Rediküllərin ənənəvi “strategiyası” - erməni maraqlarının müdafiəsi
19.10.2023 [10:45]
Ermənipərəst mahiyyətin daşıyıcıları
Hər zaman antimilli mövqeyi ilə seçilən radikal müxalifət düşərgəsi yenidən öz ampluasındadır. Belə ki, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də müharibədən sonrakı zaman kəsiyində torpaqlarımızın işğaldan azad edilməsinə sevinməyən, əksinə, erməni təbliğat maşınının bir hissəsi kimi çıxış edən dağıdıcı ünsürlərin yeni hədəfi Xankəndidə Azərbaycan bayrağının dalğalanması, ölkəmizin suverenliyinin təmin olunmasıdır. Nə qədər qəribə səslənsə də, antimilli mahiyyətə malik redikül müxalifət ümummilli problemin həllinə sevinmək əvəzinə, bu möhtəşəm qələbəni gözardı etmək, onun miqyasını kiçiltmək uğrunda “mübarizəyə girişib”. Sosial şəbəkələrə nəzər saldıqda bir faktla üzləşirsən - Əli Kərimli və dəstəsi sanki bu qələbənin Azərbaycana “ziyan verəcəyini sübut etməyə” çalışır. Onlar “bundan sonrakı mərhələ” ilə bağlı ağlasığmaz “proqnozlar” verməyə çalışır, sanki yeni “müharibələrin” olacağının anonsunu verirlər. Onların bu mövqeyi isə xaricdəki bəzi dairələr tərəfindən tənzimlənir. Diqqət yetirsək, antiterror tədbirlərindən bu günə qədər ermənipərəst Sevinc Osmanqızının internet kanalında qəribə bir “təbliğat” aparılır - onlar Azərbaycanın bütün məsələlərə nöqtə qoymadığını iddia edir və hansısa “xəyali güc”ün Azərbaycana qarşı “revanş” təşkil edəcəyi ilə bağlı nağıllar, uydurmalar səsləndirilir. Bu davranış isə iki “ehtiyacdan” doğa bilər:
- Ermənipərəst dəstə qələbənin miqyasını kiçiltmək üçün belə bir təbliğata “baş vurub”:
- Özlərinə siyasi daldalanacaq axtarışına çıxıblar.
Əli Kərimli və dəstəsinin davranışları, fikirləri sözün hər bir mənasında əndazəni aşır - adını azərbaycanlı qoyan birisinin bu qədər ermənipərəst xarakter daşıması olduqca qəribədir. Bu insanlar bütün fikirlərində yalnız bir hədəfə köklənirlər - necə edək ki, Azərbaycanın məğlub obrazını yaradaq. Yeri gəlmişkən, son günlərdə xüsusən müşahidə edilən məqamlardan biri Əli Kərimlinin, Gültəkin Hacıbəylinin, Tofiq Yaqublunun sosial şəbəkənin erməni seqmenti ilə eyni tezisləri səsləndirmələridir. Xüsusilə, Tofiq Yaqublunun guya Azərbaycan Ordusunun 44 günlük müharibə dövründə Xankəndidə mülki əhalini bombalaması ilə bağlı yalanı sırf ermənilərin müzakirə predmetidir. Erməniləri başa düşmək olar - Gəncə cinayətlərini, Bərdə qətliamını, Tərtər vəhşiliyini ört-basdır etmək, beynəlxalq aləm qarşısında özünə haqq qazandırmaq üçün belə yalanlara əl atırlar - bəs Tofiq Yaqublu bu yalanı hansı “ehtiyacdan” danışır? Ermənilər ona nə söz veriblər? Axı sosial şəbəkələrdə olsa belə, bu fikri yazmaq xalqına, dövlətinə, millətinə xəyanətdir - bu ermənidən betər ermənilikdir...
MƏNSUR
Xəbər lenti
Hamısına baxElm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59

