Mətbuat Şurası ilə Kərkük Kültür Dərnəyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
01.11.2023 [11:48]
Azərbaycan Mətbuat Şurası ilə Kərkük Kültur Dərnəyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Bu barədə Şuradan məlumat verilib.
Bildirilib ki, MŞ sədri Rəşad Məcid qonaqları salamlayaq Azərbaycanın türk dünyası ilə mədəni əlaqələrindən söz açıb. O, türk coğrafiyasındakı jurnalistlərin biri-biriləri ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. İraqın Kərkük bölgəsindəki media qurumları ilə yaxınlığın da bu mənada mühüm əhəmiyyət daşıyacağına ümidvar olduğunu bildirən R.Məcid ümumən Azərbaycanla Kərkük arasında bağların yaranmasında və güclənməsində, habelə ortaq türk dəyərlərinin təbliğində Kərkük Kültür Dərnəyinin, onun rəhbəri Şəmsəddin Kuzəçinin böyük və fədakar əməyinin olduğunu vurğulayıb. MŞ sədri Ş.Kuzəçinin rəhbərlik etdiyi qurum tərəfindən təltif olunduğunu diqqətə çatdırıb və Şuranın diplomunu ona təqdim edib.
Ş.Kuzəçi etimada və əməyinə verilən qiymətə görə Mətbuat Şurasına təşəkkürünü bildirib. O, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyindən söz açaraq, Mətbuat Şurası ilə Kərkük Kültür Dərnəyinin imzaladığı Əməkdaşlıq Memorandumunun başlanılmış işin daha da sistemləşdirilməsinə dəstək baxımından əhəmiyyətini əsaslandıran məqamları sadalayıb.
MŞ sədrinin müavini Vüqar Zifəroğlunun, Şuranın İdarə Heyətinin üzvləri Azər Həsrətin və Yadigar Məmmədlinin də qatıldıqları toplantının iştirakçıları, həmçinin İraqdan gəlmiş qonaqlar Kərkük türklərinin türk dünyasına inteqrasiyasındakı xüsusiyyətlərdən söz açaraq, ortaq tarixin və mədəniyyətin və ənənələrin daha geniş platformalarda təbliğinə ehtiyacın duyulduğunu bildiriblər. Toplantıda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, MŞ ilə Kərkük Kültür Dərnəyi arasında imzalanmış Əməkdaşlıq Memorandumunda ortaq dəyərlərin və prinsiplərin təbliği istiqamətində media subyektləri tərəfindən keyfiyyətli xəbər istehsalının təmin edilməsinə əməli dəstək məqsədilə layihələr hazırlamaq və onları icra etmək, birgə beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılması, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılmasına yönələn tədbirlər görmək və sair məsələlər əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25

