Heydər Əliyevin siyasi kursu müstəqil Azərbacanın dövlətçilik ideologiyasıdır
31.10.2023 [15:59]
Oktyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının “91”lər hərəkatının və partiyanın Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyasının “91”lər hərəkatının və partiya Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Məmmədov “Heydər Əliyevin siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, xalqımızın bəxtinə, taleyinə düşən böyük şəxsiyyət Heydər Əliyev həm qüdrətli dövlət xadimi, iradəli hakimiyyət ustadı, həm də istedadlı ictimai-siyasi filosof idi.
Sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova çıxış edərək müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin siyasi kursunun inkişafı sayəsində təşəkkül tapan milli dövlətçilik ideologiyasının ölkəmizə qazandırdığı uğurlardan söhbət açıblar. Bildirilib ki, bu ideologiya öz obyektiv amilləri, qanunauyğunluqları, həyati, elmi, siyasi, fəlsəfi məzmunu ilə sosial mühitdə təzahür edən çoxsaylı obyektiv hadisələrin müsbət həllini təmin etmişdir. Qeyd edilib ki, Azərbaycan tarixinin qırx dörd günlük şanlı Zəfər salnaməsinin yaradıcısı və baş qəhrəmanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi-ideoloji, dövlətçilik siyasətini uğurla davam etdirməsi bir daha bütün dünyaya göstərdi ki, Ümummili Lider Heydər Əliyevin uzaqgörən siyasəti yaşayır və ölkəmizi inamla parlaq, aydın gələcəyə aparır.
Sonda mövzu ilə bağlı çoxsaylı suallar cavablandırılıb və xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

