Ulu Öndər ermənilərin qarşısında keçilməz bir sipər idi
30.09.2023 [14:52]
Mübariz FEYİZLİ
Azərbaycan xalqının qəlbinin Şuşa və bütün Qarabağla döyündüyünü heç kəs inkar edə bilməz. Azərbaycanlıları bu yerlərlə izaholunmaz hisslər, qırılmaz mənəvi tellər bağlayır. Ulu Öndər Heydər Əliyev də hər zaman Şuşaya, Kəlbəcərə, Laçına, Qubadıya, bütün Qarabağa çox həssas münasibəti ilə sanki hər birimizin düşüncələrindən və o yerlərə sonsuz bağlılığımızdan çıxış edib. Heydər Əliyevin Qarabağ bölgəsinə münasibətini cəmiyyətin hər bir üzvü etalon kimi qarşılayır və hesab edirdi ki, yanaşma məhz belə də olmalıdır. Cəmiyyətimizin bu inamı Ulu Öndərin zaman-zaman Qarabağ naminə gördüyü misilsiz xidmətlərdən qaynaqlanırdı.
Ermənilərin Dağlıq Qarabağa iddiaları həmişə olub, onlar bu məsələni daim müxtəlif yollarla ittifaq dövlətinin gündəliyinə daşımağa çalışıblar. Ancaq Heydər Əliyev fenomeni həmişə onların bəd niyyətlərini gözlərində qoyurdu. Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək, Heydər Əliyev ermənilərin qarşısında bir sipər kimi dayanırdı. Ulu Öndər ötən əsrin altmışıncı illərində Azərbaycan SSR DTK-da müxtəlif vəzifələrdə çalışarkən və sonradan qurumun sədri olarkən erməni millətçilərinin Ermənistanda və Xankəndidə Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı fəaliyyətlərinin izinə düşmüşdü. Erməni millətçiləri tərəfindən hazırlanan bu ssenarilər müxtəlif istiqamətləri əhatə edirdi. Bu ssenarilərə həmçinin Xankəndidə və digər ərazilərdə erməni əhalisinin Azərbaycan hakimiyyətindən narazılığını ifadə edən aksiyaların təşkil olunması, milli zəmində cinayətlərin törədilməsi, hətta erməni gənclərinin azərbaycanlılar tərəfindən qətlə yetirilməsi, Dağlıq Qarabağın respublikamızla iqtisadi bağlılığının olmaması ilə əlaqədar təbliğatlar aparılması və s. daxil idi. Respublika DTK-nın sədri Heydər Əliyev bütün bu kimi faktlar barədə müfəssəl hesabatlar hazırlayaraq respublikanın o vaxtkı rəhbərliyinə təqdim etdi və qeyd olunan ssenarilərin hamısının qarşısını aldı. O, erməni millətçilərinin planlarının pozulması əməliyyatlarında şəxsən iştirak edir və tez-tez Xankəndiyə, Şuşaya gedirdi. Məsələn, Xankəndidə millətçi ruhlu gizli vərəqələr hazırlayıb yayan qurup aşkarlandı və həmin qrupun 30 nəfərədək üzvü saxlanıldı. 1967-ci ilin əvvəllərində Dağlıq Qarabağda əvvəlcədən hazırlanan plana əsasən milliyyətcə eməni olan şəxs öldürüldü. Ermənilər bu qətlin azərbaycanlılar tərəfindən onlara təzyiq göstərmək məqsədilə törədildiyini iddia edərək hadisələri başqa məcraya yönəltmək istəyirdilər. Onlar Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasının mümkün olmadığı rəyini formalaşdırmaqla çirkin məqsədlərinə nail olmağa çalışırdılar. Heydər Əliyev özünə xas olan müdrikliklə ermənilərin planlarını pozdu. Həmin dövrdə Heydər Əliyev hadisələri yerində araşdırmaq üçün 15 gün Dağlıq Qarabağda olmuşdu. İstintaq prosesi onun şəxsi nəzarəti altında aparıldı və günahkarlar layiqli cəzalarını aldılar.
Xəbər lenti
Hamısına baxDünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25

