına həvalə olunub. Baş Assambleyanın müavini isə Səudiyyə Ərəbistanı Krallığı seçilib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15

