İki terrorçu Ruben
28.09.2023 [10:50]
Rubenovu Moskvada güllələmişdilər, Vardanyanın taleyi necə olacaq?
Ötən ilin sentyabr ayında Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazisinə, konkret desək, Xankəndiyə çağırılmamış qonaq kimi “təşrif gətirən”, sonradan isə “özünə yer etməyə” çalışan Ruben Vardanyan saxlanıldı. Belə ki, Azərbaycan Respublikasının ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. DSX-nin Mətbuat mərkəzindən bildiriblər ki, R.Vardanyan Xidmətin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
Bəli, bir zamanlar Moskvada yaşayan erməni əsilli “iş adamı” olan Ruben Vardanyan ötən ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlmişdi. Amma planları “qaydasında” getmədi - son nəticədə isə Azərbaycanın ədalət mühakiməsinə cavab verməli olacaq.
Vaxtilə Rubenin bir adaşı da olub - Rubenov soyadlı həmin Ruben də bir zamanlar Azərbaycana rəhbər göndərilmişdi, lakin... Ruben Rubenovun sonrakı taleyi adaşından fərqli daha acınacaqlı oldu. O, Azərbaycan SSR KP MK-nın Birinci katibi vəzifəsində işlədiyi dövrdə erməni sələflərinin anti-Azərbaycan siyasətini daha geniş miqyasda davam etdirməyə çalışmışdı və cəmisi 6 ay sonra geri çağırılmışdı. Tale ona respublikamızda törətdiyi cinayət əməllərinin əvəzini, necə deyərlər, artıqlaması ilə ödətdirmişdi - Hayla gələn vayla getmişdi. Ruben Rubenov 1937-ci il sentyabrın 15-də həbs olunmuş, həmin ilin noyabrın 27-də isə terror aktları təşkil etməkdə və əks-inqilabi terrorçuluq fəaliyyətində iştirakda ittiham olunaraq Moskvada güllələnmişdi...
Mənsur
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

