Asiya Parlament Assambleyası nümayəndələri Milli Məclisdə...
23.09.2023 [10:35]
Birgə əməkdaşlıqlar müzakirə edilib
Günel ABBAS
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin APA-dakı nümayəndə heyətinin rəhbəri, qurum sədrinin təmsilçisi Abdulkadir Emin Önenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq qeyd edilib ki, iki ölkə arasında qardaşlıq, dostluq əbədidir və bu münasibətlər bir çox ölkələr üçün nümunədir. Vurğulanıb ki, münasibətlərimiz Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq hər gün daha da inkişaf edir və genişlənir. İki ölkənin bütün platformalarda bir-birini dəstəklədikləri qeyd olunaraq bildirilib ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünlərdə BMT Baş Assambleyasındakı çıxışında qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu, bizim haqq işimizə davamlı dəstəyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan və Türkiyənin qanunverici orqanları arasında da münasibətlərin yüksək səviyyədə olduğu vurğulanaraq qeyd edilib ki, digər sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrimiz də həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla inkişaf edir. Sahibə Qafarova, parlamentlərimiz arasında imzalanmış Anlaşma Memorandumunun əlaqələrimizin inkişafına təkan verdiyini, həmçinin, qarşılıqlı səfərlərin bu istiqamətdə önəmini diqqətə çatdırıb. O, xatırladıb ki, cari ilin iyul ayında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə də münasibətlərimizin inkişafı məmnunluqla vurğulanıb.
Görüşdə regionda baş verən son hadisələr barədə də qonaqlara məlumat verən Milli Məclisin sədri bildirib ki, Azərbaycanın sülh və sabitlik istiqamətində atdığı ardıcıl addımlara baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlar törədərək sülhün əldə olunmasına maneələr yaradırdı. O, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin törətdiyi bir sıra irimiqyaslı hərbi təxribatlar və terror aktlarına əl atdığını qeyd edərək, bu təxribatlara cavab olaraq, ölkəmizin regionda lokal antiterror tədbirləri həyata keçirdiyini vurğulayıb.
Abdulkadir Emin Önen qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Asiya Parlament Assambleyasının Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının yüksək səviyyədə təşkil olunduğunu, tədbirdə müzakirə olunan mövzuların aktuallığını diqqətə çatdırıb.
O, dost və qardaş ölkələrimiz arasında münasibətlərin zamanın sınaqlarından uğurla çıxaraq, daha da möhkəmləndiyini və bu gün bütün sahələri əhatə etdiyini diqqətə çatdırıb.
Müttəfiqliyin ən yüksək səviyyəsi
Azərbaycanın və Türkiyənin APA-dakı nümayəndə heyətləri arasındakı görüşdə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva vurğulayıb ki, dövlət başçılarımızın dostluğu sayəsində bu gün strateji tərəfdaşlığımız və müttəfiqliyimiz ən yüksək səviyyəyə çatıb. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir.
O, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərindən, insanların sevinclə öz doğma yurdlarına qayıtmasından söz açıb. Qənirə Paşayeva APA çərçivəsində və digər beynəlxalq qurumlarda deputatlarımızın birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.
Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, APA çərçivəsində əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, APA-nın komitə iclasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.
Söhbət zamanı Milli Məclisin deputatları İlham Məmmədov, Aydın Hüseynov, Türkiyə parlamentinin üzvü İlyas Topsakal iki ölkə arasındakı münasibətlərə dair fikirlərini səsləndiriblər.
İndoneziya ilə sosial və mədəni əlaqələrin inkişafı əhəmiyyətlidir
Azərbaycanın və İndoneziyanın APA-dakı nümayəndə heyətləri arasındakı görüşdə Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva ölkələrimiz arasındakı siyasi və parlamentlər səviyyəsindəki əlaqələrin yüksək səviyyədə olmasından danışıb. Qeyd edib ki, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və İndoneziya daim bir-birinin fəaliyyətini dəstəkləyirlər.
İndoneziyanın APA-dakı nümayəndə heyətinin rəhbəri Fardi Zon ölkələrimiz və parlamentlər arasındakı əlaqələrin daha da möhkəmlənməsi baxımından həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub. Azərbaycan və İndoneziya arasındakı ticarət dövriyyəsinin həcminin artdığını vurğulayan Fardi Zon, həmçinin ikitərəfli sosial və mədəni əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib.
Daha sonra Beynəlxalq münasibətlər şöbəsinin Parlamentlərarası əməkdaşlıq sektorunun müdiri Mir Kamal Əlizadə qadınlar üzrə komissiya haqqında qətnamənin layihəsini təqdim edib və sənəd ətrafında müzakirələr aparılıb.
Görüşdə Milli Məclisin deputatları Aydın Hüseynzadə, İlham Məmmədov və Anar Məmmədov iştirak ediblər.
Tailandla ikitərəfli münasibətlərin əhəmiyyəti
Milli Məclisin Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Tailandın APA-dakı nümayəndə heyəti ilə görüşü də keçirilib.
Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev ölkəmizdə keçirilən APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak edən Tailand nümayəndə heyətinin üzvlərini salamlayaraq, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib. O, qanunvericilik orqanları arasında əməkdaşlığın vacibliyindən söz açaraq, bu istiqamətdə dostluq qruplarının rolunu xüsusi qeyd edib. O, ölkələrimizin iqtisadi, mədəni, turizm sahələrində əməkdaşlığının potensial imkanlarından bəhs edib.
Görüşdə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rauf Əliyev müxtəlif idman növləri üzrə əməkdaşlığın genişləndirillməsi ilə bağlı fikirlərini açıqlayıb. Tailand nümayəndə heyətinin rəhbəri Virasakdi Futrakul dövlətlərimizin ikitərəfli münasibətlərinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. O, eyni zamanda, parlamentlərarası əlaqələrin gücləndirilməsinin böyük önəm daşıdığını bildirib.
Söhbətdə APA-nın fəaliyyəti, nümayəndə heyətlərinin bu qurum çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı, digər maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev, Tailand nümayəndə heyətinin üzvləri Voravit Baru, Russdi Kantanit, Tailandın Azərbaycandakı səfiri Apirat Suqondhabhirom və digər rəsmi şəxslər iştirak ediblər.
Körfəz ölkələri ilə perspektivlər müzakirə olunub
Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasında iştirak edən körfəz ölkələri olan Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikasının 2024-2025-ci illər üçün APA sədrliyinə namizədliyi, APA çərçivəsində Asiya qitəsində və dünyada sülhün və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri və digər məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30

