/ / Prezidentin Xankəndidə Dövlət Bayrağını ucaltması və çıxışı Rusiya KİV-ləri tərəfindən geniş işıqlandırılıb
Prezidentin Xankəndidə Dövlət Bayrağını ucaltması və çıxışı Rusiya KİV-ləri tərəfindən geniş işıqlandırılıb
16.10.2023 [15:45]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xankəndidə Dövlət Bayrağını ucaltması və çıxışı Rusiya KİV-lərinin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “Moskovski komsomolets” nəşri bu xəbəri Azərbaycan Prezidentinin rəsmi saytına istinadla yayıb. Eyni zamanda, nəşr Prezident İlham Əliyevin Ağdərədə də Azərbaycan Bayrağını ucaltdığını qeyd edib.
Rusiya Dövlət Dumasının rəsmi nəşri olan “Parlamentskaya qazeta” xatırladır ki, Azərbaycan Ordusu sentyabrın 19-da antiterror tədbirləri keçirib və nəticədə sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ respublikası”nın buraxılması barədə sənəd imzalanıb.
TASS agentliyi yazır ki, 20 il əvvəl məhz bu gün İlham Əliyev Azərbaycan Prezidenti seçilib. Dövlətimizin başçısının Xankəndidəki çıxışından fikirlərə yer ayıran agentlik qeyd edir ki, Prezident İlham Əliyev 20 il əvvəl xalqa müraciətində Azərbaycan xalqının və dövlətinin maraqlarını daim qoruyacağına söz vermişdi. “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”, - deyə dövlətimizin başçısının çıxışından sitat gətirilib.
“Vedomosti” nəşri qeyd edir ki, Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən sonra sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri və Azərbaycan hakimiyyətinin nümayəndələri arasında görüş keçirilib. Nəşr vurğulayır ki, qondarma qurumun buraxılmasından sonra Azərbaycan Prezidenti regionda sülh müqaviləsinin imzalanması üçün daha münasib şəraitin yarandığını qeyd edib. “Vedomosti” AZƏRTAC-a istinadla dövlətimizin başçısının Xankəndidə üçrəngli Bayrağımızı ucaltdığını da diqqətə çatdırır.
“NTV” telekanalının xəbərində bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev respublikanın üçrəngli Bayrağını Qarabağın “paytaxtı”nda ucaldıb. Telekanal Qarabağ ətrafında baş verən son hadisələri xatırladaq yazır ki, bir neçə raund davam edən danışıqlardan sonra tərəflərin region əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası barədə razılığa gəliblər.
“REN TV” telekanalı AZƏRTAC-a istinadla yaydığı xəbərdə Prezident İlham Əliyevin Xankəndidə Dövlət Bayrağını ucaltdığı vurğulanır. Diqqətə çatdırılır ki, eyni vaxtda Xankəndidəki inzibati binanın üzərində Azərbaycanın Dövlət Gerbi də quraşdırılıb.
Digər Rusiya telekanalı olan “TVTS”nin materialında Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Dövlət Bayrağını ucaltdığını, eləcə də Suqovuşan qəsəbəsində istirahət parkının açılışında və Suqovuşan su anbarının istismara verilməsi mərasimində iştirak etdiyi bildirilir.
“Arqumentı i faktı” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Dövlət Bayrağını ucaltmasını mühüm hadisə kimi qiymətləndirib. Materialda qeyd olunur ki, Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni əhalisinin reinteqrasiyasının ətraflı planını təqdim edərək, onların bütün hüquqlarının və təhlükəsizliyinin təmin olunacağına vəd verib.
“Veçernyaya Moskva” qəzeti də Xankəndidə Dövlət Bayrağımızın ucaldılması xəbərini AZƏRTAC-a istinadla yayıb. Qəzet vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyev məhz Fransanın Ermənistanı silahlandırması nəticəsində regionda yeni silahlı qarşıdurma baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Bundan əlavə, “Qazeta.ru”, “Kommersant”, “Rossiyskaya qazeta”, “Voennoye delo”, “İnterfaks”, “Fontanka.ru”, “Izvestiya” və bir çox digər Rusiya nəşrləri də Azərbaycan Prezidentinin Xankəndiyə səfəri və çıxışını geniş işıqlandırıb.
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

