Kərimlinin yalan serialı...
21.10.2023 [10:30]
Qarabağın azadlığı davamlı və ardıcıl siyasətin nəticəsidir
Azərbaycanda uzun illər ərzində aparılan islahatlar, əldə olunan nailiyyətlər, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması ölkəmizi dünyada baş verən siyasi-iqtisadi kataklizmlərin təsirlərindən qorumaqla yanaşı, davamlı və ardıcıl siyasət yürütməsində əsaslı rol yonayıb. Məhz bu ardıcıl və davamlı siyasi kurs ölkəmizin qısa müddətdə bütün sahələr üzrə inkişafını təmin etdi - Azərbaycan dövlətinin seçdiyi çoxşaxəli inkişaf xətti ölkəmizdə bütün sahələrin paralel inkişafına şərait yaratdı. İstər diplomatik sahədə əldə olunan uğurlar, istərsə də hərbi müdafiə sahəsinə ayrılan diqqət nəticə etibarı ilə Qarabağın azad edilməsinə, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasına yol açdı.
Qeyd olunduğu kimi, uzun illərə əsaslanan bu inkişaf yolu məqsədli şəkildə və ardıcıl davam edib, hədəflərinə qovuşub. Təbii ki, yürüdülən siyasət, əldə olunan uğurlar ölkəmizin maraqlarına qarşı düşmən mövqedə dayanan ermənipərəst mərkəzləri, antimilli dairələri narahat etməyə bilməz. Hər zaman xarici antimilli güclərin sifarişlərini yerinə yetirən redikül müxalifət düşərgəsi isə məhz həmin dairələrdən aldıqları direktivlərə ölkəmizin mənafeyinə qarşı cəbhə alır, qazanılan uğurları göz ardı etməyə çalışır.
Məsələn, Qarabağ zəfərinin qazanılmasına aparan yol ağır və keşməkeşli olub və bu hər kəs tərəfindən etiraf edilir - siyasi üstünlüyümüzün təmin edilməsi, artırılması, hüquqi zəminin daha da möhkəmləndirilməsi, Qarabağ həqiqətlərinin təbliği, bu torpaqların tarixi keçmişinin təbliği istiqamətində aparılan davamlı iş, eyni zamanda, dünyanın aparıcı dövlətləri ilə ikitərəfli münasibətləri inkişaf etdirmək, bunun fonunda Qarabağ məsələsində yeni dəstək qazanmaq Azərbaycanın yaxın keçmişdə ən mühüm prioritetləri idi. Bəzi dövlətlərlə əlaqələri strateji səviyyəyə qaldırmaqla onların Ermənistanı olması faktını açıq kontekstdə bəyan etməsi Azərbaycanın xarici siyasət kursunun uğurları idi. Hətta bəzi aparıcı dövlətlərdən silahlar alınan zaman bu silahların analogiyasının Ermənistana satılmaması ilə bağlı ikitərəfli razılıqlar əldə olunurdu. Ard-arda bütün beynəlxalq təşkilatlar Qarabağın Azərbaycan torpağı olmasını təsdiqləyirdi - BMT TŞ-nın məlum 4 qətnaməsi bütün tribunalardan xatırlanırdı. Məhz bu kimi davamlı siyasi kurs nəticədə Qarabağın azadlığını təmin etdi.
Bu gün ermənipərəst mərkəzlərə qulluq göstərmək bahasına bütün yalanları danışmağı özünə rəva bilən Əli Kərimli kimi xəyanət “mücəssəmələri” və ətrafındakı pul hərisləri sosial şəbəkələrdə yalan və qərəzə bürünüblər - onlar ötən illərdə Qarabağın azadlığı istiqamətində inkişaf etdirilən bu çətin və şərəfli yolu təkzib etməyə cəhd göstərirlər. Müxtəlif spekulyativ oyunlarla, müəyyən manevrlərlə özlərini siyasi palitrada saxlamağa cəhd göstərən redikül Kərimlinin bu spekulyasiyası fiaskoya məhkumdur - çünki fakt ortadadır. İllərdir ki, Azərbaycana qarşı xəyanətkar mövqeyindən geri qalmayan Kərimli ölkəmizdə qarşıdurma, xaos yaratmaq istəyən qüvvələrə qulluqçuluq edir. Bu dəfə də erməni “dəyirmanına su olmaq” istəyən AXCP sədrinin “oxu” növbəti dəfə “daşa dəydi”. Azərbaycan xalqı bütün reallıqları görür və dəyərləndirir. Kərimlinin danışdığı yalanlar isə sabun köpüyü effekti ilə özü kimi yox olub gedir...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

