Avropa Parlamenti son bir aya yaxın dövrdə gündəmini Azərbaycana həsr edib
07.10.2023 [10:35]
Günel Abbas
“Konstitusiyanın 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Amma yalnız son 1 aylıq periodu təhlil etsək, Fransa və Avropa İttifaqının Azərbaycana münasibətdə beynəlxalq hüququn prinsiplərinə necə zidd və açıq formada qərəzli davranışlar sərgilədiyinin şahidiyik”.
Bu fikirləri Milli Məclisin üzvü Bəhruz Məhərrəmov “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
Onun sözləri görə, 30 il maskalanmağa çalışan Fransa bu gün açıq formada özünü erməni dövləti kimi aparır. Korrupsiya yuvası Avropa Parlamenti son bir aya yaxın dövrdə bütövlükdə gündəmini Azərbaycana həsr edib. Nəyə görə, çünki, Azərbaycan beynəlxlaq hüququn aliliyini təmin edib. Separatizmlə mübarizədə effektiv nəticə ilə cənab İlham Əliyev bir çoxlarına ustad dərsi keçib. Puçtemonun həbsini ayaqüstə alqışlayan riyakarlar bu gün Qarabağdakı qondarma rejimin “liderlərinin” həbsindən narahatlıq ifadə edir.
Bizim mövqeyimiz aydındır, müdafiə olunmağa da, haqqımızı almağa da gücümüz var. Bu prosesdə əsas Ermənistan diqqətli olmalıdır. Ermənistan ilk növbədə məhz Azərbaycanla əməkdaşlıq nəticəsində düşdüyü dalandan çıxa biləcəyini anlamalıdır. Ötən il Zəfər Günündə cənab Prezidentin Şuşadan bəyan etdiyi kimi, Ermənistan başa düşməlidir ki, min kilometrlərlə kənardan heç kim gəlib onların yerinə döyüşməyəcək. Ermənistan anlamalıdır ki, Fransa, yaxud Avropa İttifaqı üçün heç bir erməninin taleyi maraqlı deyil, əksinə onlar indiki məqamda ermənilərdən istifadə edərək bölgədə maraqlarını təmin etmək niyyətindədirlər. Bu isə kiçik dalan dövləti olan Ermənistan üçün sui-qəsd deməkdir. Ermənistan üzünü bölgəyə tutmalı, xüsusən Azərbaycan-Türkiyə tandemindən maksimum yararlanmağa çalışmalıdır. Xüsusən artıq “Qarabağ” adlı bir problem qalmadığı, bunu etməyin çox daha asan olduğu bir şəraitdə”.
Deputat qeyd edib ki, Azərbaycan bir reallıq yaradıb, bu dəyişməz reallıqdır: “İndi Avropa Parlamenti bizə sanksiya tətbiq etsə nə fərq edər, yaxud etməsə nə fərq edər! Biz artıq güclüyük və bir az daha dərindən təhlil edilsə başa düşmək çətin deyil kim-kimdən daha çox asılıdır və kim kimə möhtacdır.
Prezident Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki tarixi çıxışında bəyan etdi ki, “İndi Qafqazda sülh üçün vaxt yetişib.” Həqiqətən bu gün Cənubi Qafqaz əsrlərdir möhtac qaldığı sülhə məhz Prezident İlham Əliyevin sayəsində heç vaxt olmadığı qədər yaxındır. Bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün faktiki olaraq heç bir prinsipial maneə qalmayıb.
Biz sülhün bir addımlığındayıq. Amma görünən odur ki, Avropa Parlamenti, Fransa kimi subyektlər bu bir addımlıq məsafəyə israrla burunlarını soxmaq istəyirlər. Əlbəttə bizim üçün onların nə sözlərinin, nə özlərinin heç bir qiyməti yoxdur. Amma eyni zamanda bilsinlər ki, Avroparlamentdə şərəfini satmış siyasətçiləri kim, necə və neçəyə danışdırır bizə bəllidir.
Ona görə də Prezidentin dediyi kimi hər kəs öz işi ilə məşğul olsun və bizim səbrimizlə oynamasınlar. Hər bir halda itirən biz olmayacağıq. Heç kim Prezidentin iradəsinə təsir edə bilməz. Vətən müharibəsində bizə məğlub olanlar bundan sonra mübarizədə israrlı olacaqlarsa, məğlubiyyətlər seriyasına hazır olmalıdırlar”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

