Qərbi Azərbaycan İcması BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına cavab verib
27.09.2023 [14:17]
"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk Ermənistan və Azərbaycan ilə bağlı verdiyi 2023-cü il 26 sentyabr tarixli bəyanatında Azərbaycana və azərbaycanlılara qarşı qərəz və ayrı-seçkiliyə yol verib".
Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.
"Ali Komissara çox yaxşı məlumdur ki, Ermənistan öz ərazisindən və işğal etdiyi Azərbaycan ərazilərindən bir milyona yaxın azərbaycanlını qovaraq, onların hüquq və azadlıqlarını kobud şəkildə pozmuşdur. Ermənistan hökuməti bu ölkənin ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququnun reallaşmasına imkan vermir. Ali Komissar nədənsə bir dəfə də olsun bu məsələ barədə danışmamış və Qərbi Azərbaycan İcmasının bu barədə müraciətini cavabsız qoymuşdur", - icmadan qeyd olunub.
Bildirilib ki, Qərbi Azərbaycan İcması Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır və sülhə, birgəyaşayışa, barışığa və reinteqrasiyaya əsaslanan gündəliyə sahibdir:
"Belə olan təqdirdə, Ali Komissarın beynəlxalq hüquqa hörmətsizlik edən, re-inteqrasiyanı rədd edən və separatçı yanaşmaya malik qüvvələri dəstəkləməsi və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu görməzdən gəlməsi azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkilikdir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının bu ayrı seçkiliyə yol verməsi siyasi baxımdan yanlış olmaqla bərabər, bütövlükdə insan hüquqları sahəsində beynəlxalq sistemi kökündən sarsıdır.
Biz Ali Komissar Türkü daşıdığı ali vəzifənin mandatına uyğun hərəkət etməyə, rəhbərlik etdiyi təsisatın bəzi dairələrin əlində ucuz siyasi alətə çevrilməsinə imkan verməməyə, dini və etnik zəmində qərəz və ayrı-seçkiliyə son verməyə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququna dəstək verməyə və hüquqlarımızın müdafiəsi xahişi ilə 10 avqust 2023-cü il tarixində göndərdiyimiz müraciətə cavab verməyə çağırırıq".
Xəbər lenti
Hamısına baxElm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59

