Bənzərsiz ifaçı
20.10.2023 [09:40]
Bu gün görkəmli müğənni Şövkət Ələkbərovanın anadan olmasının 101-ci ildönümü tamam olur
Şövkət Ələkbərova 1922-ci ildə oktyabr ayının 20-də Bakıda anadan olmuşdur. Görkəmli sənətkar Asəf Zeynallı adına musiqi məktəbində Hüseynqulu Sarabskinin sinfində təhsil almışdır. 1938-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansanblında fəaliyyətə başlamışdır. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Ş. Ələkbərova yüksək vokal mədəniyyətinə və muğam yaradıcılığında güclü improvzaisiya bacarığına malik idi.
1937-ci ildə yəni 15 yaşı olarkən musiqi yarışmasında iştirak edir. Burda sərgilədiyi gözəl ifaçılığı ilə bəstəkar Üzeyir Hacıbəyov, müğənni Bülbül kimi sənətkarlar onun istedadının şahidi olur və onların diqqətini cəlb etməyi bacarır. Opera Teatrında keçirilən son konsertdə “Qarabağ şikəstəsi”ni oxuyaraq ilk üçlükdə yer almışdır. Buradakı uğuru sayəsində o, peşəkar musiqi fəaliyyətinə başlamış oldu. Ş. Ələkbərovanın ifa etdiyi musiqilər insanları valeh edirdi. Onun mahnılarında sözlərlə mahnılar vəhdət təşkil etdiyindən daha da çox sevilirdi.
SSRİ məkanında bir çox şəhərlərdə və eləcə də Fransa, İsveçrə, Əfqanıstan, Misir, Türkiyə və Polşa kimi xarici ölkələrdə Şövkət Ələkbərova uğurlu çıxışlar etmişdir. Məlahətli səsin sahibi Ş. Ələkbərovanın repertuarına Azərbaycan xalq mahnıları və Orta Şərq mahnıları daxil idi.
Azərbaycan SSR xalq artisti və əməkdar artisti fəxri adların sahibidir.
Çox ağır ailə həyatı keçirən Şövkət Ələkbərova iki dəfə ailə həyatı qurmuşdur. Birinci həyat yoldaşını çox tez itirən sənətkarın ilk evliliyindən Natella adlı qızı dünyaya gəlib.
İkinci dəfə rejissor Lətif Səfərovla evlilik həyatı quran Ş. Ələkbərovanın Bəşir adlı oğlu dünyaya gəlmişdir. Bir neçə il sonra Lətif Səfərov intahar etmişdir.
Şövət Ələkbərova 70 yaşında 1993-cü ildə dünyasını dəyişmişdir. Onun məzarı Bakıda Fəxri Xiyabanda yerləşir.
Müşfiq
Xəbər lenti
Hamısına baxİdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49

