Mətbuat Şurasında veteran jurnalist Adil İrşadoğlunun 70 illik yubileyi qeyd edilib
03.11.2023 [16:25]
Bu gün Mətbuat Şurasında tanınmış veteran jurnalist, uzun illər Azərbaycan Televiziyasında çalışmış Adil İrşadoğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumda ömrünü-gününü jurnalist peşəsinə həsr etmiş, fədakar əməyi ilə seçilmiş qələm adamlarının həyatındakı əlamətdar günlərin yada salınmasının ənənə halını aldığını bildirib. O, bu ənənənin davamı kimi Adil İrşadoğlunun 70 illik yubiley toplantısının təşkilindən məmnunluğunu dilə gətirib.
R.Məcid A.İrşadoğlunun fəaliyyətində Ağdamın özünəməxsus yer tutduğunu, bu qədim diyarın ecazkar ruhunun yubilyarın yaradıcılığına müstəsna təsir göstərdiyini deyib. Respublikada ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərindəki proseslərdən söz açan MŞ sədri bildirib ki, Adil İrşadoğlu imzası həmin dövrdə həqiqətlərin təbliğində, Qarabağın faciə yaşantılarının cəmiyyətə çatdırılmasında müstəsna rol oynayıb. R.Məcid belə bir rolu jurnalistikanın vətənpərvərlik missiyası olaraq dəyərləndirib. Şura sədri A.İrşadoğlunun Mətbuat Şurasının diplomu ilə təltif edildiyini diqqətə çatdırıb və diplomu yubilyara təqdim edib.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu jurnalistikanı sevən insanların Adil İrşadoğlu işığına toplaşmasını müstəsna qədirbilənlik nümunəsi kimi qiymətləndirib. O, yubilyar qələm sahibini peşənin nüfuzunu qoruyan, təəssübünü çəkən həmkar kimi səciyyələndirən xüsusiyyətlərdən söz açıb, bildirib ki, A.İrşadoğlu Birinci Qarabağ müharibəsinin canlı xronikasını yaratması ilə adını tarixə yazdırıb. Onun müharibə müddətində cəbhə xəttindən hazırladığı çoxsaylı reportajların xalqımızın qəhrəmanlıq ruhunun təbliğində böyük əhəmiyyəti var.
MŞ İdarə Heyətinin üzvü, Bayraqdar Medianın baş redaktoru Azər Həsrət çıxışında bildirib ki, A.İrşadoğlu ötən əsrin 90-cı illərinin, qanlı-qadalı dövrün imzasıdır. “Diqqət yetirək, cənab Prezident də bildirmişdi ki, Qarabağı heç vaxt oranı görməyən 20-22 yaşlı gənclərimiz azad etdi. Bu nə demək idi? O demək idi ki, biz o dövrün yaddaşını qoruya və gənc nəslə çatdıra bildik”, - deyən A.Həsrət əlavə edib ki, 70 yaşı tamam olmuş yubilyar da zəngin fəaliyyəti ilə bilavasitə Qarabağ, doğma yurd yaddaşını daşıyanlardandır.
MŞ sədrinin müavini Səadət Məmmədova, poliqrafçı alim Şəddat Cəfərov, veteran qələm sahibi, naşir-publisist Hacı Mehman Fərzullayev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Prezidenti Eldar İsmayılov, “Xalq qəzeti”nin əməkdaşları Zərifə Bəşirqızı və İlqar Həsənov, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, professor Habil Qurbanov, Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) qardaşı, müharibə veteranı Ədalət Məhərrəmov, yubilyarın tələbə yoldaşı Qəşəngi Əliyeva, Ağdamın tanınmış ictimai xadimi, həkim Tarıyel Eyvazov, operatorlar, vaxtilə yubilyarla birlikdə cəbhə xəttində çəkilişlərdə olmuş Tahir Qarayev və Fikrət Hüseynov, Birinci Qarabağ müharibəsinin veteranı, şəhid atası Hacı Əkbər Rüstəmov, şair-publisist, ictimai xadim Zakir Ağdamlı, veteran jurnalist Mübariz Ağaxanoğlu, jurnalist Ağaşirin Məmmədov, A.İrşadoğlunun uşaqlıq dostları Çingiz Tağıyev və İlham Qurbanov, veteran jurnalist Rafik Kərimov, tanınmış televiziya rejissoru Lətif Abdullayev və başqaları çıxışlarında Adil İrşadoğlunu parlaq düşüncə sahibi, ziyalı, səmimi, qayğıkeş dost və həmkar, gözəl ailə başçısı kimi xarakterizə edən cəhətlərdən söz açıblar. Onlar bildiriblər ki, A.İrşadoğlunun çoxillik fəaliyyəti həm jurnalistikaya, həm də ölkəmizin hərb tarixinə müstəsna xidmətin təkrarsız nümunəsidir və bu nümunənin yaranması peşəkarlıqla yanaşı, fədakarlıq da tələb edib. Çıxış edənlər, həmçinin, yubilyarı vətənpərvərliyi jurnalistikada peşə standartı kimi göstərmənin bənzərsiz örnəyi adlandırıblar.
Sonda çıxış edən Adil İrşadoğlu jurnalist fəaliyyətinə verilən yüksək dəyərə, xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Adil İrşadoğlu (Əliyev) 1961–ci il noyabrın 1-də Ağdamda anadan olub. 1972–1977-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləyib. Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989–cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni işğalçılarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak edib. Həmçinin, dövlət televiziyasının hərbi vətənpərvərlik verilişləri baş redaksiyasının təşkilinə və fəaliyyət göstərməsinə əmək sərf edib. Çalışdığı müddətdə 3000–dən çox veriliş hazırlayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39

