Vəhşi fauna da cinayətlərin qurbanı olur...
27.10.2023 [10:35]
Minaya düşən heyvanlarla bağlı beynəlxalq təşkilatlara müraciət edildi
Artıq 3 ildir ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə mina fəlakətlərini ictimaiyyətin diqqətinə çatdıraraq, Ermənistanın mina xəritələrini təhvil verməsini tələb edir. Çox təəssüf ki, bütün bu cəhdlər bu günə kimi uğursuzluqla nəticələnir. Ermənistan tərəfi mina xəritələrini verməkdən yayınaraq Azərbaycanın itkilərini maksimum həddə çatdırmaq niyyətindədir.
Təbii ki, monitorinqlər apararaq Azərbaycan öz üsulları ilə mina məsələsini həll etməyə çalışır, ancaq məlum olur ki, işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların və partlamamış sursatların sayı həddən artıq çoxdur və onlar tamamilə xaotik düzülüb. Monitorinqlər nəticəsində Ermənistanın minaların düzülməsi ilə bağlı qanunauyğunluğa əməl etmədiyi üzə çıxır. Sərhəddən kənar ərazilərdə belə yerləşdirilən minalar tapılır. Bəli, bu fikirlər dəfələrlə səsləndirilir . Ermənistan susmaqla həm beynəlxalq hüququ, həm də insan haqlarını rədd edir.
Mina qurbanları arasında təkcə insanlar yoxdur, bu fəlakətdən heyvanlar da əziyyət çəkir. Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirmişdi ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ayaqları qopmuş bəbir və ayılara rast gəlinir.
“Ermənistan əvvəllər işğal etdiyi Azərbaycan torpaqlarında milyonlarla mina yerləşdirib. Bu minaların qurbanı insanlara yanaşı, vəhşi heyvanlardır. Minalar döyüşçülər, mülki şəxslər və ya vəhşi heyvanlar arasında fərq qoymur”, - deyə Prezidentin köməkçisi bildirib.
O həm də azad edilmiş ərazilərdə mina qurbanları olan 2 ayının (Ursus arctos) video və fotolarını ictiamiyyətlə bölüşmüşdü.
Qəti şəkildə pisləyirik!
“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlara müraciət edib.
Bildirilib ki, Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Ermənistanın Cənubi Qafqazın təbiətinə, bioloji müxtəlifliyinə, heyvanlar aləminə qarşı mina terrorunu qəti şəkildə pisləyir.
“Biz bu təsvirlərdən hədsiz dərəcədə sarsılmışıq. Ayılardan birinin minaya düşərək şikəst qalması, digər ayı balasının isə minanı tapdalamaqla ölməsi aydın müşahidə edilib. Təəssüflə qeyd etmək lazımdır, ayı balasının ölümünə səbəb olan mina 2021-ci ildə Ermənistanda istehsal olunub. Bu isə o deməkdir ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra da Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərini minalamaqda davam edib. Yalnız 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun icra etdiyi lokal xarakterli antiterror tədbirləri ilə Ermənistanın Azərbaycanın suveren ərazilərini minalamasının qarşısı alınıb.
Biz “Həyat və Canlılar Naminə Birlik” (“United for Life & Livelihoods”) təşkilatının baş direktoru xanım Qretel Aqilara (Grethel Aguilar), “Dünyada Heyvanları Müdafiə üzrə Beynəlxalq” (“World Animal Protection International”) təşkilatın İcraçı direktoru cənab Stiv Makaylvora (Steve McIvor), “Heyvanlara Qarşı Qəddar Davranışdan Müdafiə üzrə Amerika Cəmiyyəti”nin (“American Society for the Prevention of Cruelty to Animals”) sədri xanım Salli Spunerə (Sally Spooner), “Heyvanların Beynəlxalq Müdafiəçiləri” (“Animal Defenders International”) təşkilatının prezidenti və həmtəsisçisi xanım Yan Krimerə (Jan Creamer), “Heyvanların Müdafiəsi və Xilası Liqa”sının (“Animal Protection and Rescue League”) sədri və həmtəsisçisi xanım Dina Kurda (Dina Kourda), “Heyvan Etikası” (“Animal Ethics”) təşkilatının icraçı direktorları xanım Olayya Freyriya (Olaia Freiria) və xanım Liya Makkelviyə (Leah McKelvie), “Vəhşi Heyvanlar Təşəbbüsü” (“Wild Animal Initiative”) təşkilatının icraçı direktoru cənab Kemeron Meyer Şorba (Cameron Meyer Shorb), “Ümumdünya Təbiəti Mühafizə Fondu”nun (“World Wildlife Fund”) prezidenti cənab Adil Nacama (Adil Najam) müraciət edərək onları Ermənistanın bu qəddar hərəkətlərini pisləməyə çağırırıq! Dəqiq mina xəritələrinin Azərbaycan dövlətinə təhvil verilməsində Sizin əvəzsiz töhfəniz ola bilər, bu, Cənubi Qafqazın təbiətini xilas edə bilər. Biz heç bir canlının, o cümlədən heyvanların bundan sonra mina qurbanı olmasını istəmirik!
Canlı aləm Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanı olmamalıdır. Vəhşi təbiət, heyvanlar bizdən kömək istəyir”, - bəyanatda qeyd edilir.
Ermənistan cavab verməlidir
Hüquqşünas Ləman Ağayeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Ermənistanın mina cinayətləri artıq başqa bir məcraya keçərək, insan ölümləri ilə yanaşı, heyvanların məhvinə də gətirib çıxarır: “Hətta bir neçə il əvvəl Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Ermənistanla Azərbaycan sərhədində ayaqları şikəst qalmış 2 bəbirin (Panthera pardus) təsvirini də yaymışdı. Bu məsələlər ciddi nəzarətdə olmalıdır. Çünki Qarabağ və Şərqi Zəngəzurda mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan Beynəlxalq Qırmızı Siyahıya düşmüş növlər də var. Ermənistan Respublikası tərəfindən heyvanlara, vəhşi faunaya qarşı sərgilənən bu cür qəddar münasibət yolverilməzdir. Cənubi Qafqaz kimi biomüxtəliflik cəhətdən zəngin bir regionun nadir təbiət inciləri, heyvanları bu cür rəftara məruz qalmamalıdır”.
Onun sözlərinə görə, Ermənistanın bir müddət əvvəl - sentyabrın 11-də heyvanlardan sui-qəsdçi kimi istifadə etdiyinin də şahidi olduq: “Belə ki, Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq onu Azərbaycan Ordusunun mövqeləri istiqamətində hərəkət etməyə məcbur etmişdilər. Xoşbəxtlikdən, Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı nəticəsində terror aktının qarşısı alınmışdı. Bu təxribat silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməldir. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması heç bir mənəviyyata sığmır. Məhz bu baxımdan Ermənistan anti-humanizm hərəkətlərinə, eko müharibəyə, faunaya qarşı qəddarlığa görə ayrıca məsuliyyətə cəlb olunmalı, beynəlxalq hüquq qarşısında cavab verməlidir”.
G.QABİLQIZI
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

